Alatoran_header  
Jurnal > 2004/№3 > Ədəbiyyat haqqında düşüncələr...

Ədəbiyyat - söz sənətidir deyirlər. Amma məncə Ədəbiyyat - daha çox obrazlı fikir, ideya sənətidir. Yazıçı da Filosof kimi dünyanın və həyatın mənası haqqında düşünür, Kulturoloq kimi insan yaşamının inkişaf qanunlarını izah edir, Ideoloq kimi cəmiyyətin və dövlətin problemlərini düşünür, Politoloq kimi ictimai-siyasi proseslər haqqında proqnozlar verir və s.
Bu baxımdan Söz - əgər hər hansı bir fikri ifadə etmirsə, müəyyən ideya daşıyıcısı deyilsə, onun nə ictimai əhəmiyyəti olar, nə də mənəvi təsir gücü.
Heç bir fikir bildirməyən mənasız gözəl sözlər kimə lazımdır?

* * *

Eyni nəsildən olan bir qrup təkəbbürlü adamın ədəbiyyat haqqında düşüncələri - dinastiya, sülalə romantikasından başqa bir şey deyildir. Onlar "Forsaytlar haqqında saqa" sil-siləsində olduğu kimi sanki ətrafdan təcrid olunmuş mübhəm bir monopoliyada yaşayırlar. Və belə uzunmüddətli özünütəcrid şansı onlarda elə təsəvvür yaradıb ki, yeni epoxa ədə-biyyatının zirvəsini məhz onlar fəth ediblər və o zirvəyə daha kimsənin yaxın düşməsi mümkün deyil. Hətta ədəbi aləmdə yalnız onlar deyə bi-lər: "kim ədəbiyyatla məşğul olsun, kim yox..."
Nəbati demişkən: "Bülbül gülüstanə gəlsin, gəlməsin?.."
Halbuki göz qabağında daha uca zirvələr var, sadəcə onları görmək bunlara sərf etmir.

* * *

Xruşşovun "bahar nəsiminə" düşənlərin bəxti onda gətirdi ki, Stalinizmin ləğvi kompa-niyasını aparan dövlətin rəsmi ideologiyası cüzi yeniləşmənin gur təbliğini tələb edirdi. Hər sahədə olduğu kimi, mədəniyyətdə də bu kom-paniya gedirdi. Və bu işə ən istedadlı təbliğatçı-təşviqatçılar cəlb edilirdi. Radioda, televiziyada, qəzet-jurnal redaksiyalarında, nəşriyyatlarda, idarə və təşkilatlarda... Əslində o vaxt yaradıcı adamın 10% istedadı olsa, 90% də rəsmi təbli-ğat (müasir terminlə desək - reklam) ona təkan verirdi. Bu prosesdə istedadlı jurnalistlərin xü-susi rolu vardı. Məhz onlar gənc 60-cıları küt-ləvi şüurda məşhurlaşdıraraq 70-ci illərə təhvil verdilər.
Sonra gələnlərin arasında isə hətta 90% istedadlı yaradıcı olsa da, 10% belə təbliğ (rek-lam) olunmadıqlarından gözə görünmürdülər. Bəlkə də əksinə, ört-basdır olunur, bilərəkdən görməməzliyə vurulurdular. Çünki artıq ədəbi-bədii sferalarda bütün pozisiyalar tutulmuşdu və yuxarıdan hələlik başqa tapşırıq gəlmirdi... Hamı həyata belə alışdı...

Halbuki adamları görməməzliyə vurmaq, ictimaiyyətdən gizlətmək, ört-basdır eləmək elə əsil köhnə metodlardan idi. Stalin zamanında fo-toşəkilləri retuş edib arzuolunmazları sildikləri kimi, istedadlı, qabiliyyətli adamları mərkəzdən uzaqlaşdırıb ucqarlarda it-bata saldıqları kimi... Axı istedadsız və simasız ətrafın fonunda "ucal-maq" asandır...

Azad demokratik düşüncə tərzi belə ləyaqətsizlikləri qəbul etmir.
Ancaq paradoksdur: vaxtilə güclü təbliğ (reklam) olunub məşhurlaşdırılanlar özlərindən sonra gələn nəslin üzə çıxmasına mane olur.
Və müasir ədəbi prosesdəki kəskin qarşı-durmanın qaynaqları elə bu təzaddan törəyir...

