Alatoran_header  
Jurnal > 2004/№3 > Şerlər

KİMİ KİMİ

Gəlib keçən gedib dönən tənhalıqlar
kimiydi zaman
Başları kimsəsiz bir türbənin sükunətiylə
xışıldayan yarpaqlar…
Tüllər kimi sürüşən bir külək
Könülə uzanan qəmsiz budaqlar kimi…
Uzanan uzanan qalaktika kimi
Ulduzsuz gündüzlərin günəşsiz gejəsi kimi
Bir meşənin dəlicəsinə dərindən dərinə
dərindən dərinə…

Ömrümün yazından
payızına döndüm
dönə dönə həsrət çəkdim dönə dönə
Gülgün-güləj günlər axdı boynuma
Elə hey üstümə gələndə alaja saatlar
Qaranlıqlar çevrildi elə hey…

Kimsəsiz qovğasız, tərki aləm yas saatları
Yavaşlamış göllər kimi axıb getdilər
Göllər kimi axıb, göllər kimi…


İNSAN

Bir Adəm Həvva olur Həvva Adəmə baxmır
Adəm yox olur
Bir iblisin xışıltısı
-ilanmı desəm yamyaşıl-
qulaqlarımı qanadır
Həvva qanadır
Adəm var olur
Güllər gördüm
ki əsilsiz
Səbəbsiz, bir oraq çəkicə vurur
kommunist olmayan bir ölkədə.
Əlimi uzadıram
Ala bilmirəm
Güllər böyüyür
Uzandıqca hər tin başında
bir Adəm olur
Həvva biçir
Adəm ağlaya bilmir
Kirpiklərim uzanıb göz bəbəklərimi dəlir.

                                                                                                                                        İdris Çakmak
                                                                                                                             (Qafqaz Universiteti)