Alatoran_header  
Jurnal > 2004/№1 > Aforizmlər

- Dostlar gəldi gedər, düşmənlərsə üst-üstə qalaqlanar.
- İmpotensiyadan heç kəs ölməyib, ancaq heç kəs də doğulmayıb.
- Erotikanın pornoqrafiyadan fərqi: qadın paltarsız olanda erotikadır, lüt olanda pornoqrafiya.
- Dişlənmiş pomidorun nəğməsi: «yarama duz tökmə, tökmə…»
- Qadın öz qiymətini bilməlidir, arcaq deməməlidir.
- Sınmış dişləri qırılmış əllə toplamaq olmaz.
- Yollardan və axmaqlardan başqa Azərbaycanın daha bir bədbəxtliyi var : yol göstərən axmaq.
- Ehtiyatlılığı qorxaqlıqdan necə ayırmaq olar? – əgər biz cəsarətsiziksə, bu ehtiyatlılıqdır, yox əgər başqaları cəsarətsizdirsə, bu qorxaqlıqdır.
- Demokratiya nədir? – Səni rədd edirlər, sən də istədiyin tərəfə gedə bilirsən.
- Şair qadını çiçəklə müqayisə edir, nasir qadını qadınla.

İradə Dəstərxanlı