Alatoran_header  
Jurnal > 2004/№3 > Naxçıvandan bir haray

Salam.
Mən Naxçıvandan sizin dəstəkləyiciniz. AYO-ya uzv olmaq istəyirəm. Sizin fikiləriniz və əsərləriniz yeni olduğu üçün maraqlıdır.
Mən özüm də sizin üslubda şerlər yazıram. Təəssüf ki Naxçıvanda ədəbi mühit yoxdur. Nə bir ədəbi dərnək var, nə də bir ədəbi qurum. Naxçıvan Yazıqlar Birliyi {Elnur Astanbəyli} də kağız uzərində var. Azərbaycan ədəbi mühütində Naxçıvandan heç kimi tanımırlar. Halbuki Elxan Yurdoğlu, Ilqar Qulubəyli, Qafar Qərib, Hüseyn Bağıroğlu heç də Rasim Qaracadan, Xalid Şürükdən, Şərif Agayardan və s. zəif deyillər. Bunun bir gunahı bizdədirsə, iki gunahı sizdədir. Naxçıvandan bir nəfəri də arayıb axtarmırsınız. Naxçıvanda demokratiya yoxdur, azad soz yoxdur. Bizdən imtina etməyin. Naxçıvan da Azərbaycandır və burda da ədəbi quvvələr var. Səsimizə səs versəniz birlikdə cox islər gorə bilərik.

                                                                                                                             Hormətlə Elxan Yurdoglu