Alatoran_header  
Jurnal > 2004/№3 > Şerlər

KABUS

aydınlıq bahar sabahına doğru
kəndisinin n olduğunu söyləyən
qıvrım saçlı gənci görüncə qarşısında
"tam da sonuca varmaq üzərəydim!
Allaha pənah! bir daha
lütfən məni narahat etməyin" dedi
dim-dik olmuş saçlarıyla

eyni anda
başında ulduzlar
əlləri ağappaq güllərdən
iri gözləriylə
şer deyə göründü bir qadın
"məni çöhrənizdən məhrum etməyin
gecə gündüz demədən
arada bir
təklifsiz gəlin!" dedi
və yola saldı
bu sevgili qonağı da pəncərədən

röyasında!
həm matematik professoru!
həm şair!
görməsi yetməzmiş kimi kəndisini
köksündəki əlləri
və üzü qulaqlarıyla birgə
hətta sıyrılan dişləriylə
bütün bədəni indi
xal-xal bir köpəyə döndü

ardınca...
ayaqlı nəhəng üçbucaq şəklində
küçədəydi
köynəyində qazılmış işarətlər
qarğıdalı saçaqları çənəsində

yeriyirdi sanki
bir quş yerişinə uyaraq
buz körpünün üstündə
çiskin belə donub
altındakı çay axarkən
yanıq kağız qoxusu içində

aydınlıq bahar sabahına doğru..
qadın! oyandı!!
məna aradı olub keçənlərdə
yoxladı hər yerini
fələyin çiçəyinə toxundu
və adını mızıldadı səssizcə


SON TÖRƏN

hələ ağzıyla yeriyir o
önündə bir metal yumurta
qırt düşürür səsini meydanlarda

ansızın qaranlığa düşsə
içində bəm-bəyaz qorxu
və kül dadı damağında atasından qalma

gözlüyü tam iyirmi dörd ayar qalın
bəzən dolma bükən arvadı sıxılsa da
dərzisi məmnun işindən
bəy əfəndinin hər vaxt ziyarətçisi var

son sayımda sıfırlanan dostları
gözləyirlər gözlərindən belə atəşin
meydan gurultularını yenidən

halbuki daşa basılacaq tabut
gözləyər səbrlə yas yerində
yuyularkən əllər
bu son təmizlik mərasimində


YIXIM SƏSLƏRİ

partlaq bir top vardı divarın dibində
və ay gümüş bir qəh-qəhə teşti kimi
dövrə vururdu baxçada

baxça
bir çapmalıq torpaq bəlkə
sürənin nə olduğunu bilənə
hər bahar yaşaran arsız otlar
onları sökərkən ağla gələn sual

qolay gəlsin bəy əfəndi
bu xortumdan gələn su
necə də can verir ölümə

belədir bu
insan qan nizəsini batırar özünə

və baxça
xoş gəldiniz deyərkən birinə
düşməmək o yersizlik dərdinə

halbuki
işlək velosiped pedalı küçələrdə
birdə birə əriyən meyvəli dondurmalar kimi
çoxdan qarışmış hər şey biri-birinə

və dostum uzağa düşdüm bu yaz bir müddət
giləvar nəsimi deyil şeytan sülfürlərini xatırladan
söyüşlü gərgin və tozlu günlərdə

bir səhər törən baxçasında
şapqa bot
asfalt ləkəsi və dövlət köpəyi sıqnal
çalarkən köksümdə
birdən bir uşaq
kəskin çiçək kimi bağırdı
ata! ata!
nədir üstündəki sənin...

onlarca adam bu səslə
çöküncə üzərimə
sandım sudur mayası bütün zəhərlərin

üstəlik
yanğın kimi yürüyərkən üstümüzə gün
İsanın xoruzundan xəbərsiz
yazı tor atdı iki adam
bir kitab dükanında gözləyən
uğur qazanmaq üstə yazılmış kitab üçün
o kitaba pul vermək üçün

demək istədiyim
partlaq bir top vardı divarın dibində
və ay gümüş bir qəh-qəhə teşti kimi
dövrə vururdu baxçada


