Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Gəl gedək şeytanlaşaq

Güllər dalğalı-dalğalı,
Həsrətin yoxdu vağzalı.
Külək əsir xışıl-xışıl,
Dünya fani, işlər xaşıl,
Ləhləşən qayğılarən
Qısa tumanı yaşıl,
Məməsi xırıl-xırda.
Məcarə ritmləri
Səs kokteyli düzəldir.
Su qatılmış çaxırdan,
Rəqs, rəqs deyir
Vitrinlərdən qayıdan əks,
Alleqro,
çılğın və dəli bir moment,
və lent-lent yaşam kadrları,
ölümdən ani,
gözəl, ucuz və şeytani
atəşfəşan altında
bir üzmə,
ağzını büzmə,
dur, ay baldırıçılpaq,
gəl, gedək şeytanlanaq.

                                      2001