Alatoran_header  
Jurnal > 2004/№4 > Postmodernizm: Doğuluş və Biz

Müstəba Ərəs tibb fakültəsini bitirib, fars və Azərbaycan ədəbiyyatı ilə tanış birisidir. O, həkimlikdən başqa, tənqidlə də məşğuldur. Onun tənqidlə bağlı çoxlu farsca məqalələri vardır. Farsca düşünüb türkcə yazdığı üçün dilində çoxlu problemlər olur. Bu mətni edit edərkən çoxlu qeyri-təbii çətinliklərlə qarşılaşdıq. Bunun səbəbləri başadüşüləndir. Güneydə dilimizdə yazıb-yaradanlar bu işi könüllü görürlər. Bu, çətin bir şeydir və hər adam dili mükəmməl öyrənməyə əl tapmır.

Kültür sahələrilə maraqlansanız, postmodernitə, postmodernizm və postmodern gözünüzə ən çox çarpan və ən çox dəyən sözcüklərdən olarlar. Oxuduqları materiallar həp keçmişə dönük olanlardan deyilsinizsə, yəqin bu kəlmələrin anlamlarını araşdırmısınız. Bu sahələrdə fars dilində çox dəyərli əsərlər nəşr olunub, ancaq türk dilli qəzet, dərgi və kitablarda bu mövzulara heç rastlamırıq. Təəssüf ki, türklərin kültürəl toplumlarında, xüsusilə özlərini yeni anlamlar və mövzuları oxuyub öyrənməkdən ögey görürlər. Və bu sahələrdə bilgi çox azdır. Beləcə, hər eybəcər və anlaşılmaz bir əsərə postmodern adı verib, özlərini rahatlayırlar.
Burada hörmətli oxuculara başqa qaynaqları istinad verməklə yanaşı bu cərəyanı çox sadə bir dildə açıqlamağa çalışacağıq. Bu mətnlərin böyük bir problemi çox çətin düşünülən dilə malik olmasıdır. Amma bu, bir yerə qədər də təbiidir. Çünki yeni məfhumlar və mövzuların özlərinə aid dilləri vardır. Oxucular ona daha öncə rastlamadıqlarına görə, onlara bizə qəribə gələ bilər. Ancaq bu kompleks mövzuları anna dilimizdə oxumaq bəlkə də bizə daha artıq zövq verəcək.
Bəzilərinə görə biz hələ modernizmi doğru-düzgün təcrübə etməmişik. Hələ heç modernizm sahəsinə qədəm belə qoymamışıq. Bu durumda postmodernizmdən danışmaq sadəlövhlükdür. Amma ilk öncə bir soruya cavab verməmiz gərəkəcək: postmodernizmdən söz açmamıza nə gərək var?
Bu düşüncədə olan şəxslər ədəbi məktəblərin və kültür dəyişikliklərinin ictimai zərurətdən doğduğuna inanırlar. Və toplumda siyasi-ekonomik və toplumsal altyapıların postmodernizə və hətta modernizə olmadığı bir halda sənət və ədəbiyyatda tətbiq olunmasının mümkünsüzlüyü düşüncəsindədirlər.
Öncə bunu deyə bilərik ki, postmodernizmi ikiəlli gətirib bizim qulluğumuza sunmayıblar ki, biz də bu təklifi ya geri çevirək, ya da qəbul edək. Dünyada kimsə bizim bu mövzuda davranışlarımızı izləməklə də məşğul deyil və bizim onu qəbul, ya rədd etməmizi də gözləmir. Bəlkə də əsrimizin ən böyük kültürəl basqısı və yürüşü adlana bilən bu cərəyan bir proseslə üçüncü dünya ölkələrinə və daha doğrusu, bütün dünyaya təhkim olunub. Əgər dünənə qədər bizim modernizm və fərqli məktəblərin önündə seçici bir durumumuz var idisə, bu gün bu durum bütövlüklə aradan qaldırılıb. Bunun da əsl səbəbi informasiya inqilabıdır. İnsanlar, xalqlar və mədəniyyətlərarası əlaqələr peyk və İnternet kimi vəsilələrlə inanılmaz qədər rahatlaşıb və sürətlənib. Bu vəsilələrlə indii coğrafi sərhədlər mənalarını itirmiş vəziyyətdədirlər. Elə buna görə də bizim toplumumuzda altyapı elemanları hazır olmasa da, postmodern təlimatları ilə yaşayanlar vardır. Onların yaşadıqları küçələrdə bəlkə divar qonşuları hələ sünnətin ən dərinində əl-ayaq çalırlar. Qərb fəlsəfələri cərəyanlar və dalğaların bizə sıra ilə yetişməməsi və onların hamısını bir anda qapsamamız bütün bunlara səbəb olub. Bizim ölkələr də hər zaman hər türlü fikir və yaşam şivəsinin tərəfdarı olublar. Biz heç bir zaman Qərbdə olduğu kimi ilk öncə romantizm, sonra impressionizm, sonra postimpressionizm, sonra futurizm, sonra ekspressionizm, sonra postekspressionizm və … isimləri sırayla tanımamışıq. Məşrutədən başlayaraq Qərb mədəniyyətini tanımaqda ikən gözümüzü açıb bu məktəblər və fikirlərin hamısını bir yerdə qucağımızda görmüşük. Hələ bu, modernizm simvolların doğru-dürüst əndər-döndər edib anlamamşdan postmodernizm adlı qocaman bir tikə əlimizə verilib.