* * *

Demokratiya sovetləri silkələdikdən son-ra zəncirlər qopdu. Kimi tez ayıldı, ayrıldı, kimi gec. Biz həmişəki kimi ən səbrlilərdən olduq. Amma hər halda olduq. Xruşşov baharından fərqli olaraq şiddətli demokratiya küləkləri bü-tün faciələri və təlatümləri ilə birgə Qafqaz dağlarını da aşdı. Ölkəmizdə nələr oldu, nələr oldu...
Bu gün artıq Azərbaycanda azad, müstə-qil, demokratik dövlət var. Dünya birliyinə, Av-ropa ailəsinə inteqrasiya olunmaqdadır. Ölkədə köklü dəyişikliklər gedib, gedəcək. Çox ciddi, radikal siyasi, iqtisadi, hüquqi islahatlar gedib, gedəcək. Ictimai-siyasi həyatımız yeniləşib, başqalaşıb, təzələnib.
Amma nə yazıq ki bu yeniləşmə, təzələn-mə digər sahələrdə olduğu qədər mədəniyyət sahəsində ola bilməyib. Zəruri mədəni islahatlar ya getmir, ya da ləng gedir... Kinoda, teatrda, musiqidə, rəssamlıqda, heykəltəraşlıqda, xalq yaradıcılığında, ifaçılıq sənətində, estradada...
Və o cümlədən, mədəni inkişafin nəhəng qollarından biri olan ədəbiyyatda.
Formalaşdığı dövrün ətaləti hələ də şüur-larda qalmaqdadır. Bu - həm də bəzi ədiblərin köhnə xəttə, köhnə üsluba, köhnə düşüncəyə sədaqətindən irəli gəlir.

* * *

Ancaq demokratik düzən tələb edir ki, 60-cılarla yanaşı 80-cilər də olsun, 2000-cilər də... Qoy ədəbi-bədii palitra bütün rəngləri ilə bərq vursun. Qədim və zəngin mədəniyyətə malik günəşli Azərbaycanın çağdaş mədəni hə-yatı daha maraqlı, daha işıqlı görünsün. Palit-radan hansı rəngi sevib-seçmək isə - artıq icti-mai fikirin preroqativasıdır.

Məgər Isa Hüseynovdan sonra Əkrəm Əylislinin gəlməsi, Məmməd Arazdan sonra Çingiz Əlioğlunun, Vaqif Bəhmənlinin, Akif Səmədin... olması pisdir?!
Necə ki Məmməd Cəfərdən, Əziz Mirəh-mədovdan, Əziz Şərifdən, Məmməd Məmmə-dovdan, Bəkir Nəbiyevdən, Yaşar Qarayevdən, Xeyrulla Məmmədovdan, Akif Hüseynovdan, Şamil Salmanovdan... və b. sonra ədəbi tənqi-din, ədəbiyyatşünaslığın yolu ardıcıl davam edə-rək Nizami Cəfərovu, Məhərrəm Qasımlını, Nizaməddin Şəmsizadəni, Arif Əmrahoğlunu, Asif Rüstəmlini, Tahirə Məmmədi, Şamil Kör-pülünü... və b. meydana gətirdi.
Məgər bu normal proses deyil?!

* * *

Bəlkə də təvazökarlıq standartlarına uy-ğun deyil, amma belə düşünürəm ki, şəxsən mə-nim satira, elmi-bədii publisistika, tərcümə, kino-tele-radio dramaturgiya və digər janrlarda, ədəbi növlərdə elə yazılarım olub ki, ideya-bə-dii tutum, ictimai mahiyyət və tarixi əhəmiyyət baxımından onlar "klassiklərin" kərpic romanla-rından, sicilləmə povestlərindən, süni dram və ssenarilərindən daha üstün, daha ciddi, ən əsası cəmiyyət üçün daha gərəklidir. Hər biri də məqamında yazılıb, çap olunub, yayılıb, ictimai fikir dövriyyəsində iz buraxıb...
Çox da ki müəllifi reklam olunmayıb. Heç özüm də bunun marağında olmamışam. Mən yaradıcılıqla şöhrət üçün yox, özünüifadə üçün məşğul olanlardanam...
Əlbəttə bu heç də o demək deyil ki, mə-nim yazdıqlarım daim görməməzliyə vurulmalı, ya da ört-basdır edilib göz qabağından gizlədil-məlidir...
Bu onsuz da mümkün deyil.

