Alatoran_header  
Jurnal > 2004/№3 > Əsərlər

SIZANAQLARDAN ŞER ÇIXMAZ

"Mən" ilə "poetik mən" sizcə eyni şeylərimi ifadə edər? Başa düşülməsi üçün bu sual işarəsini açmağa ehtiyac vardır. Hətta bu sualı nə üçün ortaya atmağımız, sualın özü qədər əhəmiyyətlidir. Öncə buradan başlayaq.
Bu gün axtarış içərisində olan ədəbiyyatda bəzi anlayışlar, şairin öz şəxsi mənindən çıxış etməsini normal hadisə saymır, hətta şiddətli tənqidə məruz qoyurlar. Müxtəsər olaraq bir qrupda toplayayacağımız bu görüş sahibləri, dünyanın bu günkü şərtlərində şairin özündən söz açmasına, bu qədər faciə varkən öz ruhi dünyasıyla məşqğul olmasına, orada gərdiş etməsinə haqqı olmadığını irəli sürürlər. Tezislərində özlərinə görə haqlı olduqlarını möhkəmləndirən "həqiqət" budur: "Özlərini oxucunun yerinə qoyaraq, başqasının mənindən mənə nə!" deyərlər. Guya müasir insanın gəlib çatdığı düşüncə, hissiyyatın aldığı ortaq forma budur. Şair və ya hər şansı sənət adamı bizə "ortaq realistik dəyərlərdən" söz açmalıdır. Elmi tərəqqi çağında yaşadığımızı, elmin ümümi qəbul edilmiş həqiqətləriylə formalaşan bir həyat sürdüyümüzə, internet əsrində hər kəsin hər cürə duyğu və düşüncəni başqalarıyla asanlıqla bölüşə bildiyinə, romantik dövr insanlarının geridə qalmış bir uşaqlıq mərhələsində olduğuna görə!
İlk baxışda bu düşüncələr nə qədər gözəl, nə qədər də doğru görünürlər! Özünüzü bu anlayışların axınına buraxmamaq mümkün deyil. Bu arada, zamanın təyin etdiyi istiqamətdə yolunuza davam edərkən, böyük və güclü bir sənətə varmaq xəyalı sizi bir müddət bəxtiyar da edəcəkdir. Ta ki bu axının əskidən bəri ancaq eyni suları, biri-birinə bənzəyən çör-çöp daşıdığının fərqinə varıb başınız bir daşa çırpılanadək!
Şair bizə nə üçün özü haqqında danışmasın, onun sözü nədən bizi olduğumuz yerdən alıb özünün bənzərsiz dünyasına aparmasın? Biz nə üçün başqa bir dünya içində gözlərimizi yenidən açmağa, varlığa başqa bir hissiyyatla diqqət kəsilməyə razı olmamalıyıq? Şairin şəxsi dünyasına xor baxmaq haqqını bizə kim, necə və haradan güc alaraq verməkdədir? Yeri gəlmişkən, bu sualların da mübahisə olunmaz cavabları vardır. Nədir bu cavablar? O keçmiş zamanların, qüvvəsini çoxdan itirmiş estetik anlayışların şairi, bizə öz "mən"indən söz açarkən, artıq qulaqlarımızı tıxamamızı gərəkdirən uydurma obrazlardan, saxta duyğulardan dəm vurur. O şer də, o estetika da, o şair də çoxdan köhnəldi. İndi bizə "həqiqət" lazım, gələcəyə baxan sənət lazım, romatizm artıq insanların mədəsini bulandırır, bənzətmələr zamanı bitdi: "Yaşasın çılpaq həqiqət!"
Bu görüş sahibləriylə sonuna qədər dartışmağa, uzlaşılacaq bir sonuc aramağa dəyərmi? Bunə hə və yox deyilə bilər. Fəqət, bu dartışmaya girmədən, bu tezislərə bağlı qalaraq ortaya qoyulan sənətin göz qamaşdıran ilk təsirləri silindikdən sonra geridə nə buraxacağına baxmaq bəlkə də daha məqsədə uyğundur.
