Alatoran_header  
Əsərlər > İlham Tumas > Nuh babanın ölümü

Puç olmuş xəyallara

Nuh kişinin kürəkəni, yəni doğmaca dədəsi düz z ayıydı, başını-beynini yeyirdi ki, o kişi yazıqdır, səni arzulayır, get bir onu gör. Üstəlik də, kənddən kim gəlirdi, hərədən bir şey eşidirdi. Danışırdılar ki, yanındakı nəvələrini də eyzən adlarıyıla yox, "ay balaca habil" deyə ?ağırdıqca, nənəsi deyirmiş, kişi habili gözləyir, deyəsən, onu görməmiş ölə bilməyəcək, allah bu uşağın insafını kəssin.
Ancaq bu xəbərlərin he? biri qulağına girmirdi. Hələ abırsız - abırsız məzələnirdi də ki, demirlər, məni görməsə, ölməyəcək, onda daha niyə gedim? Qoy, yaşasın.
Axırı sonuncu dəfə dədəsiynən telefonda danışanda, dəstəkdən anasının səsini eşitdi: "denən, yekə kişisən, onu oğlanlarından ?ox istəyir, niyə yazığın gözünü yolda qoyub? bəlkə elə onu gözləyir, vaxtında getsəydi, nə özü, nə evdəkilər bu qədər əziyyət ?əkməzdilər, elə ölüb canı qurtarardı".
Daha dayanmağın adı yoxuydu. "ilin-ayın bu vaxtında məni işdən eləyirlər" deyib, söylənə-söylənə yola ?ıxdı...
... Xırda dayısı az qala qışqıra-qışqıra "ay qağa, bu da habil" deyəndən sonra yorğanın altından ona tərəf uzanmış topulğu ?ubuğu kimi nazik biləyi ehmalca əlinin i?ində aldı: "ay baba, necəsən?"
Gic sual verdiyini anlasa da, sifətinə zillənmiş bulanıq, solğun gözləri görəndə əməlli-başlı kövrəlib, bu dəfə qeyri-ixtiyari gic sualını bir də təkrarladı: "mənəm habildi, deyirəm, necəsən?"
Elə bil başının üstündə kimin olduğunu indi anladı: "bəs hardaydın, ay bala? niyə məni gəlib görmürdün?"
Dayısı o tərəfdən gopa basdı ki, xaricə getmişdi, dünən gəlib. "Xaricə? hə, yaxşı eləmişdin. Hansı tərəfdəydin?"
Qalanını özü düzüb-qoşdu: "almaniyada".
Daha kişini saxlamaqmı olardı: "eh, baban bütün avropanı gəzib, oğul. İstəyirdim, səni görəm, bildiyim şeylər var, hamısını danışım. Mən agenturanın diviziyasında olmuşam, legionda məmmədəmin rəhmətlik mənə dedi ki, nuh kişi, buradakı azərbaycanlıları sənə tapşırıram. Oğul, mən elə-belə adam olmadım, nə etdimsə, haqqına elədim...".
Dayısı göz elədi ki, fikir vermə, yenə huşunu itirir, qoy, bir az dincəlsin: "ay qağa, narahat olma, hələ burdadı, sən bir az yat, o da ?örəkdən - zaddan yesin"...

Bəlkə də, təkcə böyük nəvə bilirdi ki, huş aparmaq məsələsi deyil. İndi onun qarşısında yumağa dönmüş bu qocanın canında nələr olub, bir allah bilirdi. Müharibədən qayıdandan, düz ermənistandan ?ıxana qədər yaz - qış demədən, həftənin 6 günü alaqaranlıqda evdən ?ıxıb, piyada o-d kilometr aralıdakı kəndə müəllimliyə gedirmiş. Anası danışırdı ki, 50-60-cı illərdə, sovetin ağır zamanlarında məktəbdəki müəllimlərə dəftər - qələm verirmişlər ki, güzəranı pis olan uşaqlara paylasınlar. Bir dəfə deyib o qələmdən birini də mənə ver, qələmim yoxdu. Kişi dünyanı dağıdıb ki, hökumət bunları yetim-yesirə verib, əl dəymək olmaz.
Qarabağ məsələsindən sonra kö?üb gəldikləri rayonda da dinc oturmadı. Həyatı boyu bir adamın haram tikəsinə göz salmayan, ancaq mərdimazarların da gününü qara eləyən, "binamus kolxoz sədri"ndən tutmuş, ta "allah lənət eləmiş Qorba?ov"a qədər hamıdan "dosye" toplayan, "xalq malını dağıdanlar"dan şikayət yazan, qoca vaxtında da dinc oturmayıb paytaxta gəlib prokurorluğun, mtn-nin qapısını yağır eləyən, bu məmləkətdə ?atdığı al?ağa ?atan, ?atmadığının da dədəsini - nənəsini söyüb-yağlayan, hamının, hətta hərəsi bir yerdə başını aşağı salıb balaları ü?ün ?örəkpulu qazanan oğlanlarının da isti yerini soyuq edən, haqq - ədalət axtaran nuh kişi ipə-sapa yatmadı. Bir də eşidirdin, kənddə kiminsə qələt işini görüb, onunla dalaşıb, sonra da i?ində nə olduğunu he? kəsin bilmədiyi qovluğunu vurub qoltuğuna, yaşının ahıl vaxtında payi - piyada düşüb rayon mərkəzinə, orada səsini eşitməsəydilər, o dəqiqə bir teleqram vururdu bakıya, düz ramil usubova ki, qoyma, dövlətin malını dağıtdılar. Belə - belə işlərinin ucbatından hərəsi rusetin bir küncündən yığışıb gəlmiş oğlanlarının da gününü qara elədi. Bir gün ot tayalarını yandırdılar, o biri gün itlərini gülləynən vurdular, sabahsı mal-qaralarını oğurladılar, az ke?məmiş rayonda işləyən balaca oğlunu işdən ?ıxartdılar ki, dədənə deyin, dilini qısa eləsin...

