Alatoran_header  
Əsərlər > Həbib Müntəzir > E-Qəzəl

Qoşul virtual aləmə hiss elə ləzzətin netin.
Cəzb eləyir cəmaəti gorginən hikmətin netin.

Həsrət cəkən insanı bir anda vəslə qovuşdurur,
Sən oturub dinləginən bildirim qudrətin netin.

Hər şeydən informasiya, xəbər almaq asan olar,
İstifadəci bilərsə hər istiqamətin netin.

Hər bir şeydə olduğu tək "net"də də şeytan əli var.
Adıda ki, virusdu yavaşladır hərəkətin netin.

Bu aləmdə də eşq var canan, aşiq arasında,
Eşqə duşməyən anlamaz sevgi, məhəbbətin netin.

Azərbaycan net aləmində marağlı saytlar acaq!
Gərək biz yuksəldək məna, keyfiyyətin netin.

Arsız, əxlaqsız saytlar bizim xalqa yaraşmayır,
Ənənəyə uyğunlaşdıraq mədəniyyətin netin.

Həbibi net tanıtdırır cumlə Azərbaycanıma,
İnternetin sayəsində yuksəldir sənətin netin.

18 Avqust 2004, Berlin.