İndi o tikə əlimizdədir. Və dünya kültürü bizi nə qədər könülsüz izləsə də, bu tikəni nə udmaq olur, nə atmaq. Nədən udmaq olmur? Çünki onu dərindən tanımamışıq və içində nələr olduğunu bilmirik. Nədən atmaq olmur? Çünki onunla yaşamağa məcbur durumda buraxılmışıq. Elə verdiyim yuxarıdakı örnəyi xatırlayın. O, hər qapısından bir səs gələn və evinin bir fəlsəfəyə, fikrə və yşayış anlamına malik olan küçəni xatırlayın. Bu özü bir balkanizə fəzadır. Yağışdan sonra günəş altında dil-dodağı quruyan torpağı əgər görmüsünüzsə, bu sözü rahat anlaya bilərsiniz. O torpaq öz içində bir özəl formaya sahibdir. Ancaq hər tikəsi bir-birindən fərqli və ayrıdır. Onlar da bir balkanizə fəza yaradırlar. Bunlar bir tərəfə, peykə bağlı televizyon kanallarını gözdən keçirsəniz, məzhəbi kanallardan pornoqrafik kanallara qədər bir spektr təşkil edən sistemə rastlayarsınız. Hərəsinin özünəməxsus bir məqsədi və şivəsi vardır. Bu da bir balkanizə fəzadır. Bəlkə keçən iyirmi ildə evinizə bir televizyon almaq istəyibsiniz. Bəlkə müxtəlif markua və modaların arasında çıldıra biləcək qədər gicəllənibsiniz. Doğrudur, bu da bir ekonomik balkanizə fəzadır. Fərqli markaların fərqli özəllikləri var. Balkanizasyon və ondan doğulan plüralizm postmodernizmin önərdiyi təlimatlardan birisidir. Görünür ki, bu cərəyan biz istəməsək də, çevrəmizi sarmış durumdadır. Evdə və bazarda ona rastilaya bilərik. Qapıdan qovanda pəncərədən içəri girir. Bu durumda onu yaxşı araşdırıb tanımaqdan başqa çarəmiz qalmayıb. Balkanizasyon bu cərəyanın ancaq bir tərəfidir. Bu, onlarca yöndən biridir. Amma postmodernizmin oxunub öyrənilməsinə yetərli bir səbəb kimi görünür.
Bu sözlərdən keçsək, oxumamaq, tanımamaq və kültürəl yoxsulluğa meydan vermək heç də fəxretməli bir işə bənzəmir. Bu, tarixi bir fürsətdir. Bəlkə ilk dəfədir ki, bir kültür cərəyanını dünya ilə birlikdə yaşayıb təcrübə etmək fürsətini ələ keçirmişik. Bu cərəyanın 1980-dən bəri daha çox şiddət tapdığını və hədəflərini yerinə oturduğunu göz önünə almaq lazımdır. Biz indiyə qədər də yubanmış sayılırıq. Məsələn, fars yazıçısı Şəhriyar Məndənipur 2002-ci ilin mart ayında Təbrizə gəldiyində belə bir söz demişdi: universitetlər və kültür dərnəklərinin çağırışı ilə Qərbə getdiyimizdə postomodernizm mövzusunda danışıldığında biz də bu sözləri oxumuşuq, bilirik - dedik. Amma onların zəhərli gülümsəmələri ilə qarşılaşdıq ki, bəli, oxuyubsuz, amma bir az gec qalıbsız.
