Alatoran_header  
Jurnal > 2004/№1 > Ədəbiyyat batır. Lakin batan köhnə ədəbiyyatdır

Bundan sonra əəbiyyatın ictimai həyatdakı rolu nədən ibarət olacaq? O, yenədəmi «şəxsiyyətin mənəvi cəhətdən formalaşmasında» aparıcı rolunu sürdürəcək? Hələ yazıçılar, onlar yenə də ağıl öyrətməkdə, xalqın ziyalı simvolu olmaqda, «insan ruhunun mühəndisi» misyonunu üzərlərinə götürməkdə davam edəcəklər? Bu suallar təkcə bizi deyil, elə Rusiya ədəbiyyatşünasları və özünü ədəbiyyata həsr etmiş bütün insanları dərindən düşündürməkdədir.
Məsələn, yazıçı Vladimir Laçutin «Literaturnaya Qazeta»ya verdiyi müsahibəsində şəbəkə – İnternet ədəbiyyatının artıq tarixə aid hadisə olacağından, o cümlədən, yazıçıların da öz əvvəlki ümumxalq məzmunlarını itirəcəklərindən söz açır. Və yaxud, Anna Latınina «Ədəbiyyatın alaqaranlığı» adlı məqaləsində keçən əsrin son 10 ilini, ümumiyyətlə, bütün dünya ədəbiyyatının qürub illəri adlandırıb. Fəqət Anna Latıninanın sözlərinə görə, əsl sənətkar hər zaman ümumxalq sevgisinə can atmalıdır. Yazıçı Pavel Basinski həmin məqaləyə cavab olaraq yazdığı «Ədəbiyyatın alaqaranlığı: batış, yoxsa doğuş?» adlı məqaləsində A. Latıninanı quru yuyub, yaş sərib. Sözünün canı bu olub ki, bəli, ədəbiyyat batır, lakin batan köhnə ədəbiyyatdır. Eyni zamanda yeni ədəbiyyat doğulur, yeni zamanın tələbinə uyğun, tamamilə yeni ədəbiyyat.
Özümüzə baxmayın, Rusiyada ədəbiyyatın yaşaması məsələsi hər zaman gündəmdədir. Həmin «Lit. Qazeta»da Lyudmila Saranskinin dərc etdirdiyi bir məqalədə ümumiyyətlə Rusiyadakı ədəbiyyat oliqarxlarından danışılır. Xaosda maraqlı olan, vəziyyətin durulmasını istəməyən məmur-bürokrat təbəqəsindən söz açılır.