Alatoran_header  
Jurnal > 2004/№4 > Əyalətdən baxanda ədəbi proses necə görünür

Mən kosmosda olmamışam, deyilənlərə görə oradan Yer çox kiçik görünür. Ancaq əyalətdən ədəbi proses çox aydın görünür, hətta bu prosesin içində olanların belə görə bilmədikləri şeyləri buradan çox aydın şəkildə görmək mümkündür və əyalətdən ədəbi prosesə baxdığımız zaman ilk öncə gözə görünən, indi ruhu kosmosa ucalmış ünlü şair Akif Səməd olur. O Akif Səməd ki, çox gözəl bir təşəbbüs irəli sürmüşdü AYB-nin sonuncu qurultayında, bu təşkilatın indiki sədrinə qarşı alternativ kimi öz namizədliyini irəli sürmüşdü. Kaş o vaxt qurultay çoxluğu Akif Səmədi sədr seçəydi, belə olmuş olsaydı o, yəqin bu az vaxtda çox iş görmüş olardı və Allahın qüdrətiylə dünyasını dəyişən Akif Səmədin yerinə onun kimi layiqli bir yazar seçilərdi rəhmətə qovuşduqdan sonra. Belə olmuş olsaydı tanınmış şair Salam sonra altdan yuxarı güc edib (türkün məsəli) növbədənkənar qurultay keçirmək üçün təxminən 15 nəfərdən ibarət "Qurultaya Uazırlıq Üzrə Təşkilat Komitəsi" yaratmaq, məsələylə bağlı ədəbi ictimaiyyətə, ölkə ziyalılarına, xaricdəki ədəbi qurumlara müraciət qəbul etmək təşəbbüsündə bulunmazdı, buna heç bir ehtiyac da qalmazdı (bax: "Səhifələr" qəz.).
Əyalətdən baxanda Nüsrət Kəsəmənlinin şerlərinin vurğunu Rafael Aydınoğlunu görürəm, görürəm ki, N.Kəsəmənlinin məzarı üstündə "sevgi abidəsi" düzəltdirmək zorunda və imkanındadır. Deyirəm, yazıram, nə yaxşı olardı bu imkanlı (Allah özünə qismət eləsin) Rafael Aydınoğlu bir yaxşı iş görəydi, çap olunmamış layiqli bir əsəri çap etdirəydi.
Adidən adi şerlərdi bu "güc-bəla ilə alınan şerlər", ya bəlkə bir şey başa düşmürəm bu "şer" adlandırılan "zad"dan. Eləsə buyurun lütfən gedin "Səhifələr" qəzetinin 13-cü (tərs kimi) sayını tapıb 10-cu səhifəsini oxuyun, ya da elə həmin səhifədə Kəbutərin müsahibə götürdüyü ədəbiyyatşünas Rustəm Kamala zəng vurub soruşun, hər halda o dəyərli adamdır, düzünü deyər sizə.
Rasətin şerləri ("Sənət N-10") müsbətdir, ancaq sadəcə müsbətdir, özündən sonrakı deyil, halbuki onun Yazıçı nəşriyyatında 1992-ci ildə dərc olunmuş "Bağlı qapı yox dünyada" adlı şerlər kitabı çox şeylər vəd edirdi.
Nədənsə bizim ədəbiyyatda belə olub çox zaman; bir vaxt Anarın, Elçinin ilk povestlərini oxuyanda, çox tezliklə bizim də bir Q.Q. Markes səviyyəli bir yazıçımızın yetişəcəyi gümanına düşürdük. Səd heyflər ki, həmin yazıçılar bizim bu gümanımızı doğrultmadılar, hətta gündən-günə daha zəif yazıçı təsiri bağışladılar, son əsərləri də bunu sübut etməkdədir.
