Alatoran_header  
Əsərlər > Elxan Zal Qaraxanlı > Bayramlı bulvar

Sevincin fişəngləri
Göyə qalxır partapart.
Hər üzdə bir Teymur var,
Hər baxışda Bonapart.

Göy boyu bayraqlanıb,
Küləyin kəsmir şalı
Sahilə qoşun çəkir,
Dalğalrın marşalı.

Fişənglərin gözündə
Cəng iyinin dumanı,
Sahilə hücum çəkir
Qağayı bombardmanı.

Nəşələnən izdiham,
Gülüş tökür şırhaşır.
Könül alpnistləri,
Göydələnə dırmaşır.

Uşaqlar alplaşmada,
Erkəklər olmuş batır.
Yavuz gəzən polislər,
Şarlarını oynadır.

Ağlaşan ulduzların,
Mürgü döyür gülləsi.
Lentləşən qeybətləri,
Yığır efir qülləsi.

                                  2002