Artur Kastler ədəbiyyat və yeni məktəblər haqqında yazdığı bir məqaləsində hər məktəb və ədəbi növün həyatına dörd mərhələ tanıyır: 1. öncəki məktəblərin əleyhinə şiddətli bir üsyan 2. yeni yurdları fəth və xəzinələri kəşf etmək üslubunu möhkəmləndirmək 3. dolğunlaşmaq 4. devrimin səbəblərini hazırlayan qarışıqlıq və ümidsizlik. Bu dörd mərhələni diqqətə alanda postmodernizm indii bəlkə də üçüncü mərhələdə olmalıdır və onu tanımaq üçün bundan artıq yubanmaq düzgün deyil.
Yazdıqlarımıza görə, yaşadığımız dövranının adı postmodernizm dövranı olmalıdır. Aydındır ki, bu lüğət varlığını modernizmdən alır. Ancaq modern bu gündə var olan mövqelərə deyilirsə, prostmodern nə deməkdir? Təbii ki, elə bu addan bir paradoks yaranır. Ziddiyyət və natarazlıq postmodernizmdən ayrılan bir şeylər deyil. Bəli, elə bu ziddiyyətə görədir ki, Yorgen Habermas modernitəni yarımçıq bir proyekt, modernizmi hakim bir olay kimi tanıtdırır. Çünki dediyimiz kimi, modern - bu an, bu gün və müasir anlamındadır. Hər gələn anı qapsaya bilər. Ancaq bir para əsərlərin arasındakı müştərək xislətlər onların eyni təbəqədə yerləşdirilməsinə səbəb olur. Bu xislətlər modernizm sünnətinə aid olan əsərlərdə görünə bilən xislətlərdir.
Postmodernizm nələrdən doğuldu?
Bəlkə açıqcasına deyə bilərik ki, postmodernizmin ilk işıqları memarlıqda göründü. Və modernizmin boğucu basqısından qurtarmaq istəyən intiqadi bir hərəkət idi. Modernizmdə hər hərəkət amaca dönük bir ağılçılığın meyarı ilə ölçülürdü və seçilmişlərə sonsuz dəyər verilirdi. 18-ci yüzildə ayaq tutan və Renessans adlanan bu gediş insanın bütün fikirlərini və işlərini ağıl və ağılçılıq çərçivəsində yerləşdirməyə, Avropa mədəniyyətindən bir meyar qurmaqla başqa mədəniyyətləri ölçüb-biçməyə çalışırdı. Postmodernizm bu fikrin əleyhinə bir yağı oldu. Sünnətdən (ənənədən) və modernizmdən bir şeylər dərib, birləşdirib özünə qatmaqla öz kimliyini dəyişdirdi. Nə özüylə, nə də dışıyla heç bir məntiqi ilişkisi olmayan bir hərəkət oldu. Postmodernizm öz hədəflərində və vəsilələrində modernizmdən faydalansa da, təkbətək əsillər və tapıntılarında modernizmlə olan ziddiyyətini sürdürdü. Ona bəlkə də müstəqil bir fəlsəfə və hətta məktəb adı verə bilməyəcəyik. Ancaq təməli "modernizmin dediyi hər söz yanlışdır" sözündə qurulubdur: modernizmin dediyi hər şey yanlışdır və onu yapmamalısan.
İndi isə başqa bir konunu düşünəcəyik. Nəyə görə postmodernizm modernizmin metodlarının əleyhinə hərəkətə keçdi. Və ağıl və ağılçılıqda insanın səadətinə doğru getməkdə ona əngəl olan hansı yanlışlar var idi? Bildiyiniz kimi, bəşər ilk mədəni toplumlarını yaratdığından bəri röyalarında hər zaman bir utopiya törədib. Yazılı qaynaqlarda ilk olaraq Platonun "Dövlət" kitabında bu anlamla tanışırıq. Sonralar Sertam Smor bir modern sosialist kimi 1516-da komunizmə bənzər bir utopiya yaratdı. Frensis Bekon "Yeni atlantida" kitabında, Conatan Süift 1726-da "Qulliverin macəraları " əsərində, Ç. S. Vels "Bir modern utopiya" kitabında və digər müxtəlif yazıçılar öz kitablarında bu anlamı açıqlayıblar. Bu utopiyaya çatmaq üçün bəşər hər zaman metodlar seçib və bir fəlsəfəyə dayanıb. Utopiya isə heç bir zaman xəyallardan gerçək dünyaya daşınmayıb. Bəlkə elə buna görədir ki, bəşər daima fəlsəfə və ideoloji dəyişdirmişdir. Modernizm də bu şivə və fəlsəfələrdən biri sayılır. Amma təəssüf ki, zaman keçdikcə onun da başarılı olmadığı nəzərə çarpır. Modernitənin islahıçları indi çox da inandırıcı gəlmir. Bunun bir nədəni hətta öz millətləri arasında kültürəl və toplumsal fərqləri heç nəzərə almaması olmuşdur. Bu düşüncədə utopiyaya doğru təkcə bir yol var. O da modern şivələrlə Avropa kültürünə uymaqdır. Bu bənzətmə qanununu qəbul etməyib özəlliklər və köklərini buraxmayan millətin bu prosesdə yer alma şansları həmən-həmən heç yoxdur. Beləcə, Batı kültürləri təkcə ekonomik gücə güvənərək özlərindən dünya çapında bir diktator sima çizdilər. Bəşərin belə bir görüntünü 20-ci yüzilə yaraşdırması heç təəccüblü deyil. Necə ki, bu yüzil demokrat-liberal hökumətlərin dünyaya hakim olan çağı sayılır. Postmodernizm modernizmin qulluğuna bir təməl soru sundu: Nəyə güvənərək öncül, qalib və mədəni-ekonomik başarılara əl tapan millətlərin kültürlərini ümumi toplum kültürü edərək kiçik toplumların kültürünə görə daha dəyərli bilirsiniz.
