Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Qumlu duyğular

Səhərin gözləri
Açılar -yumular.
Ehsaslı küləyin,
Saçları qum olar.

Vitrinə sıxılıb,
Məxfilik gümanı
Havadan rəng çəkir,
Ağ neon dumanı.

Duyğusuz daşların
Kəlləsi keramit.
Üfüqün narını,
Dərməyə yox ümid.

Dalğalar qaradı,
Buludlar ağ ayı.
Sükutun gözünə,
Tük tökür qağayı.

Hayana baxırsan,
Kauçik ləngəri.
Məhəbbət cənginin
Sonsuzdur səngəri.

                          2002