Əyalətdən baxanda Rafiq Tağının AYB-dən qovulub "Alatoran" jurnalının redaksiya heyətində əyləşən görürəm. Həmyerlim (mən əslən indiki Qobustan, keçmiş Şamaxı rayonunun Təklə kəndindənəm və elə buradan, bu mötərizənin arasından Gürcüstanın Təhlə obasından olan Allahverdi Təhləliyə salam yollayıram), Nəsiminin diri-diri soyulmasının canlı təsvirçisi, "xalq şairi" adının ləyaqətli davamçısı Qabil demişkən "səhv düşüb yeri" Rafiq Tağının. Onun yeri məncə Azərbaycan PEN klubundadı. Gərəkdi ki, ora qəbul olunmaq üçün ərizə yaza və onu ora qəbul eləyələr və o da ola "DÜNYA VƏTƏNDAŞI" - Rüstəm İbrahimbəyov kimi, hə, hə bax onda nə istəsən danışa bilərsən, əsl Hayd Park bax oradır. Uər halda bu əyalətdən belə görünür.
Mehman Qaraxanoğlunun son şerləri ("Sənət" - 10), yazmaq üçün ilham pərisi gərəkdirməyən şerlərdir məncə.
Rasim Qaracanın "Unutma ki evlisən" ssenarisində Ali Ssenari kurslarında öyrədilən çoxsaylı elmi və helmi elementlər çatışmır.
Yeni imza - Nurəddin Şayanın "qaçmaq çətin olur yarpaq yağışı altından" misralarını yaddaşımda möhkəm-möhkəm saxlamışam, lakin onun "hər şey Amerikadır, daha Amerika kəşf olunmur" - misrası isə yaddaşımın dərin küncündə çoxdan var idi.
Fikrət Əsədin "onun məsum gözləri vardı" ("Kino+") və Çingiz Əlioğlunun "Moskva-Bakı hava xətti" ("Azərbaycan" - 6, 2004) şerlərindən Şərif Ağayarın epiklərinin iyi gəldi burnuma.
Mübariz Məsimoğlunun "dayan-dur" ("Səhifələr") köşə yazıları ilə nə demək istədiyi gələn əsrin oxucuları üçün sirr olmayacaq, ancaq, yüz faiz əminliklə deyirəm ki, belə çayxana söhbətləri bu gün heç kimə lazım deyil.
Kənan Hacının imzası çox sıx-sıx görünməsi ilə yadda qalır. İbrahim İbrahimli də onun kimi çox yazır, amma hələ ki, yadda qalan bir şey; misra, yaxud cümlə yoxdur arada.
Xanəmirin təqdimatı ilə "vizual" və "modern şerlər" ("Səhifələr",N-13), Rasim Qaracanın "Avanqard" şerlər silsiləsi ("Alatoran", N-2) adi oxucuların "həzm edə" bilmələri üçün "açıqlamalar" yazmalarına ehtiyac vardır. Bu yerdə Səzai Karakoçun "Ədəbiyyat Yazıları. Mədəniyyətin rüyası, rüyanın mədəniyyəti şiir" kitabındakı (İstanbul, 1997) "Şiiri anlamak kadar, hatta bir az zordur şairi anlamak" sözləri yerinə düşür, bəylər!
Aqşinin "Yastığa hopmuş qadın" şeri Ramiz Rövşənin "Qara paltarlı qadın" şerindən çox-çox güclüdür.
Murad Köhnəqala "Yeni şerləri"nə bir az da köhnəlik, yəni bir az dərinlik gətirsə yaxşı olar, "Bulud Pinəçisi" rəngli povesti isə ("Alatoran", N-2) gələcək uğurların müjdəçisidir və o Azərbaycan nəsrinə çox uğurlar gətirə bilər şübhəsiz, Qəşəm Nəcəfzadələr onun fikrini öz cızmaqaraları ilə əsas işdən, yaradıcılıqdan yayındırmasalar (bax: "Yeni Azərbaycan" qəzetinin ədəbiyyat əlavəsi ?33).