Məsələn, öncül dilçilik hər dili öz danışanları üçün əlaqə qurmaqda yetərli görüb, başqa dillərin ona görə kamil olduğu əfsanəsinə son verib. Və hər dili öz çərçivəsində bütöv görüb. Postmodernizm də hər kültürü öz yerində dəyərli bilir, utopiyaya doğru hərəkət edən elemanları hər kültürün öz içində arayır. Yəqin bilirsiniz ki, Martin Haydegger dili insanın evi sayır. Elə burdaca çağdaş dilçiliyin fərqli mövzulardan təsirlərinin birini görürük. Heç şübhəsiz, bu gün bilgisəl və ekonomik irəliləmələr təkcə özəl qrupların mənfəətinə səbəb olub. Və modernizm heç bir zaman bəşəriyyət aləminə tərəfsiz və adil bir baxışla yanaşmayıb. Məsələn, ABŞ kimi ölkələrdə bazarı kontrol etmək üçün tonlarca buğda dənizlərə tökülüb. Amma Afrikanın susuzluqdan çatlayan torpaqları üzərində uşaqlar aclıqdan can veriblər.
Əfqanıstanda doxsan beş faiz oxumamış qadın, Avropa və Amerikada isə 0-a yaxın savadsız qadın var. Bu rəqəmlər əsrimiz üçün utancverici rəqəmlər sayıla bilər. Baxmayaraq ki, bu dövranda humanizm və ekzistensializm kimi insana dəyər verən məktəblər də ortaya çıxıblar. Amma modernizm prosesində silahların səsi heç də susmadı.
Və savaşlar, 1insanlığa verilən sitəmlər heç dayandırılmadı. Keçən yüzildə bu savaşları gözdən keçirsək, istər-istəməz "o sözlər hara", "bu işlər hara" deyə düşünəcəyik. Postmodernizmə keçid prosesində modernizmin iç səbəblərilə yanaşı başqa səbəblər də vardır. Amma bu səbəblərin postmodern dünya ilə bəlirsiz və dəyişilən sərhədləri olduğuna görə, hansının hansına aid olduğuna qərar vermək çox çətindir. Ona görə də bu səbəblərin moderndənmi, postmoderndənmi doğulduğuna, ya da ikisinin ortaqlığından yarandığına qərar vermək çətindir. Buna səbəb olansa reklam, media, informasiya, rabitə şəbəkələrinin dünyada önəmli yer tutmasıdır. Bu gün modernizmin üçüncü dövranı informasiya dövranı və bilgi partlayışı ilə üst-üstə düşür. Bu dövrdən ortaya çıxan simulyasiya, tiplər, nümunələr qavramı, İkinci Dünya Savaşından bəri qüdrət sistemi nəzəri təməlləri silkələdi, marksizmi siyasi iqtisaddan media və söz dünyasına daşıdı. Bəlkə bu gün çox böyük polad fabriklərindən önəmli olan informasiya iqtisadiyyatının nəbzini əldə tutmaqdır. Bu gün nümunələr, işarələr və təzahürlər - gerçək dəyərlər, keyfiyyətlər və başarılı təhsillərin yerini tutmaqdadır. Necə ki, postmodernlərin böyük atası sayılan Nitşe həqiqət adına bir para vəhylər görürdü. Və dünyada hər şeyin bir oyun olduğu və dil oyunu olduğu qənaətində idi. İndi postmodernizm də dünyanı bir oyun alanına çevirib. Hər şey bir oyundur, dil oyunu.

Müctəba Ərəs