Alatoran_header  
Əsərlər > Günel Mövlud > Ölümə uğursuz dekor

bilirəm mənə soyuq olub olmadığını
bilmək istəyəjəksən
qorxma, ana,
qürbətdə fəsillər yalnız görüntüdür
kənd uşaqlarına…
biz onları gözlərimizlə duyuruq
vüjudumuzla deyil
sənsə mənə daha kəndimizdən yazma
onsuz da bilirəm –
yenə çaqqal səsləri doldurur
işığı öləziyən evlərlə nəm çöllərin arasını

yenə səhər açılanda arvadlarını şikəst ayaq kimi
arxasınja sürüyən kişilər görünür
kənd yollarında
yayda darıxan xəstələrin yatağını sürüyürsünüz
kölgələrin arxasınja…
«xəstə» demişkən, ana,
kimsə öləndə
onun pal-paltarını ortaya töküb ağlamayın daha
inanın – bütün bu sovxalar şəkillər, ağılar
ölümə uğursuz bir dekordur
ölümün üzü nəm divar kimidir, ana,
suvaq, bəzək götürməz elə
həyat özü uğursuz bir parodiyadır
bizə qədər yaşanmışlara
mən də sənə məktub yazanda
yeseninə oxşadıram özümü –
o da qürbətdən məktublar yazarmış anasına
o da mənim kimi yadelli sevgilisinə
doğma çölləri göstərmək istəyirmiş…
bağışla məni, ana
mən qürbətdə anladım –
vətən qadınları nejə də mənasızdır.