22.06.2002-ci il tarixli Ədəbiyyat Əlavəsində çap olunan "Əyalətdən baxanda" adlı yazımda M. Köhnəqalanı müdafiə elədim, buna onun heç bir ehtiyacının olmamasına baxmayaraq. Hər halda Qəşəm Nəcəfzadə kimilər bilməlidir ki, onların yaxşı tanıdıqları Murad Köhnəqala (mən onu şəxsən tanımıram) Azərbaycan ədəbiyyatının sabahıdır və belə yazarlara mənəvi kömək etmək (heç olmasa) lazımdır. Və yeri gəlmişkən, Qəşəm Nəcəfquluzadənin yaradıcılığı haqqında yazacaqlarım, bir növ əvvəldə artıq yazmış olduğum bir çox fikirlərlə səsləşir, yəni Q. Nəcəfzadə vaxtilə nəşr olunan "Gənclik" jurnalında dərc etdirdiyi ilk şerləri ilə çox uğurlu gələcək vəd edirdi. Səd heyf ki, sonuncu "Və sairə" adlı kitabı ilə öz imzasını, haçansa çəkiləcək adlar sırasında "və sairələr" cərgəsinə aparıb çıxardı.
Elçin Səlcuq təhlilli-araşdırmalı yazıları ilə Bəsti Əlibəylini hər dəfə bir addım geridə qoyur.
Zahir Əzəmətin internetdəki (yenisi.net) şerlərini oxuduqdan sonra Səzai Karakoçun "şer və şair ölməyəcəkdir" fikrinə şərik oldum.
Elçin Hüseynbəylinin "Balıq adam" romanını oxudum və gördüm ki, mənim sandıqda yatan "Qeybdən gələn mələk səsi" romanım "Balıq adam"a dərs deyər, böyük çıxmasın. E.Uüseynbəyli inanmırsa imkan yaratsın və nöqtəsinə vergülünə toxunmadan dərc eləsin mənim romanımı "Ulduz" jurnalında və o özü də oxucular da görsün həqiqəti.
AYB-nin Qazax bölməsinin sədri Barat Vüsalın təqdimatında Ağstafada fəaliyyət göstərən "Uüseyn Arif" ədəbi məclisi üzvlərinin (cəmi 10 nəfər - D. Muradzadə, S. Qaratorpaq, V. Uaxlı, A. Tağızadə, Ə. Musayev, M. Xəlilzadə, Ş. Məmmədli, Ş. Uəsənova, A. Atəş, T. Kürsoy) şerlərini oxuyarkən özünü keçən əsrin 70-ci illərində hiss edirsən və faninin gərdişinə məəttəl qalırsan ki, bu adamlar (şairlər yox) şerin də canlı orqanizm kimi hər an inkişaf etdiyindən xəbərsizdirlər. (bax: "Səhifələr", N-14) və bu şerlərin Baratı qane etməsi adama təəccüblü görünür. AYB-nə qəbul zamanı çoxlu sayda yazarların "müasir standartlara" cavab vermədiyini onların öz etiraflarından bildiyimizə görə, şübhəsiz AYB-nin bölgələrdəki fəaliyyəti daha da acınacaqlıdır, baxmayaraq ki, Sərvaz Hüseynoğlu "Nə var, nə yox?" adlı yazısında ("Ədəbiyyat qəzeti", ?32, 2004) bölgələrdə xeyli iş görüldüyünü qeyd edir. Şübhəsiz, "iş" görülür, ancaq nəticə yoxdur.
Tofiq Abdinin Məhərrəmoğlu imzasıyla vaxtilə "Qobustan" toplusunda dərc olunan yazıları çoxlarının yadındadır və hətta mən toplunu o vaxt Krasnoyarsk vilayətində əsgəri xidmətdə olan bir dostuma göndərirdim ki, Məhərrəmoğlunun yazılarını oxusun və bildiyimiz kimi Tofiq şer də yazır, və birdən-birə gözəl tənqidçi Vaqif Yusifli deyəndə ki "Tofiq, sən daha şer yazma", bax belədə gərəkdi ki, çox adam-şair qələmi qatlayıb soxsun yerə, yəni Vaqif Yusiflinin sözündən (əlbəttə ki, düz sözündən) sonra, baxmayaraq ki, qaynağı Etimad Başkeçiddən gələn yazıda ("Qürbətdə deyərdin ki...", "Səhifələr",N-16) Tofiq Abdinin çox orijinal adı olan kitabı göylərə qaldırılır və bir şerində hətta Əli Kərim rayihəsini də hiss edir yazı sahibi.
