Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Yaşıl gözlü həsrət

Şüşədə kölgə var, qəlbimdə səs var,
Bu otaq, bu yataq xəyaldı yoxsa.
Üstümə yeriyir susqun divarlar,
Hər şey yerindədir, sən isə yoxsan.

Kədərim asılıb ayaqlarından,
Kədərim naləli anadilimdir.
Lianlı - söyüdlü eşq parklarında
Ölən xatirələr dilim-dilimdi.

O ölən anlarda sən yaşayırsan,
Bir də yaz, bir də mən, bir də ikimiz.
Ulduz gecələri nur daşıyırsa,
Biz asan çəkirik hicran yükünü.

Həsrət günlərinin gözləri yaşıl,
Həyatın sonudur həsrətin sonu.
Hər səni ananda, xoş müjdə quşu,
Dərdin divarını dimdiklə yonur.

                                                       1987