Alatoran_header  
Jurnal > 2004/№2 > Redaktordan

...Belə-belə işlər. AYB-nin qurultayı keçirilən "Muzkomediya" salonunda asılmış çil-çırağın 400 şamdanı var idi. Həmin gün Anarın işığına toplaşmış 400 AYB üzvünə tən. Teatr işıqçıları danışırlar ki, o, erməni ustaların əl işidir. Rüstəm İbrahimbəyovun qəribsədiyi erməni mütəxəssislər. Bir qədər aşağıda səhnədə əklillər qoyulub. Öldürülən Azərbaycan ədəbiyyatının şərəfinə. Erməni nuruna qərq olmuş Azərbaycan yazıçıları Anarın seçilməsi kimi daha bir formal prosedura yol verib, antiterror koalisiyanın üzvü olan dövlətin adına layiq, dünya terrorçularına terroru pisləyən müraciət edirlər. Ancaq cəmi bir ay sonra onlar ermənipərəstlərə göz yumub, susacaq, bununla da terrorçulara dəstək verəcəklər. Axı özləri də bir növ ədəbiyyat terrorçularıdır…
Sıravi azərbaycanlı narahatdır. Onu çürüməkdə olan AYB adlı təşkilatın qurultayı maraqlandırmır. Onu maraqlandırmır ki, həmin qurultayda "Anardan başqa namizəd varmı" kimi sualları yer-yerdən "ho ho ho hurrey" misalı, "yoox" bağırtıları ilə qarşılayan beş-altı nəfər muzdlu qaraguruhçu kim idi, bu senari nəcürə hazırlanmışdı, yoxsa yazıçı idilər onlar? Onu bir o qədər narahat etmir ki, qurultay adından xəstəliyi səbəbindən ora gələ bilməyən xalq şairi Bəxtiyar Vahabzadəyə müraciət ünvanlandı, atılan atmacaya baxmayaraq, eyni səbəbdən qurultayda iştirak etməyən xalq şairi Məmməd Araza muraciət ünvanlanmadı. Onu qətiyyən belə xırda məsələlər maraqlandırmır ki, Sumqayıt bölməsinin nümayəndəsi "AYB-də bir neçə dəfə maaşlar qalxıb, amma biz onun tərkib hissəsi olduğumuz halda bizdə qalxmayıb, xahiş edirik, Fatma Abdullazadə bu işi nəzarətə götürsün" müraciətini edəndə nəyi nəzərdə tuturdu. Onu o da maraqlandırmır ki, konfransye Qabilin "qorxuram salalar şuluq, odur ki dağılışaq üzü sulu" zarafatıyla işi tezbazar yekunlaşdırmasının arxasında hansı qorxu dayanırdı. Onun vecinə deyil ki, sona yaxın üzvlər arasından bir nəfər qoca ayağa qalxıb yalvar-yaxar etdi: "məni də bir yerə qoyun, bəlkə gələn qurultaya sağ çıxmadım" - Azərbaycan yazıçısının yalnız vəzifədə gün gördüyü faciəsinin spesifik ifadəsi. Onu maraqlandırmır ki, sonda Anar "söz verirəm əvvəlki kimi işləyəcəyəm: vicdanla" dedi, amma "Vicdan susanda" əsərinin müəllifi Vidadi Babanlının digər çıxışçılardan fərqli olaraq, təşkilatdakı yarıtmazlıqlardan danışmağa cəhd etdiyinə görə, üstünə çımxırdı, tribunadan endirdi: "sənin sözün var, evimə zəng edib deyəydin". Sıravi azərbaycanlı sual vermir ki, bu idimi çıxışçıların bəhs etdiyi "Anar kübar mədəniyyəti", "Anar etikası"? Statistik azərbaycanlının qətiyyən vecinə deyil ki, gənclər şurası yazarlarla deyil, rəhbərliyin mətbuatda dayağı olduğuna görə jurnalistlərlə dolduruldu, niyə istisnasız bütün təriflər həqiqət, son altı ildə kəllə-çarxa qalxan istisnasız bütün tənqidlər isə