Alatoran_header  
Əsərlər > Günel Mövlud > Kamikadze anası

indi bizim yerlərdə
artıq axşamüstüdür
sən atamın ayaqlarını yuyub
əllərini qurulayırsan…
bilirsən yadıma nə düşür –
sən balaja qardaşıma hamiləydin
gejələr sən yuxulu olanda
atam sənin sürüşmüş yorğanınla
təkjə qarnını örtərdi

insanlar heç bir fədakarlığa dəyməz –
bunu indi bilirəm
sizin dava-dalaşlarınızın səbəbinisə ta körpəlikdən…
atam sənin üstünə qəzəblə bağıranda
bir şeyi dəqiq bilirdim –
yalnız xəyanət
kənd kişisini belə qəzəbləndirə bilərdi
kişilərsə heç vaxt anlamayajaq ki
qadının qollarını açıb
sevdiyi kişini qujaqlaması xəyanət deyil
onlarsa sədaqəti təkjə qadından
və anjaq yataqda tələb eləyirlər
ailə –
dəniz görüntüsüylə başlayan
səhra filmi kimidir, ana,
sənsə məni kəndə çağırırsan –
evlən deyə…
küçədə pırtlaşıq saçlı qarı
mənə laqeydliklə baxanda
mən sənin qızılı qıvrım saçlarını
nejə məhəbbətlə daradığını xatırlayıram –
təəssüflə…
yox sən kamikadze anası ola bilməzsən
onları tumarlı qadınlar böyütmür!
mənsə o qədər güjsüzəm və
səni o qədər çox sevirəm ki
ölümünü arzulayıram, ana
sən nə qədər ki sağsan
sərhəd kimi dayanmısan
edə biləjəyim
bütün qəhrəmanlıqların qarşısında…