İstər Türk şerində olsun, istər on əsrlik dünya poeziyasında, sənəti fikirlə istiqamətləndirməyə çalışan heç bir cərəyan sonunadək bir tutarlılıq göstərməmişdir. Qəbul etmək lazımdır ki, ədəbi yaradıcılıq, hazır düşüncələrin, planların, nəzəriyyələrin qəlibinə sığmır. Onlar böyük sənət dəryasına damlalar halında əlavələr gətirirlər, böyük okeanda özləri də, ən yaxşı ehtimalda, qarışmış olurlar. Yaradıcılığın qanunlarına riayət etmədən dərinlərə dalmaq istəyənləri isə hər şeyin əsli olan su, çör-çöp kimi, ilk həmləsində unudulmanın qaranlıq sahillərinə fırladır.
Bu gün sistemləşdirilmiş bir simvolçuluq anlayışı ədəbiyyatda keçərli olmayacağı kimi, "simvol"u tamamən inkar etmək, onu dekadansla suçlamaq da keçərli, doğru bir anlayış olmaz. Nə üçün olmaz? Nə qədər genişləndirmiş olsaq da, sərhədlərinə məhkum olduğumuz dil, istifadə etdiyimiz sozlər, hər biri özlüyündə bir simvoldur, ona görə. Şerin baş vurduğu simvollar isə, bu simvollar dünyasını yeniləriylə zənginləşdirmək, simvolların yer dəyişdirməsini təmin edərək dilə və dolayısıyla insan duyğu və düşüncəsinə təzəliklər gətirmək istər.
Ədəbiyyatda doğulmuş hər yeni nəsil, nəsillər boyu təkrarbə-təkrar edilmiş bir qovğanı, öz adına yenidən davam edir. Bələkə bu qovğanı etməsi də lazımdır. Freyd düşüncəsinə uyğun bir ifadə tərzinə müraciət etməli olsaq, bir ata-oğul qovğası bu. Təməlində ədəbi yaradıcılığı, dil sferasında bir iqtidara sahib olmağa təhrik edən bir kompleks vardır. Oğullar qəbul edilməyib rədd edildiklərində, fərdi yaradıcılıqları onların "ana"ya sahib olmalarına yetmədiyində, artıq hər cürə hiyləyə baş vururlar. Halbuki, ədəbiyyatda kin duymamaq və özünü gördüyü işə həsr edərək zamanın verəcəyi cavabı gözləmək haqqı da vardır!
"Ərk" sahibi ədəbiyyat Ana dili qarşısında gerçək bir gücə sahibdirmi? Deyilsə, "dil" onu otağından zatən atacaqdır. Bugünün mənzərəsində bu və ya digər səbəblərlə duyulan narahatlıq, bir ədəbiyyat nəslini, ədəbiyyatın əsl dəyərini inkara sövq etməməlidir. Hələ öz "mən"ini ədəbiyyata güclü bir fiqur olaraq yerləşdirmiş olmanın sancıları, "poetik mən"i inkarla nöqtələməməlidir.
Hər nəsil öz sızanaqlarıyla doğular. Sənətin dəyişməz həqiqətiylə görüşənə qədər, bir müddət onunla əlləşər. Gerçək yaradıcılar, sızanaqlardan şer çıxmayacağını erkən qavrayarlar və əsərlərini böyütmək idealına bağlanarlar. Onların hələ yolun başlanğıcında gördükləri həqiqət, müvəqqəti mənliyi aşaraq qalıcı, əbədi şəxsiyyətə varma ehtiyacıdır. İnkar, mayasındakı mənaya, mənliyin zaman çarxında arıtlanmayacağı tərəflərini tərk etməklə çata bilər. İnkar, əbədi olana doğru bir hərəkətdir. Üzərində durduğun yeri inkarsa insanı dibə çəkər...
"Mən" sızanaqlarla əlləşər, "poetik mən"sə həqiqətlə. Bu üzdən ikisini biri-birindən ayırmaq və bir şeyə qarşı gediləcəksə, qarşı gediləcək şeyi, yaradıcı sahənəin içindən idrakla seçmək gərəkdir. Ehtirası ödəməyəcəksə, bunu başlanğıcdan görməli ki, sağa-sola yellənən baltaların kəndi boynunu də vura biləcəyini öncədən dərk etmək mümkün olsun...
