Alatoran_header  
Əsərlər > İNTİŞ > Biz yeni deyilik

Buranı – Qafqazı - Avropa etmək istəyirlər
ən böyük ölkəsi Azərbaycan
ən demokratik insanı Seymur Baycan
o da təzyiqə məruz bu günəcən

Başımıza gələn bu hadisələrlə
avropalaşmaq çox gülünc
«laşmaq, ləşmək» prosesini keçdikdən sonra
biz yeni deyilik
hadisələrdən biri
18 yaşlı Cavidin həyatı
bəlkə də bu yaşdan sonra
başlayacaqdı onun skandal və maraqlı həyatı
amma burdaca bitdi
o özü də balmədən
anası da bilmədən
elə anası tərəfindən
məhv oldu həyatı

Hələ uşaq ikən
bütün uşaqların istədiyi kimi
onun da istədiyi
konfetlər, almalar
novruzdan sonrakı qozlar, fındıqlar
nə bilim şəkərbura və paxlavalar
sonra bir az böyüyüb
kompüterə, internetə, maşın təliminə
və qeyri gəzintiyə
xərcləmək istədiyi xırda-xuruş pullar
bütün bunlar hamsı
Avropanın istehsal etdiyi
mebelin şkafında
bağlı qapılar arxasında
açarlar anasında

Lakin bu yaşacan
Cavidə lazım olanlar
bağlı qapılar arxasında
olsa da
fərqi yox onun üçün
qarşısında maneə olan
Avropa qapılarını
özünün istehsal etdiyi
məftil açarla açardı
lazım olanları götürüb
dostlarının yanına qaçardı

Hər iki tərəf öz işində
Cavid əldə edirdi lazım olanı
ana isə bağlayırdı
oğlu üçün Avropa qapılarını
beləcə
davam etdi hər şey
Caviddən
əvvəlcə oğru düzəldib
sonra oğru dedilər
Cavidə
18 yaşında
artıq o da qız istəyirdi
qız gəzmək
gəzmək isə pul istəyirdi
bu sürətli böyümələrin
önündə
ana kiçildiyini görüb
dərhal oğlu üçün
nişanladı
baldızının 15 yaşlı qızını
dedi: «qoy aşmasın cızını»

Vaxt - XXI əsr
məkan - avropalaşmaq prosesində olan Qafqaz
ən böyük ölkəsi Azərbaycan
ən plüralist insanı Seymur Baycan
o da təzyiqə məruz sonacan