|
|
sənə məktub yazdığım gejələr
darıxdığım gejələrdir
və belə gejələrdə siqaret və pənjərə
artıq effektsiz bir dərmandır darıxmaqlara
mən belə gejələrdə
pənjərəsindən hansı mənzərənin göründüyünü
xatırlamayajağım bir sevgili arzulayıram
qınama məni –
sevgilər heç olmasa
tüstülü, sərxoş gejələrə bəraət verməyə
yaraya bilir!
mənsə təkəm…
qapımı kimsənin döyməyəjəyini bilə-bilə
hər səsə səksənirəm və
ümidlə qapını açıram…
yadındamı
həmişə nənəmi danlayardıq –
hər şeylə maraqlandığına və
hər səsə səksənib qapıya qaçmağına görə…
öz kasıb dünyasını
kənar söz-söhbətlərlə dolduran o qarı
qojalığı boyu kimisə gözləyirmiş
sən də məni gözləyirsən
və harada olduğumu yazmadığıma görə
qınayırsan məni
nə fərqi var
vətən olmayan bütün yerlərin bir adı var, ana, -
qürbət!
|
|