Gəncliyin bəsit üsyankarlığından şer doğulmur. Eyni nəslin mənsubu olmaq; ədəbiyyat əxlaqına sahib, poetik vicdanın dəyər təsbit edici səsini dinləyən yaradıcını, öz nəslinin tullantılarını əsl şerə üstün tutmağa ehtiyəc görməməlidir. İnkar, yaxşıya, həqiqətə varmaq üçün, insanın əlinə Tanrı tərəfindən verilmiş bir alətdir. Onun yerinə dəyərsiz inkarı qoya bilməz.




Qarşına Çıxan Üz
Qaranlıq Bir Divarsa
Onu Tüpürərək Yıxmağa Çalışma


Bir üz bir divara bənzədiyi zaman, o artıq heysiyyətin heç bir cizgisini daşımayır deməkdir, tüpürməyin onun varlığını yalnız və yalnız bərkişdirir, daş parçalarını biri-birinə bağlayan palçıq kimi. Hürməksə boş yerə gedəcək, kar bir divara nə başa sala bilərsən ki, o tonda bir müqavimətlə də onu sarsıda bilməyin imkansızdır. Üstəlik bu divar bütün səyini ayaq üstə durmaq, hərəkətsiz qalmaq üçün xərcləyər. Üstünə yıxılsa da, köpək, köpək ağlıyla belə hürməz divara.
Qarşına çıxan üz qaranlıq bir divarsa, divarı yıxmağı düşünmədən öncə, öz yaxşı niyyətini - qurucu xislətini qorumağı bacarmalısan. Bilməlisən ki, o üz divarlaşmaq üçün ağıl işlətməyi bir yana buraxmış da olsa, səni həmin o yaxşı niyyətinlə birlikdə yıxmaq istər. Yaxşı niyyətin yerlə bir olduqdan sonra, ya o divarın bir parçası olacaq, ya da sənin öz üzün də yeni bir divara çevriləcək.
Divar hissiyyatsız və düşüncəsizdir. Divarın öz hesablamaları vardır, millimetrik hesablar, dəqiq hesablar... Hamısı statik hesablardır, dışarıdan gələcək zərbələrə qarşı gəlişdirilmiş hesabları belə, elastikliyin imkanlarını heç bir şəkildə nəzərə almaz. Çünki, bir divar yıxılmaq qorxusuyla yaşar. Bu qorxu onu içəridən titrətsə də, başqalarının bunu bilməsini istəməz divar.
Divar görünmək istər, gözlər önündəki mənzərəni mümkün olduqca tutmaq istər. Ancaq bunu yapa bilməsi mümkün deyil. O divarların tikilməsi kimlərin işinə yarayacaqsa, o da gəlib yan-yana tikəcəkdir divarları. Bir divarı başqa bir divarla bitişdirəcəkdir. Amma yenə də bir divar, bir sürü şəklində irəliləyə bilməz, ona bir çobanlıq yapan olsa da...
Divar iki üzlüdür. Dərrakəsi o qədər yoxsuldur ki, zəhmət çəkib, bir də arxa üzündə yazılanları oxuyacağınızı təsəvvüründə canlandıra bilməz. Divar ağıllı başlı bir zəka sahibi kimi görünmək istər, quruluşunda kəndi zəkasından bir pay olduğu iddiasındadır. Palçığında vaxtiylə bir zəka olsa da, o çoxdan donmuşdur. Qarşısında sayğı göstəriləcək yeganə şeyin zəka olduğunu söylərkən, bir neçə dəqiqə sonra, ayaq silməyə yarayan bir əski parçası səviyyəsinə enəcəyindən xəbərsizdir.
Qarşına çıxan üz bir divarsa... düşünməlisən ki, daşları biri-birinə bağlayan məhlul izləri, bir iztirabın izləri deyil, qəzavü-qədər cizgiləri deyil, yazı cizgiləri deyil, susdurulmuş vicdanın üzərinə çəkilmiş cizgilərdir.
Bir divar, hər zaman, qarşısında özü kimi bir divar görmək istəyər. Onun varlığıyla möhkəmləndirər varlığını, beləliklə də onun varlığı haqlılıq qazanmış olar. Bir divar, yalnız bir divarla dialoq qurar, bir divarın işi başqa bir divarladır.
