Alatoran_header  
Jurnal > 2004/№3 > Erməniləşdirilmiş Bakı

Rəsmi statistikaya görə 1991-ci ilə qədər Bakı şəhərində 400 min erməni və 500 min rus yaşayırdı. Bu statistikaya görə, toplam 1.5 mln. əhalisi olan Bakı şəhərinin, nə az nə çox, yalnız 3/1 hissəsi azərbaycanlı idi. Hətta rəqəmlərə istinad etmədən də, o dövrün şahidləri Bakının erməni və rus şəhəri olduğunu təsdiq edə bilərlər, bunun əksinə olaraq, azərbaycanlılar, yəni 1936-cı ilə qədər pasportunda milli mənsubiyyəti "türk" deyə anılan insanlar, sovet Bakısında ikinci dərəcəli idi, ictimai yerlərdə rus dili hakim idi, şəhərin ən gözəl yerlərində ruslar və ermənilər yaşayırdı, türklərin böyük qismi əsas etibarilə gecəqondu məhəllərinə sığınmışdılar. Bakı türklər üçün qapalı bir şəhərdi, ermənilərdən və ruslardan fərqli olaraq türklərin bu şəhərdə qeydiyyata düşməsinin bir çox müşkülləri var idi. Bakı kimi bir şəhərin sahibi olan ermənilər özlərinin torpaq iddiaları ilə nəticədə daha çox şey itirdiklərini indi etiraf edirlər.
Bakının ruslaşmasında ermənilərin xüsusi rolu olduğunu hər kəs bilir. Hər hansı bir sənədə istinad etmədən də söyləmək mümkündür ki, bu rus imperiya siyasətinin düşünülmüş bir proqramı əsasında həyata keçirilirdi. Rusca bilməyən türklərə "çuşka" ayaması da, şübhəsiz, bir erməni məhsulu idi.
70 il ərzində ermənilər bizə qarşı ən böyük düşmənçiliklərini gerçəkləşdirdilər; özlərindən sonra hələ bir 50 il də bundan sonra islah edilməyəcək ruslaşmış bir Bakı qoyub getdilər. Təsadüfi deyil, indi "Bakinskaya natsiya" ifadəsi artıq leksik bir vahid kimi özünə yaşamaq hüququ qazanıb.
Lakin Bakıda danışılan rus dilinin əsl rus dilinə aidiyyatı azdır, bu dilə rus dilinin erməni ağızı demək də mümkündür. Bu mənada "ruslaşmış Bakı" yerinə "erməniləşmiş Bakı" təbirini işlətsək daha düzgün olar məncə. İnsan öz düşməninə bənzərmiş, deyirlər.
Sovet Bakısında yalnız ruslaşmaqla (erməniləşməklə) karyera qazanmaq mümkün idi. Köhnə MK katiblərindən birinin - Vəli Axundovun "arvadın urus, işin dürüst" ifadəsi məşhurdur. Eyni zamanda "arvadı erməni" olmaq da prestijli sayılırdı, karyera naminə erməni ilə evlənmiş vəzifəli şəxslərin yüzlərlə örnəyini göstərmək mümkündür. İxtilal illərində respublikanı tərk etmək və ya ailəsindən ayrılmaq məcburiyyətində qalan nə qədər insanın faciəsinə şahid olduq. Bir çox Azərbaycan yazıçısı yalnız rus dilində yazmaq sayəsində şöhrət qazana bilmişdi.
Rüstəm İbrahimbəyov haqlıdır, intellektual ermənilər Bakını tərk etdi, əvəzində kirli-pasaqlı kənd adamları, əsas etibarilə ermənistanlılar şəhərə doluşdu, paytaxtın mədəni səviyyəsi aşağı düşdü. Qarabağın dağ erməniləri savaş illərində Ermənistana üz tutanda da intellektual ermənilər elə bu sayaq qəzəblənmişdilər. Kəndçi erməni ilə şəhərli erməni arasında hər zaman bir gözügötürməməzlik varmış. Bənzəri şəkildə Ermənistanda və Dağlıq Qarabağda erməni təsirinə məruz qalmış soydaşlarımıza Bakıda erməni təsirinə məruz qalmış bir soydaşımızın bəyənməməzlik ifadəsini biz bu yaxınlarda xalqımızın yeganə oskarçısının mətbuata verdiyi bir açıqlamasında müşahidə edə bildik.
Ermənilərin bizə vurduğu mənəvi yaraların nə qədər gec sağalacağı gözlər önündə.

                                                                                                                                                                 R.Q.
                                                                                                                            avqust 2004, “Bakı-xəbər”