|
|
Əbu Səid Xadimi Həzrətlərinə
Qovurdu bozqır get-gedə
Çadıra sığmaz oldu iki yaxamız
Yetməz oldu qımıs atəşimizə
Türkümüzə qopuz.
Qovurdu bozqır. Suya sevdalandıq
Köçtük yağmurlara
İllah ki ulduz
İllah ki ay doğsun üzərimizə
Eşqə aşinalığımız
Ulduz qədər əskidir bizim
Sevdanı qissələrə böldük get-gedə
Qurudu yağmurlar…
Rəfə qaldırdıq yenidən şeri
Üzü dönük eşqlərə qaldıq
Köçdük yalanlara
İllah ki Leyla
İllah kiröya doğsun üzərimizə
Aldanmaq aşinalığımız
Günah qədər əskidir bizim
Get-gedə
Neyə tökdük bütün itikləri
Gözə gəldik get-gedə
Alaqaranlıqda çəkilən bu qədər çilə
bu qədər ulduz
bu qədər Leyla
Bu qədər yalqızlıq
Bir misra üçünmü?
Bizmi aldadıldıq
Yoxsa surun xəyalımı aldatdı bizi
Ah ləin
Həsrətə aşinalığımız
Eşq qədər əskidir bizim…
Selma Ümit (Türkiyə)
|
|