Alatoran_header  
Əsərlər > Günel Mövlud > Kişi şəkli və külək

əgər
hər gün məhkumsansa
dörd divar arasından çıxıb
dörd tərəfə boylanmağa
günəşin sevindiyi küçədə
gözlərini döyürsənsə səhərin üzünə
laqeyidsənsə
ildə bir gün
gedəjəyi ünvanı dəqiq bilən
qonşu gəlininə
səni dəxli olmursa
köşkdəki qərənfil mövsümünün
titrədirsə vüjudunu
illər sonra qadınlığnı
sübut edəjək yeganə əşya – kişi şəkli
və külək
şəstlə yeriyən boyalı qarının
yalançı kürən saçlarıyla bərabər
həqiqəti də çırpdısa gözlərinə
haqlısan!

yaşamaq olmur
duymaq olmur
qadın yaranmağın sevinjini

günəşin sevindiyi küçədə
yolunu azdınsa
geriyə dön!

bostan müqəvvalarının
ayağının alt
donmuş quşlara qəbirdir
və indi
günəşli bir bostan içində
qollarını tayba-tay açmış müqəvva
səni gözləyir!