"...Ay köpəyoğlu, sən ?ıx, onsuz da, siz he? nə başa düşmürsünüz. Ancaq oğul, sən mənim dizimin üstündə böyümüsən, axı, gərək biləsən..."

Onu düz deyirdi. Yaşı ?atmadığına görə, 1-ci sinfə kənddə getmişdi. Özü dumanlı xatırlasa da, ancaq dayılarının, nənəsinin yaxşı yadındaydı ki, nuh kişi gündüzlər kəndin başına dörd dolanan, ayağında rezin "sapok" ?ayı aşağı - yuxarı gəzib balıq tutan, uşaqlara qoşulub bağlara oğurluğa gedən, dilcandan alverə gələn erməni hax?ıxlarını daşa basan, axşam da evə meyit kimi yorğun düşən birinci nəvəsi balaca habili hansı oxşamalarla dizinin üstündə oturdub səhərin hesab dərsini yazdırırdı. Yazdırırdı deyəndə də, elə təzəcə dəftərin üzü a?ılırdı ki, habilin başı düşürdü babasının sinəcinə. Yazıq kişi də sakitcə nəvəsini qoyurmuş yerinə və başlayırmış onun ü?ün məsələ-misal həll eləməyə...

"Oğul, mən dövlətə xeyli gərəkli məsləhətlər verə bilərdim. Elə şeylərdən xəbərim vardı ki, onları eləsəydilər, he? bu qədər əziyyət ?əkməzdik..."

Kişinin ?ox maraqlı düşüncə tərzi vardı. Nədənsə, həmişə belə düşünürdü ki, o, böyük, lap böyük işlər ü?ün doğulub.
?lini hansısa dövlət işinə qoymasa, xalqa xidmət eləməsə, bu ölkənin işləri getməyəcək. Tanış hisslər idi. Bəlkə də bu hisslərin kökü lap erkən uşaqlığına - nuh kişinin ona danışdığı nağıllara gedib ?ıxırdı. Babasının uşaqlıqda ona danışdığı həmin nağılları unutsa da, ancaq qəribə idi ki, bu nağılların onda buraxdığı təəssüratlar, hisslər, həyəcanlar elə bil yaşayırdı, bunlardan həzz alırdı. Hərdən ona gəlirdi ki, babası ilə onları birləşdirən də məhz bu nağıllardakı xeyirxah şahzadələrin, ədalət axtaran pəhləvanların yetmək istədikləri ali məqsədlərdir, sadəcə, əsrlərin o tayından ke?ib bugünkü müşküllərə dönüb. Ona görə, sanki babasından belə iddiaları xüsusilə mənimsəmişdi və soruşan olsaydı, etiraf edərdi ki, bu məsələdə indi ölüm yatağının böyrünü kəsdirib oturduğu babasıyla bir-birlərinə yaman bənzəyirlər.
Ancaq onu da gözəl bilirdi ki, əksəriyyət həyatının hansısa dönəmində, il ili əvəzlədikcə, yaşının üstünə yaş gəldikcə, yavaş-yavaş özünün adiliyini başa düşür, daha başını belə-belə şeylərlə xarab eləmir, yaxınlarının, doğmalarının, elə özünün də həyatını zəhərə döndərmir. Özünün bu adiliyi etiraf eləmək yaşında olmadığı qənaətində bulunsa da, nuh babasının bel· sad· h·qiq·ti, h·tta ölüm yatağında da niy· başa düşm·diyin· b·rk t··ccübl·nirdi.

