Alatoran_header  
Jurnal > 2004/№2 > mAYOnezlər

YB MAT!

Yazıçılar Birliyi özünün son qurultayında mat vəziyyətinə düşdü.
İllərdən bəri sürən AYB-AYO mükaliməsi nəhayət bəhrəsini verdi.
AYB-də bütün gəlişmələr ikincinin ssenarisi əsasında həyata keçirildi.
AYB-ni bundan daha inert, daha lırt və daha pırt təsəvvürə gətirmək mümkün deyildi, ki YB oyuna gətirildi, «Alatoran-2» operasyonuna giriftar oldu.
Fəqət oyunun kuralları AYO-nun əlində olduğuna görə o, artıq köhnə taktikləri kullanmayacaq…
Yeni taktiklərmi?
Zatən oyun tamamlanmışdır!
YB MAT! YB MAT! YB MAT!


***

Bakının 525 km. Məsafəsində yerləşən Ağgəbədi elindən bir ər qopdu – Rəşad Məcid. Gülər üzlü, şirin sözlü, 5 şer, 2 hekayə, 5 də məqalə yazdı, xanım hey! Ədəbiyyat aləminə gözəgörünməz 25-ci kadr kimi daxil olsa da, curnalistika aləmində 525-ci sırada yerini tuta bildi. Daha önəmlisimi?
Daha önəmlisi, Yazıçılar Birliyinin son qurultaynda 525 baş gənc yazıçı və şairə katib seçildi.
Eramızdan əvvəl 525-ci ildə İran Misiri işğal edərkən…


***

Hər şeyin yeniSi.net, dostun köhnəsi…
DAYONDUR


***

Bala Anar Elçin Qaraçuxa «Ulduz» curnalına redaktor təyin olunandan sonra eks-redaktor Ələkbər Salahzadə qapalı tipli «Qobustan» ədəbi təcridxanasına baş nadzor vəzifəsinə qoyulub.
M.K.


***

Uzun sürən yaradıcılıq böhranından sonra məhşur yazıçı Anar Rzayev tanınmış tənqidçi Əsəd Cahangirin «Utopiya və Antiutopiya» adlı böyük monoqrafiyasının motivləri əsasında «Ağ Qoç – Qara Qoç» adlı əsərini dərc elətdirmişdir.
M.K.


***

YB mətbuat xidmətindən aldığımız məlumata görə gələn ilin yanvarın 20-nə dək xalq şairi Qabilin hər iki evində dövlət vəsaiti hesabına «yevroremont» aparılacaq, islaq məkan elementləri; unitaz, aftafa və s. «YatAş» firmasına aid olmaqla şairin öz iştirakı ilə seçiləcək.
M.K.


***

Mərhum şair Nüsrət Kəsəmənli deyirmiş; Yazıçılar Birliyinin «Natəvan» klubunda şer oxumaq Şüvəlanda qərənfil satmaq kimidir.
Ə.O.


***

Sual: Nə üçün S.Vurğun haqqında kiçik bir həqiqəti dilə gətirdiyinə görə yazıçı Rafiq Tağı Yazıçılar Birliyindən xaric edilir, lakin plagiatlıq edən Ağalar Mirzə Yazıçılar Birliyi sıralarından hələ də uzaqlaşdırılmı? Sizcə bu Yazıçılar Birliyi adlanan təşkilatın iç üzünü göstərmirmi?
Bu sual ətrafında düşünməyə dəyər.
Mövlud


XƏBƏRÇİ SƏRVAZ

Tez-tez «Ədəbiyyat Qəzeti»nin səhifələrində Azad Yazarlar Ocağı mövzularına toxunan birisi var – Sərvaz Hüseynoğlu. Sən demə xəbərçi imiş.
Bunu bir başqası desəydi bəlkə inanmaya bilərdik. Amma elə öz dostu Qəşəm Nəcəfzadə son kitabı «Ömür Kitabıma Düzəliş»də bunu yazıb. Kitabın 90-cı səhifəsindəki «Tələbəlik İllərində» şerinin bir yerində elə beləcə də deyilir: «…Ancaq kəndçim Sərvaz xəbərçidi».
Ay dad! Gör ey…
Mövlud


<