Alatoran_header  
Əsərlər > Həbib Müntəzir > Cəhənnəmə

Artıq pərvanələr də gəlməyir şəmə, cəhənnəmə.
Adət etmişəm hər dəfə duşum qəmə, cəhənnəmə.

Qarabağı unutmuşam, boğazımı qurutmuşam.
Fatihəsin oxutmuşam, yay aləmə cəhənnəmə.

Bıcaq boğaza soykənib, qaz, su, işığcun dilənib,
Əlacsızlığdan oyrənib, gozum nəmə cəhənnəmə.

Xalqı kimsə oyatmayır, zillətin daşın atmayır,
Dediklərim də catmayır, bizim cəmə cəhənnəmə.

Baxma cirkinlik təmizə, gir YAP-a yazıb ərizə,
Nahaqq ilə mubarizə, gəl eləmə cəhənnəmə.

Saf insanın yox horməti, cəkməlidir əziyyəti,
Vətəni sevsə qiyməti, duşər kəmə cəhənnəmə.

Xalqımız cəkir ahu-zar, bu cur soyləyir iqtidar:
"Millət olarsa giriftar yas-matəmə, cəhənnəmə".

Xalqımın əziyyətlərin, Muntəzir vəziyyətlərin,
Həyatın həqiqətlərin, al qələmə cəhənnəmə.

29 Oktyabr 2004, Berlin.