Alatoran_header  
Əsərlər > Həbib Müntəzir > İçki

Qaldırın badələri...
İcək Qarabağın yoxluğuna
İcək bir milyonun qacqınlığına
İcək əzab, əziyyətin varlığına
İcək rəzilliyin coxluğuna
İcək məmurların harınlığına
İcək Həzrəti kefli İskəndərlərin sağlığına
İcək bizimlə şeytanın ortağlığına
İcək şəhid qəbirlərində sızlayan sumuklərin ağlığına
Anaların qəlbinin dağlığına
Doldurun badələri bir də icək
Ozumuzdən kecək
Qız-gəlinləri əsirlikdə olan millətin şərəfinə
Başmıza cəkək
Ramil Səfərovun dustağlığına
İcək hakimiyyətin hədəfinə
Ey Xuda coxdu gunah
İcək günahlarmızın əfvinə
Ya Allah...
qurt...qurt...qurt