Xəstə danışıb - danışıb axır ki, yuxuya getdi. Diqqətlə ona baxdı. Gərək elə əvvəldən təsəvvür eləyəydi ki, onsuz da, balacaboy, arıq babası 4 aylıq yataq xəstəliyindən sonra nə gündə olacaqdı. Yəqin ki, onda kişinin yastığın i?ində az qala itib - batmış bapbalaca sifətini, nədənsə narazı körpə kimi büzülmüş dodaqlarını, uzunsov alnını görəndə bu qədər pis olmazdı.
"Evin yıxılsın, fələk, insan nə günə düşərmiş... Qocalıq da bir şey deyilmiş. İndi sən bir həvəsə bax da... İnciyir ki, niyə bunu vaxtında heydər ?liyevlə görüşdürməyiblər, ona deyilməli ?oxlu sözləri varmış. Hələ indi də deyir ki, allah qoysa, qoy bir ayağa durum, xeyli işlərim var... Ay kişi, dd il yaşamısan, ölüm yatağındasan, səndə bu qədər həvəs haradandı ki, hələ yenə ayağa durub mənə danışdığın nağıllardakı qəhrəmanlar kimi vurub - yıxasan? bu cavan yaşımda, bu boyda problemin, əclaflığın i?ində mənim kimi sırtıq birisinin belə, hərdən məmləkətdə baş verən oğraşlıqlara tüpürüb qa?mağı gəlir, sənsə ölüm ayağında da özünün böyük işlər ü?ün yaradıldığına inanırsan. Vallah, bu, huş aparmaq-zad deyil. Elə mən özümsən ki, durmusan, baba. Yaman qorxuram, qorxuram ki, mənim də cavan ömrüm bu cür illərin yelinə verilsin, axırı da sənin kimi, öz doğmalarına əziyyətdən başqa he? nə verməyən ömür yiyəsi olum. Sonra da beləcə, nəvəmi ?ağırım, oturdum başımın üstündə başlayım pu? olmuş arzularımın qarasınca deyinməyə. Allah bilir, sən bu nəslin arzuları gözündə qalmış ne?ənci yazığısan, görəsən? mən ne?əncisi olacam? yox, belə şeylər sənə yaraşmır. Öl, canın ?ıxsın, əl ?ək məndən, mənim gələcəyimdən, nə etmisənsə, etdin, daha gecdi... Sənə bənzəmək istəmirəm... Öz zibilinəm, indi qabağına ?ıxmışam, qoyma sənin gününə düşüm, şans ver...".
Oturduğu stuldan yavaşca qalxdı. Cibindən dəsmalını ?ıxartdı, ikiqat eləyib ovcunun i?inə aldı. Kişinin bapbalaca sifətini ovcuyla qamarladı. İki barmağıynan burnunu, ovcunun i?iynən ağzını sıxdı. Xışmalanmış üzünü azad eləmək istəsə də, nəvəsi bütün heybətiylə sinəsini də əllərinin altında ?abalayan ?əlimsiz bədənin üstünə sərdi. Qoca iki-ü? dəfə möhkəm qıvrılıb, sakitləşdi. Nəvə yorğanın qırışlarını sığalladı, cansız bədənin üstünü örtüb otaqdan ?ıxdı.
... Rəhmətliyin ü?ünəcən kənddə qaldı. Gələn - gedən də böyük dayısından soruşurdu ki, rəhmətliyin böyük nəvəsi budu, eləmi? incəvara, habil də özünü sındırmır, sifətinə azacıq kədər, azacıq dahilik verib, o dəqiqə cibindən bir siqara ?ıxarıb ağzına qoyurdu: "belə daha ciddi görünərəm".
Zarafat deyildi, yas yerinin qəhrəmanı idi. 4 aydan artıq xəstə yatan babası onun gəlişiylə öz canını da, evdəkilərin canının da zülmdən qurtarmışdı. Nənəsisə ağlaya-ağlaya başına dörd dolanırdı: "evim-eşiyim sənə qurban, atam-anam, ay habil...".
Millət də lap birtəhər olub. Vay ola, kimsə kövrəldici bir şey danışa. O dəqiqə hamı başlayacaq bu kövrəldici şeylərə özünün fantaziyasını qatmağa. Artıq kənddə də rəhmətliyin evdəkilərə də, özünə də bu qədər əziyyət verməyini sırf habilin gəlişinə, daha doğrusu, gəlməməyinə bağlamışdılar: "allaha qurban olum, möcüzədi".
Nəvə isə ömründə birinci dəfə hansısa möcüzənin qəhrəmanı olmaqdan şitini ?ıxarana qədər həzz aldı. Bu həzz ona yaman tanış idi... Lap uşaqlığında nuh babasının ona danışdığı nağılların həmişə yaşatdığı xoş həyəcanlar kimi...