|
|
bu şəhərdə
evlər də qamışdandı
çəpərlər də
hər il jüjərən ümidlər də
başı biçilmiş
qamış kötükləridir
gözlərdə işaran ulduzlar
üzlərdə yanan sapsarı günəş
şəhərin girəjəyində
üzərində qıp-qırmızı ay şəkli utanan
maşınlar görünəndə
vəd yağışı yağar bu şəhərə
sonra qamış ümidlər jüjərər
sonra qamış çəpərlər köhnələr
bu şəhərdə
qamışdan bol heç nə yoxdur
|
|