Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Yağışlı sonet

Nə yaxşı ki, çimişməyə macal tapdı ağaclar,
Plyajın mövsümü tammüza qaldı.
Bu payız duşunda nar dənələmək qisməti
bizimlə üz-üzə qaldı.
Reklam dumanları şəhər sisidir,
yarpaqlar üstündə gülüş səsi var.
Bu gecə yağışın benefisidir,
bu gecə ağaclar xorla oxuyar.
Damlalar tökülür nar dənəsi tək,
yağış şapalağı üzmü qızardar?
Gedək, bu işıqda bizi görən var,
Dur varaq gedək.

                                                                     1999