Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Ay işığı sarı şifon

Şərbət kimi sərin gecə,
Şərbət kimi şirin gecə,
Bədənimdən keçə-keçə
Nur çiləyir.

Ay qız, dərmə bu çiçəyi,
Bu gecədə açdı çiçək,
Əlini çək, ay işığım,
Əlini çək, tutma burax,
bir qısqanclıq sandığına
döndü yataq,
çılpaqlığın səmasında
Ay işığı sarı şifon,
Nəğmə səpən maqnitafon
Süst bədəndə kürə tapdı,
Körüklədi,
Tərəddüdlər yanğısını
Yanardağa sürüklədi.
Şərbət kimi sərin gecə,
Şərbət kimi şirin gecə,
Sübhə kimi şərqi dedi.

                                       1982