|
|
Orxan Fikrətoğluna
Mənzil açıq gələn yox,
Dərdimizi bilən yox,
Duyğular cam içində
Tovuzum məndən uzaq,
İtib sehirli çıraq,
Köhnə hamam içində.
Orda məndən uzaqda,
Nar qızarır budaqda,
Quşlar verir səs-səsə.
Taleyin möhnətindən,
Bəxtsiz məhəbbətindən,
Nəğmə deyir Ənisə.
Həsrətim ələ gəldi,
Mənimki belə gəldi,
Didərginəm, didərgin.
Tilsim-filan yalandı,
Sındır min illik andı,
Xilas elə məni, cin.
Ağrı saatlarımda,
Arzu qanadlarında,
Apar məni o elə.
Vətən ilahi səsdi,
Bir içim suyu bəsdi,
Yorğun cana təb gələ
1982
|
|