GECƏLƏRİN 1 GECƏSİ

37-ci gecə

uzaq
xəbərin yox. nə vaxtdır
ağzı bağlı
qurd kimi yaşayıram. Səni
xatirələrdən çıxarıb
dodaqlarıma kömüncə dişlərimi
gözlərimdən
yaş deyil başım axır sanki

qəlbim. yenə duz.a yatmış
yuxuda.
eşiyindəyəm evinin

və səhər çağı
                         pupundan
çılpaq kəpənək kimi çıxdığım olur
toruna düşmə qorxusuyla günün

diləyərdimmi üstəlik. bir erkək keyik
buynuzundan. baxaydım
divarı məndən uzaq otağına

əlbisədən belə qaçdım
tüklərim cəng üçün
dünəndən təşnə

bəlkə də... səssiz dırnaqların
keçmədi bir dəfə də olsun
uzaqlığı qədər tənimə.
ruh! Bu ormanda qabıq bağladı
ondan sızan doşab,
boşuna!


0-cı gecə

rəbbim. insanlar un. ufaq
mənə bir şeylər ver
həddimi öncə özümə bildirim

karvanla səyahət varmış qədimdə
min kərə düşündüm...
boğulmazkən çaylar dənizə qədimdə
ah bu bəndələr
satmış oldu dostunu elə ilk kəlimədən
unum yox. ki ələyim olsun
ortasında qaldım. allahım
mənə bir şeylər ver
həddimi öncə özümə bildirim


EŞQ QALASI

qadın...analıqdan əvvəl
artım təpəciyi
qum. Qum. Toplanma.
Və danə. Danə. Səbr. Səbr.
hər qumun bir şüşəyə girməsi
o melanxolik dünya gülü erkək üçün
qadının qadına qonub
qadının qadına çevrilərək böyütdüyü əfsanə...

sehirli qılınc...
uçan aslan...
qanadlı ulduz...

əgər açmışsa kilidli dili,,,
qan,
gizlənmə,
saç yelpazəsi,
sürünmə duyğusu,
doğmaq instinkti,
qızıl top
bir əldən bir ələ,
bir diş içindən bir diş içinə
əmizdirmə deyil
sümürüb əmmə
sütül badam kimi
çevirmə sarp qalasında.

O qalada eşq çürüyüdür ana qadın
duyğu qırığıdır
rüzgar yarasıdır
quyu daşıdır
üz yarasıdır
qırılmış başaqdır
yarılmış yoldur

hər erkək!
bir tülkü quyruğu kimi
uzanan bürclərdən
vadiyə baxar
qanadı günəşə
yanğın qülləsi gözətçilərinə
əl içlərinə
basdırılırrrrrrrr.

eşq ana olmağı arzulamaz
hər eşqi bir analıq tələsi gözlər...
iki gülləli
incə işləməli
yastıqlı yataqlar içində......


91-ci gecə

Bağlarbaşı parkında göyərçinlər...!
bu səhər
çay buğu...

pəncərə önündə oturmuşam
şüşədə səs ləkələri
şüşədə ziqzaqlı pilləkənlər
çırpınan qaya balığı...şüşədə
...üzüm

sanki hələ dünəndən
əlimə batmış arı iynəsi
vuruşduqca açılan qılınc dişləri

biri birinin əkizi
miniatür qızlar keçdi yoldan
şəkər kimi gülümsəmələrlə
göstərərək göyərçinləri
analarına

pəncərə önündə oturmuşam
şüşədə beyinin relyefləri
şüşədə eşq cəngləri
pəncəsini açmış şahin gözü..
şüşədə..
əllərim..!

