Alatoran_header  
Jurnal > 2004/№4 > Utopik şerlər üzərinə bir neçə söz

Hamınız qrammatik kitabları oxumusunuz. Bütün dillərdə onların hamısında üç zaman var. Keçmiş zaman, indiki zaman və gələcək zaman.
Şer də oxumusunuz. Onlar da qramatik kimi üç zamana bölünürlər. Keçmişi tərənnüm edən şerlər, bu günü yazan şerlər və gələcəkdən bəhs edən şerlər. Keçmişi yazan, keçmiş günlərimizi anladan şerlər daha çoxdur, bu günü yazan şerlər bundan azdır (əksəri sosialist realizmi - toplumçu realizm sənətinə aid olan şer), gələcəkdə olacaqlardan yazan, "acaq, əcək" şəkilçilərini kullanan şerlərsə daha azdır dünyada.
Bu və ya başqa səbəbdən, keçmişi yazan şer öz sonunu hazırlamışdır. Oxucunu düşündürən şey özünün bu günüdür. Oxucu şer oxuyursa demək özündə bəzi şeyləri dəyişmək istəyir. Bu üzdən realist şer oxucunun arzusudur. Ən realist şerlər sosialist dövlətlərində yaranıb, gəlişib, sosialist dövlətlərinin sürətlə dağılması səbəbindən əfsus ki, məhv olub. Bunun bir səbəbi də belə şeri siyasi ideoloqların yazmış olmasıdır. Postsosialist dövlətlər həyatlarının hər sahəsində keçmişlərinə döndükləri kimi, şerdə də keçmiş ənənələrinə - keçmişçi şerlərə dönmüşlər. Dünya şeri bu dediyimə dair örnəklərlə doludur. Bundan belə bir nəticə rahatlıqla çıxarıla bilər: fəhlə sinfinin zəncirlərindən başqa itirəcək başqa şeyləri də var…
Bu gün dünya ədəbiyyat ideoloqları şərikdirlər ki, sosialist gerçəkçi şer 'Red Book'a salınacaq qədər azdır. Sosialist gerçəkçi şerə bu gün iqtidarın tarix içində buraxılması gərəkən təcrübələrindən biri kimi yanaşanlar da vardır… Amma yenə də şer anarxik təcrübə və hətta Nazim Hikmət toplumçu-gerçəkçi şerinin davamı olsa belə, gözəldir! Şerin iqtidarla, toplumla və Tanrıyla hər zaman bir problemi olmuşdur, o bu səbəbdən son dərəcə politikdir. Həmin səbəbdən politika ölmədikcə bu günü və bu günün siyasi-sosial-toplumçu gerçəyini yazan şer də ölməyəcəkdir.

***

Keçmişi yazan şer çoxdur, amma öldü. Bu günü yazan şer azdır, amma ölmədi. Gələcəyi yazan şer necə?
İştə mən Azərbaycanın azad yazarlarını bu səbəbə sevdim. Onların şer antoloji və dərgilərində bu günü yazan toplumçu şerlər /H.Həmid (toplum və zindanın fəlsəfəsi, Bakı gecəsinin gerçək təsvirinə ilk dəfə rastlayıram), Q.Rasim (humanizmin böhranı və Dəstərxanlı silsiləsinin kişilərin qadınlarla birgə qurub idarə etdiyi topluma kinayəyəsi), K.Nərmin (toplumun əlindən tutub onu nizamların pozulduğu yerdəki nizama götürmək), K.Murad (quruş möhtacı xalqın sosial sıxıntıları və lüks yaşayan yaramaz ziyalılar), Aqşin (toplumun bütün ziddiyyətlərinin mənbəyini və mənsəbini qadın-kişi münasibətlərində aramaq) …\, gələcəyi yazan şerlər (bir postsovet ölkəsi üçün bu tapıntıdır) və hətta utopik şerlər vardır! Örnək üçün, K.Nərmin "Allahı bağışlama" və Q.Rasim "Yenə qadınlar" utopik şerdirlər (birinci müəllifdə utopik şerlər bir üsluba çevrilməkdə). Amma təəssüf, belə gəlişməylə bərabər hələ də şairin öz sıradan Mənini, onun keçmişini və düşüncələrini, sıxıntılarını və zəif xarizmasını yazması da qorunur və var digər Azərbaycan ədəbiyyat sitələrində.
Gələcəkçi şerlər iki tür - gələcəyin gerçəyini yazan və gələcəyin utopiyasını yazanlardır. Bunların hər iki türü oxucusunun gözlərini keçmişdən və bu gündən uzaqlaşdırır. Çəkdiyim bütün bu xətlərin ucunu bir nüqtəyə doğru uzadaraq sözümü yekuna vururam.
Q.Rasimlə İnternet yazışmalarımda onun çağdaş Azəri ədəbiyyatı ilə çağdaş dünya ədəbi fəzası arasındakı duvarları yıxmaq təkin qocaman və gözəl arzusunu sezirəm. Lakin bir halda ki çağdaş Azəri ədəbiyyatında utopik şer türü mövcuddur, demək bu duvarlar artıq yıxılmaqdadır. Azad Yazarlar Ocağının sitəsində yer alan bugünçü və gələcəkçi şerlər artıq dünya şerləridir. 2005 sənənin Ocaq ayını Londonda keçirdim. Burada şairlərin şer dairələrinin müsafiri oldum. Onlar yalnız və beş kərə yalnız gələcəkçi şerləri danışırlar. Məsələ o yerə ulaşmışdır ki, onlar fantastik şerlərinə dəyər verirlər. Və mən özümə dərs aldım, sizi bilmirəm. Anladım ki mən Londonda şer kitabı nəşr etməyə və qiymətləndirilməyə hazırlanıramsa, bu günü danışan şerlərlə yanaşı gələcək-gerçəkçi və gələcək-utopik şerlərə üstünlük verməliyəm. Bu bir ekvivalentlik örnəyi!

Herhard Talazani
London, 10. 02. 2005.