|
|
sabah küçələrin doğmalığı
tanış üzlərin çoxluğuyla duyulajaq
sabah döşəmədə
ortasından qırlan qab-qajağın
gileyi yorulajaq
o evdə unudulub qalmış
bir şəkil atılajaq sabah
bu gejə isə
içi boşalan evin
qaranlıqla dolajaq gözləri
bu gejə tənha qalan xanımın
dolmuş gözlərini deşəjək
divardakı şəklin xoşbəxtliyi
qovulmuş sahibindən
daha uğurlu taleyi var şəkillərin –
şəkillər
sahibindən sonra atılar
həm də evlər
sadəjə divarlarından ibarət deyil ki…
|
|