"nə. olardı..deyirəm içimdən..
gözləyəni.. olmasaydı insan!
nə.. olardı...
gözləyən. olmasaydı insan!"

və həyatı..
tük bir mişarla səssiz kəsən
ölümü,,,
susturmasaydı
enib qalxan göyərçinlərlə
hər.udumda.. çay!!!


QURDUN BASDIRILMASI

haydı gəlin ölmüş bir qurdla nə edə bilərik
cibimizə sığmaz
sığmaz yazı çəkməcəsinə də
içini boşaltsaq, dərisinə
pambıq doldursaq dözə bilmərik buna
düşünərək sürətini bir çayın
axarına buraxsaq
çox uzağıq o sudan çox
ən yaxşısı yağışın sızmadığı bir nərdivan altı
bəlkə damarları bir yarpağın
anamızın deyil
gözləri ən çox sevdiyimizin..
olmaz olmaz çaşqınlıqdan sayıqlamağa başladıq
...
bəlkə baxçası yan qonşunun?

o qurumuş vişnə var ha
budaqları qar tutar hər qış
qarğalar enər dibinə dərin ən dərin çuxur qazalım
diri dişləriylə göməlim qurdu
...
yaxşı, biri görərsə...

görməmiş kimi davranar
örtərik üzümüzü kürəklərlə
botlarımızı və əllərimizi əhəngə soxarıq
dikilmişkən gözləri qurdumuzun boşluğa
aman gecikməyək
dan yeri qızarmamış verəlim bu qərarı
arayışı taparıq sonra
bələdiyyə veterinarı bizdən
başçı da xəbərdar olar baş verənlərdən

vay, vay bizim halımıza
hələ dünən boz tüklərinə toxunduğumuz
burnunu sevib adıyla çağırdığımız
o yırtıcı və xain qurdumuza nə oldu
vayımıza otursunlar bizim
əfsanəmizə nə toxundu...

aa! xoş gəldiniz
biz də sizi gözləyirdik hörmətli xəzinədar!


bir.adam.

bir. adam. var. otağımda.
pərdələri yellədən.
bir adam. var.
dəsmalda. sarındığım leylək.
bir adam var. mətbəxdə.
bir. adam. para çorəyimdən dişləyən.
bir adam var.
barmaqlarımda.
hər zaman mənim. heç yaşamadığım
küçədə. "qurutduğum gül qızıl teştdə".

bir. adam. varr.
xəstəlikdə. bir qaşık limon.
şorba.
birr adam varrr.
getmək istəyirəm.
rüzgar qaraltısı. bir adam. var!

bir. adam. var.
açıq. qayçı gözləri.
bir adam. var.
avtobus. dolaşır şəhərləri

bir. adam. var. otağımda.
toz içində.
bir adam. var!


PARKİNSON

bir gün o çox olan günlərin bir günü
ankara və ford markalı yük maşınları
yuvarlanıb girmədən həyata
dönüb gəlmişdi əmim əsgərlikdə
olduğu sarıqamışdan

bir gün o çox olan günlərin bir günü
bayramdı
təkbir gətirirdik cingildəyən bıçaqlarla
qar yağarkən üstünə qurbanlıq qoyunun

bir gün o çox olan günlərin bir günü
oyanıb əmimlə mən səhər erkən
gözümüzü dikmişdik Məhəmməd Əliyə
Əli idi o hər yumruq
taleyin ayağında bir çarıq kimi tərs dönərkən

bir gün o çox olan günlərin bir günü
Məhəmməd Əli parkinson olmamışkən


ÇÜRÜK GİLAS

eşq çürük bir gilas dadındadır
və hər gün ürkək iki quş toxunub qaçar ona

üstəlik
tapılırkən hər şeyin əvəzi dünyada
ondan başqa varmı yaxıb yıxan
qonduğu hər yeri çarpaz qanadlarıyla

                                                                                                                                                     Ömər Ərdəm