Alatoran_header  
Jurnal > 2004/№4 > Beynəlxalq "PEN"klubun öz Bakı nümayəndəliyindən
xəbəri varmı?



Beynəlxalq "PEN" təşkilatı jurnalist Elmar Uüseynovun qətlə yetirilməsindən dəhşətli dərəcədə şoka düşdüyünü bəyan edib.
Bəyanatda deyilir: "Elmar Uüseynov "Monitor" jurnalının baş redaktoru olaraq Azərbaycanda söz azadlığı uğrunda mübarizəninin ön sıralarında gedib. O, illər uzunu Azərbaycan hakimiyyəti daxilində korrupsiya faktları ilə bağlı məqalələrinə görə dəfələrlə məhkəməyə verilib. Dəfələrlə tənqidi yazılarına görə jurnalın nəşrinin qarşısı alınıb.
Yalnız qatillərin tapılıb cəzalandırılması Azərbayacan hakimiyyətinin qətllərdən senzura vasitəsi kimi istifadə etmədiyini isbata yetirə bilər. Biz həmçinin Azərbayacan hökumətinin korrupsiyanı araşdırmaq istəyən jurnalistlərə münasibətdə təzyiq siyasətini təkrar gözdən keçirməyə çağırırıq. ("Azadlıq" qəzeti 8-9 mart 2005 )"
Burda adam papağını qarşısına qoyub fikrə dalır. Görəsən, beynəlxalq "PEN" klubun Bakıdakı öz nümayəndəliyindən xəbəri varmı? Bizcə yox. Çünki "PEN" klubun Bakı nümayəndəliyinin başçısı Maqsud İbrahimbəyov Elmara qarşı ardıcıl mübarizə apararaq dəfələrlə onun ünvanına təhqiramiz yazılarla çıxış edib. Bütün bunlar bizə əsas verir ki, bir sirrin üstünü açaq. Azərbaycanda fəaliyyət (?) göstərən Bakı nümayəndəliyinin beynəlxalq "PEN" klubla heç bir əlaqəsi yoxdur. Və güman ki, heç bir zaman da olmayıb. Ueç ola da bilməz! Axı Maqsud İbrahimbəyov 60-cıların bərk gedənidir. O, heç vaxt 60-cıların amalına xəyanət edərək özünü "PEN" klubla bağlaya bilməzdi. Maqsud, əslində, "PEN" klubdan istifadə edir. Uətta deyərdik, sui istifadə edir.
Murtuz Ələsgərov parlamentdə Elmarın xatirəsini bir anlıq sükutla yad etməyi təklif etdikdə, Maqsud İbrahimbəyov, Əhəd Abıyev və Musa Musayevlə birlikdə ayağa qalxmadı. Və bununla sübut etdi ki, 60-cılar ədəbi nəsli bu amansız qətlə fərman vermiş qaragüruhla birləşərək vahid parlament fraksiyası yaratmışdır. Və bu fraksiyanın büyük keçmişi və "parlaq" gələcəyi var. Onu da nəzərdən qaçırmayaq ki, Maqsud İbrahimbəyov Azərbaycan zadəganlar cəmiyyətinin başçısıdır, bəzi adamlara onların feodal mənşəyini təsdiqləyən sənədlər paylayır. Deyilənə görə, soyadına "bəy" kəlməsi əlavə etmək istəyənlər ondan yazılı arayış gətirməlidirlər. Görəsən, bu arayışı almaq xoşbəxtliyinə nail olmuş Azərbayacan zadəganları Maqsudun bu hörmətsizliyinə münasibət bildirəcəklərmi, yoxsa bu qara ləkəni ömrü boyu daşıyacaqlar? Axı əllərinə gözəl fürsət düşüb ki, zadəgan "diplomunu" müdafiə etsinlər, onun bəzi qondarma ali təhsil ocaqlarının verdiyi saxta diplomlardan fərqləndiyini isbatlasınlar.
Suallar, suallar...
Vaxtilə mətbuatda çıxış edib ermənilərlə dialoq yaratmağı təklif edən Maqsud, görəsən, Elmar Uüseynovun ruhu ilə bircə anlıq dialoqa nədən girmək istəmədi? Bəlkə, o, Elmarı "ermənidən betər" sayır? Yeri gəlmişkən, bu qanadlı ifadə daha bir zadəgan yazıçı Anara məxsusdur. Balinaları öldürdüyünə görə Norveç hökümətini antiinsani əməllərdə suçlayan zadəgan yazıçı Maqsud İbrahimbəyov, qələm (pen) sahibini vəhşicəsinə qətlə yetirənləri nəinki suçlamadı hətta Elmarın xatirəsini bir dəqiqəlik sükutla yad etmək istəmədi. Amma adamın Allahı var, bu məsələdə kişi sonadək səmimi oldu. Məsələn, Elmarın qətl fərmanını dolayısı ilə imzalayan, bunun təməlində duran digər psevdo ziyalılarımızdan, yalançı alimlərimizdən fərqli olaraq.
Azad Yazarlar Ocağı olaraq, Maqsud İbrahimbəyovun bu hərəkətini qətiyyətlə pisləyərək etirazımızı postmodernist bir biçimdə izhar edirik. Milli məclisə, onun ünvanına isti bir düşəkçə göndəririk ki, Maqsudun yeri isti olsun. Özünü ziyalı, yazıçı hesab edən, onun bu hərəkətini pisləyən bütün həmvətənləilərimizi "isti döşəkçə" əməliyyatına qoşulmağa dəvət edirik.
O ki, qaldı Beynəlxalq "PEN" kluba... Öz yüksək ideallarını və təmsilçiliklərini bu cür adamlara tapşıran həmin təşkilatı da qınayırıq və bildiririk ki, bu yazı artıq ingilis dilinə tərcümə edilərək "PEN" İnternationala göndərilmişdir.

                                                                                                                                      Allah Elmara rəhmət,
                                                                                                                            qatillərinə isə lənət eləsin!

                                                                                                                                        Azad Yazarlar Ocağı