Alatoran_header  
Jurnal > 2004/№2 > Tövbə

Yazıçılar Birliyinin sədri Anar mətbuata verdiyi bir açıqlamada narazı gənjlərin üzünə «tövbə qapısının açıq olduğunu» bəyan etdi, onları tövbə edərək Yazıçılar Birliyinin sıralarına daxil olmağa çağırdı. Anar müəllimin bu çağırışı təsirsiz qalmadı, Yazarlar Ojağının üzvlərindən biri, epataj xarakterli şerləri ilə tanınan İradə Dəstərxanl sədrin bu çağırışına qoşularaq tövbə etməyi qərara aldı, «Tövbə» adlı bir şernini redaksiyamıza buraxaraq sıralarımızı tərk etdi


(YB sədri Anara mənzum ərizə)

Yazarlar Birliyinin ey şanlı komandanı,
Qan qusan o AYO-dan mənə nə, onlar hanı?
Mən dönmək istəyirəm Yazarlar Birliyinə,
Tövbə edirəm məni qaytarın öz yerimə.
Mən AYO-nu basırdım, «Alatoran» tanımam,
Mən onların yandığı jəhənnəmdə yanamam.
Məni doğanın adı sosialist vətənidir,
Müstəqillik boş şeydir, zaman elə köhnədir.
Yazarlar Ojağının «qəhrəman» səyavuşu!
Alatoranda ötən qan pənjəli bayquşu,
Bil ki yalaq-yulaqlar yıxdı sənin dünyanı,
Eşit sağlam səsimi ey «vətən qəhrəmanı» -
Öz qızı öz nəslinin indi açıq düşməni…
Sən gör bu fəlakəti, yalvarıram Anara,
İndi kinlə baxıram o leş qoxan yollara.
Mənə sizdən qalan bu zülmət, ölüm qanq səsi,
Bir də aj şairlərin xırıldayan nəfəsi.
İki yol ayrıjındayam, bir AYO, bir AYB
İndi birjə yolum var, o da quruja tövbə,
Orda bulanan sular,
Jiyəri yanan sular
Sürükləyirdi məni bilməm hansı diyara…
Sözüm sizə pis gəlsə Həmid, Azad və Murad
Qızı satın aldılar deyə etməyin fəryad,
Mən AYO-çu deyiləm, neftin qomral qızıaym
Haqqımda nə desəniz hamısına razıyam.
Yıxdım sənin dünyanı, od vurdum Ojağına,
Baxın, artıq düşmüşəm YB-nin qujağına…
Mən Seymurun, Aqşinin dostu deyil, yadıyam
Yazarlar Birliyinin sökilmiş övladıyam…

Hörmətlə,
İradə Dəstərxanlı