* * *

...AYB üzvülüyünə qəbul olunanda ko-missiyaya 4 əvəzinə 40 çap vərəqi həcmində çap olunmuş yazı təqdim etmişdim. Çünki çox naz edirdilər. Amma ortada bir sətir yazısı olmayanın birisini AYB-nin katibi qoydular...
Sonradan da nə qədər kitablarım çıxdı, tərcümələrim oldu, filologiya üzrə elmi iş yazıb dissertasiya müdafiə etdim, yüzlərlə bədii-publisistik yazılarım dərc olundu, satiralarım qəzet-jurnal səhifələrinə, ekrana-efirə çıxdı... və s. Bir sözlə, öz xalqımın mənafeyinə uyğun yazılar yazmağı həmişə şərəfli iş bildim.
Ancaq ötən bu 15 ildə AYB-dən, onun rəhbərliyindən bir dəfə də olsun bu yazılarla bağlı reaksiya görmədim. Birliyin rəhbərliyi öz üzvünün yaradıcılığı haqqında heç bir mövqe bildirmədi. Özünü görməməzliyə vurdu. Amma indi cavanlara deyirlər ki, siz danışmayın, yazı yazın.
Guya bunlar yazıya qiymət verəndi?!..

AYB-ni ədəbi proses maraqlandırmır. Kimin necə yazması yox, kimin hansı dəstədə olması və kimə mədhiyyə oxuması maraq-landırır. Odur ki, on beş il yazdıqlarıma susan AYB rəhbərliyi keçən il qəflətən çirməndi. Iki səbəbə görə: köhnələrdən sonra gələn yeni ədə-bi nəsli müdafiə etdiyimə və dədə-baba dostları Nazim Hikməti Moskva uşağı, Türk düşməni, Vətən xaini kimi ifşa etdiyimə görə AYB-nin katibliyi məni anındaca "yada saldı".
Amma heyf ki barəmdə çox səviyyəsiz, savadsız tənqid yazmışdılar... Halbuki məsə-lən, ötən əsrin 80-ci illərində mən Az.TV-də Baş redaktor işləyəndə ədəbi gəncliyin təbliği üçün açdığım "Çinar" ədəbi almanaxına aparıcı kimi dəvət etdiyim şair o verilişdə ədəbi yara-dıcılıqla bağlı daha cəsarətli tənqidi fikirlər söy-ləyərdi və mən də heç birini qayçılamadan ondan da böyük cəsarətlə efirə verərdim. Amma bu gün artıq AYB katibi olmuş həmin o tanın-mış şair mənim tənqidimə həsr olunan son dərə-cə zəif və səviyyəsiz bir yazıya imza atmışdı... Hələ digər məqamları demirəm...

* * *

Indi bütün sahələrdə olduğu kimi, ədə-biyyata da yeni nəsil gəlir və bu gəliş təbiidir. Qarı qış tez-gec yerini tər bahara verər...
Mən hər zaman yeniliyin tərəfdarı olmu-şam, çünki ümumiyyətlə mənim könlüm yeknə-səkliyi bir mövcudluq forması, yaşam tərzi olaraq qəbul etmir. Istər ictimai-siyasi həyatda, istər mənəvi-mədəni. Yer üzündə həyat daim dəyişirsə, cəmiyyət, insanlar inkişaf edirsə və bizim ömrümüz istədiyimiz qədər uzun deyisə, onda nədən bu planetar inkişafın müqabilində illərlə dünyanın bir bucağında oturub gözlə-məliyik ki, görən bizdə haçan nəsə dəyişəcək, inkişaf olacaq... Bəlkə o yeniliyi, inkişafı hə-yatımıza özümüz gətirək?!
Ötən illərdə gənc yazarları da məhz bu mü-lahizələrə görə müdafiə etmişəm. Özü də heç birini şəxsən tanımadan. Və tanımağa da ehtiyac duymadan. Çünki mən fərdlərə tanıdığım, ya tanımadığım üçün qiymət vermirəm. Mən prinsip etibarilə proseslərə qiymət verirəm. Hansı proses obyektiv və perspektivlidir, xalqın, ölkənin, vətənin mənafeyinə uyğundur, hansı bizi ləngidir, inkişafdan saxlayır.
Beləcə, mən gənc yazarların müdafiəsi-nə qalxanda heç Rasim Qaracanı, Həmid Herisçini, Azad Yaşarı, Seymur Baycanı, Murad Köhnəqalanı, Nərmin Kamalı, Yafəsi, Aqşini, Şərif Ağayarı, Elnur Astanbəylini və b. tanımır-dım, üzlərini də görməmişdim. Yalnız yazdıq-larını oxumuşdum. Sonradan gördüm ki, bu - Rasim Qaracadır, bu Nərmin Kamaldır və s. Amma adam fərqli düşünür deyə onu məhv elə-məkmi olarmı? Məsələn, kimsə qeyzlənir ki, Xanəmir niyə belə düşünür, Şərif Ağayar elə yazır və s. Amma bu nə deməkdir? Onlar ki Vətəni satmırlar!
Axı bu istedadlı gənclər də Azərbaycan torpağının yetirdiyi sərvətdir! Bu modernist gənclərin yazılarında tamam yeni, fərqli baxış prizması var və yazdıqları oxunur.
Döşünə döyən canlı "klassikləri" isə artıq çoxdandır heç kim oxumur. Onlar yazır, çap olunur, ortalıqdan çıxmırlar, amma yazdıqlarını da heç kim oxumur...

