|
|
Reklamların işığı,
Axşamın gülüşüdü.
Bax, dondurma yeməkdən
Sevgimiz də üşüdü.
Ayağımın altında,
İki qatlanır bu park.
Bəlkə, mən Sen-Jermenəm
Bəlkə də, sən Janna Dark.
Metro hicran atıdı,
Pilləkənlər üzəngi.
Gələndə Leyli gəldin,
Gedəndə Ərəbzəngi.
Tilsiməmi düşübsən?
Bu, nə işdi, ay fağır.
Cinlərin dağılanda,
Məni təzədən çağır.
1995
|
|