Qarşına çıxan üz qaranlıq bir divarsa, gözünü ona dikərək anlamağa çalışacaqsan: Nəyə görə? Onu yıxmağa, zir-zibiliylə məşğul olmağa dəyərmi? Arxasında nələr və kimlər vardır?
Divarı başa düşdüyün zaman, ancaq o zaman, daşlar bir-bir yerindən sökülməyə və çatlayaraq irəliləməyə başlayacaqdır. Divarın divar olmasıyla özünü məhkum etdiyi hərəkət donuqluğu artıq anba-an söküləcəkdir. O artıq diz üstə çökmək üçün təsadüflərin yolunu gözləyəcəkdir. Amansız bir daş, kiçik bir külək, ya da xəfif bir yer titrəməsi... İnsan divarlaşdığı zaman, onun qədərində bir abidə olmaq yoxdur. Divarlaşan bir üzün qaçınılmaz alın yazısı zir-zibil olmaqdır...
Əslində, dibdən gələn sarsıntı yıxar bir divarı. Bu da onun vicdanını hərəkətə gətirməsini tələb edər. İnsanda daxili dəyərlər ani qımıltılarla yerlərini tutmağa başlarsa, divar da öz-özünə yıxılar. Bu divarı, daşlaşmış vicdanına onu laxladacaq bir bahar suyu, insani bir səmimiyyət salıb öz-özüylə baş-başa buraxmalı. Baş, daş olmaqdan o zaman çıxacaq, insan qəlbindəki insani yerini o zaman alacaqdır, və görəcəksən ki, gözlərdəki zülmət yerini onun da mayasında gizlənən işığa verəcəkdir.
Kültür, ədəbiyyat, düşüncə və buna bağlı digər ortamların divarları, yeni gələn dib dalğalara qarşı davamsızdır. Yazıçı divarla qarşı-qarşıya dayanıb bütün qüruruyla baxmalı, ortaya qoyduğu əsərsə öz gücü, daxili enerjisiylə dibdən şoklar yaymalıdır.
Həqiqi ədəbiyyat şəxslərə qarşı mübarizə aparmaz. Ədəbiyyat qovğasında güc yazılan əsərin əlindədir. Yaradıcısının əməyi orada bir "mədəni silah" nitəliyi qazanmışdır. Yazıçının ya da şairin barmağı bu silaha artıq uzanmasa da olar. Vaxtı, saatı gələn zaman o silah özü-özlüyündən atəşlənəcəkdir.
Qarşına çıxan üz qaranlıq bir divardırsa, oraya, qabiliyyətin, yaradıcılığın işıltısıyla aydınlıq yazılar yazmalısan. Bir divara onun nə olduğunu başa sala bilməzsn, ona öz həqiqətinin varlığını qəbul etdirə bilməzsən, amma onun varlığı sənin başa düşülmən üçün vasitədir. Divarın yıxılışı göy gurultusuna bənzər bir bir yazıdır.
Fəqət yazdığın, bir divar yazısından artıq deyilsə; divar divar olaraq qalacaqdır. Yazdığında sinsicə söyüşlər varsa, yazdığın divarın səviyyəsindən daha da aşağıya enirsə, daha da qaraldacaqdır divarın üzünü. Divarlığında, bəlkə də haqlı bir gərəkcə bulacaqdır.
Səthi etirazları deyil, şeyləri yenidən bir düzənə salan iç hərəkətləri topla ki, sənə gün işığı göstərmək istəməyən, baharın önünü kəsməyə cəhd edənlər tarixin dibsiz qaranlqlarında öz yerini alsın!
İstər siyasi, istər kültürəl sahədə, istər ədəbiyyatda olsun, keçmişə, ya da gələcəyə divar çəkənlər məğlubiyyətlərinin ömrünü uzatmaqdan başqa bir şey yapmıyordur.
Haqqında danışdığımız divar, fiziki cəhətdən varlığını qorusa da, mənəvi baxımdan çökmüşdür.
Qarşına çıxan üz qaranlıq bir divardırsa, divar da divarlığından utanmaqdadır gerçəkdə.
Divarı da, insanı da bu utanc verici durumdan qurtarmalısan. O halda, insanlığını divardan yüksəkdə, çox yüksəkdə tutman lazımdır...

                                                                                                                                                    Cevdet Karal