* * *

Köhnələr nostalji içində yaşayırlar. Bəzisi hətta 30-cu illərin, qanlı repressiya illərinin xif-fətini çəkir və o illəri Azərbaycanın "gur in-kişaf dövrü" hesab edir. Bunu çəkinmədən uca-dan da deyir. Çünki savadsızdır: Azərbaycanın tarixini bilmir. Keçmişindən xəbəri yoxdur. Öl-kəsinin tarixini bilmədiyindən isə heç utanmır da. Sərbəst, şad-xürrəm yaşayır, ortada yeyib qıraqda gəzir...
Əlbəttə, mən köhnə deyəndə yaş baxı-mından yox, təfəkkür baxımından köhnəliyi nəzərdə tuturam. Düşüncənin köhnəliyi, təfək-kür tərzinin, həyata baxışın köhnəliyi.
Fiziki aşınma təbii prosesdir, ona istehza etmək nadanlıq olar. Mənəvi aşınma qəbahətdir, onun aradan qaldırılmaması nadanlıqdır. Bu gün kim Nizamiyə, Nəsimiyə, M.Ə.Sabirə, H.Cavi-də, Ə.Hüseynzadəyə, Ə.Ağaoğluna, Ü. Hacı-bəyliyə, R.Rzaya, M.Araza köhnə deyər?
Yaxud Servantesi, U.Şekspiri, Bernar Şounu, Mark Tveni, F. Dostoyevskini, Akutaqa-vanı, Nitsşeni, Kamyunu, Heminqueyi, Marke-si... oxumadan, bilmədən necə mədəni inkişaf etmək olar?
Bax, min il bundan əvvəlin Yapon poezi-yası nə qədər gözəl və təzə-tərdir, müasirdir! Amma ədib "Asiman Fırtına"nın hələ mürəkkəbi qurumamış pafoslu qafiyələri artıq köhnəlibdir...

...Bəli, köhnələr nostalji içində yaşayır. Hərçənd ilk vaxtlar onlar da ədəbiyyata gələndə əvvəlki illəri yamanlaya-yamanlaya, yeniləşmə istəyərək gəliblər. Amma öz mövqelərini möh-kəmlədəndən sonra hər hansı yeniləşmənin əleyhinə çıxıb, heç bir dəyişiklik istəməməyi özlərinin uzunömürlüyünə yeganə qarant biliblər.
Nostalji içində yaşayan ədiblər məhz alış-dıqları pafosun, reqaliyaların, illüziyaların xiffə-tini çəkir. Onlarda təhtəlşüur kodu artıq belə formalaşıb.
Halbuki bütün bu reqaliyaların, gurul-tuların və qurultayların ədəbiyyata dəxli yoxdur. Ideologiyaya var, amma ədəbiyyata, sənətə, mədəniyyətə yox...

* * *

Adam potensialının tükəndiyini görəndə qorxar, çəkinər. Nəhəng şəxsiyyətlər nə yenili-yin gəlişindən qorxar, nə tənqidi boğar.
Xainlər həm də xoflu olar. Özünə inan-mayan və güvənməyən tükənmişlər yeninin gəlişindən qorxar, həqiqəti boğmağa, ört-basdır etməyə çalışar. Çünki özünün tükəndiyini özü də yaxşı bilir...
Bir də: belələri Vətəni də sevməzlər. Öncə - Vətəndir deyə bilməzlər.
Çünki öncə - özləridir!

* * *

Bəli, elə yazarlar var ki, gözümüzü açandan canlı klassikdirlər. Amma heç vaxt Azərbay-cana xidmət etməyiblər. Yalnız öz karyeralarına xidmət ediblər. Çünki Azərbaycana lazım olduqları vaxt, xalqın və ölkənin ən ağır, ən gərgin, yaralı məqamlarında onun yanında olmayıblar. Qaçıblar, gediblər, gizləniblər... Haralardasa guya "yaradıcılıqla" məşğul imişlər (Vətənin dar günündə!). Yalnız ara sakitləşəndə ehmalca barmaqlarının ucunda qayıdıb oturublar yerlərində, bərk-bərk yapı-şıblar kreslolarından...
Belə manipulyativ xislət ziyalıya, mənə-viyyatdan bəhs edən, mənəvi normalarla işləyən ədəbiyyat adamına xas olan sifət deyil. Xüsusən də özünə "xalqın alimi", "yazıçısı", "şairi" kimi pompez titullar götürən adam üçün...
Hamının hər şeyi görüb bildiyi bir m?kanda özünə əhəmiyyətli görkəm vermək cəhdi - gülüncdür.

* * *

Orta məktəbin ədəbiyyat dərsliklərində çox lazımsız əsərlər oxumuşuq. Deyiblər zirvə elə budur.
Amma bu gün öz uşaqlarımın ədəbiyyat dərsində nəyi oxuyub-oxumamalarına özüm nə-zarət edirəm. Seçirəm və köhnə ruhlu, mənasız şerləri, hekayələri, kitabları mənimsəmək im-kanı vermirəm. Beynin? çirkab axını qoymuram.
Beləcə bu gün dövriyyədə olan 56 Azərbaycan, 39 xarici klassik və müasir şair-yazıçının, dramaturqun əsərlərini oxumamağı, tamaşalarına baxmamağı onlara məsləhət görmüşəm...
Çünki onlar azad, müstəqil respublika üçün Vətəndaş yetişməlidir, imperiya üçün yox.

* * *

Bu gün bədii ədəbiyyat nağıl, rəvayət, hədis danışmaq, didaktika dövrünü çoxdan başa vurub. Dövrün dinamikası, həyatın texnoloji sis-temi dəyişib. Indi nə qədər yazmaq hünər deyil, nədən yazmaq hünərdi. Bu gün TV vasitəsilə bir-neçə dəqiqənin içində Braziliya karnavalına, Iran zəlzələsinə, Afrika cəngəlliyinə, Avstraliya kenqurusuna, Şimal ayısına baxıb tam təsəvvür əldə edə biliriksə, Aydan reportaja, Marsdan fotolara baxırıqsa, internetlə dünyanın bütün həyatı ilə tanış oluruqsa - köhn? ruhlu kərpic romanlara, iri poemalara, sicilləmə təsvirlərə, əhvalatlara, öyüd-nəsihətlərə, kiminsə göz-qaşının vəsfinə, məhəbbət iniltilərinə, müəllif sızıltılarına, başaldadan nağıl və rəvayətlərə nə ehtiyac?!
Təzə söz demək - hünərdi. Təzə sözü an-caq təzə baxış, yeni münasibət, insana, həyata, mənəvi dəyərlərə indiyədək olmamış fərqli prizmadan yanaşmaqla demək olar. Müasir ədə-biyyatın yolu budur. Söz mümkün qədər qısa, aydın, lakonik deyilməlidir. Sicilləmə oxumağa nə vaxt var, nə hövsələ, nə də ehtiyac... Əsas ideya, fikir yeni, gözlənilməz bədii priyomlarla və yüksək ustalıqla oxucuya çatdırılmalıdır.
Şüurun inkişafına xidmət etmək, mərda-nə xasiyyət, mədəni ünsiyyət təlqin etmək, Və-tənə, xalqa gərəkli olan sözü demək, insanlara təsəlli olmaq, arzu-istəkləri oxşamaq, düşmənə nifrət, torpağa məhəbbət hissləri aşılamaq... - sənətin tələbi bu istiqamətdədir.

Yəqin elə buna görə də publisistika janrı indi önə çıxıb və ən gərəkli məqamlarda millət meydanındadır. Publisistika - aşkarlıq, müstə-qillik, demokratiklik olduqda sürətlə inkişaf edər.
Sovetin qapalı rejimində isə publisis-tikanın sürətli inkişafı mümkün olmazdı. Çünki publisistika - açıq mövqe, cəsarət, fakt, ünvan, ad tələb edir, bunların aşkar deyilə bilməsi üçünsə cəmiyyətdə demokratik mühit olmalıdır.
Bədii nəsr belə konkretlik tələb etmə-diyindən orda rəmzlərə, metaforaya, eyhamla-ra, təşbehlərə, mücərrəd xülyalara, nağıllara geniş meydan var.
Ezop dili - qul dili - əsil sovet dilidir.

                                                                                                                                                              Akif Əli
                                                                                                                                                       aprel 2004