Mən çox istərdim ki, hörmətli Vaqif Yusifli "sən daha şer yazma" sözünü çox adama desin.
Samir Kərimoğlunun "Sevda varmış axar sularda" şerini oxuyanda isə mənə elə gəldi ki, ("Kino+"18-24 avqust, bu il) o, birdən-birə iki şairin - Həsən MeracınNazim Əhmədlinin - beyninə qoşulub və daha çox onların 1985-1987-ci illərdə yazdıqları şerlərin izlərini daşıyır. (Beyinəqoşulma haqqında bax: "Beyinəqoşulma", Əhməd Elbrus, "Ədəbiyyat və İncəsənət" qəzeti, 27 yanvar, 1989-cu il, N-4).
Mənim fikrimcə Kamal Abdulla "Yarımçıq Əlyazma" romanı ilə, sanki, hansısa bir imkanlı adamın bu gün öz yerli və ya yersiz əlavələriylə, ikinci və üçüncü "Şirvanşahlar Sarayı" yaxud "Qız Qalası" abidəsi ucaltması təəssüratı oyadır və belədə abidələr və xalq itirir.
Məmməd İsmayılın "Ədəbiyyat qəzeti"nin bu ilki 32-ci sayında yer alan şerləri mənə ədəbi ad-sanına görə xeyli zəif göründü və mən onu da bilirəm ki, vaxtilə Məmməd İsmayılın sədrlik etdiyi "Gənclik" respublika ədəbi birliyində o, oxunan hər şerə yeni deyim tərzi və ifadə tələbi qoymuşdu, bu tələb təkcə oftolmoloq Paşa Qəlbinura tətbiq olunmurdu. Və ədəbi davakar Sabir Sarvan YB-nin Natəvan klubunda o vaxtlar "atını sağa da çapırdı, sola da", inanmıram ki, Məmməd İsmayıl həmin şerlərini, hətta indi çox gerilərdə qalmış Sabir Sarvandan belə keçirə bilsin, mən hələ o vaxtın "ümidverən" gənclərindən sayılan Dərviş Cavanşiri (Cavanşir Eloğlu) demirəm...
2004-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı şeri" nominasiyası üzrə mükafatına Ələmdar Cabbarlı layiq görülüb. Diqqətli (ardıcıl) oxucu olduğumdan şübhəsiz Ələmdar Cabbarlının yaradıcılığı ilə də tanışam və onun "ən yaxşı şer"inin ən azı yaşıdlarının şerindən nə ilə seçildiyini, öne çıxdığını özüm üçün aydınlaşdıra bilmədim. Ona qalsa gənc və istedadlı Aqşinin hər bir yeni şeri "ilin ən yaxşı şeri"dir, məncə.
Bu gün qəzet bolluğunda bir çox qəzetlər "Ədəbiyyat səhifəsi" verir və həmin "Ədəbiyyat" səhifələrini oxuyarkən fikirləşirsən ki, bu işə məsul adamların poetik təfəkkürü keçən əsrin 70-ci illərindədir və buna misal olaraq "Kaspi" qəzetində şerlərindən çox adı məşhur olan Dayandur Sevgini göstərmək olar. O, bu qəzetin nəzdinde hətta "Sözün sorağı" ədəbi məclisi aparır və sözü gedən qəzetin 212-ci nömrəsində həmin məclisdə "oxunan şerlər və nəsr əsərləri haqqında" ədəbi diskussiya oldu və gəncləre bəzi tövsiyyələr verildi.
Mən şəxsən bu qənaətdəyəm ki, Dayandur Sevginin, Qəşəm Nəcəfzadənin və bir çox başqa məclis sədrlərinin ədəbi istedadları hələ o dərəcədə kamillik zirvəsinə çatmayıb ki, bu gün onlar Məmməd İsmayılsayağı nəsə edə bilsinlər. Bunu ona görə xüsusilə vurğulamağı vacib hesab edirəm ki, həmin ədəbi məclisin iştirakçısı Fərqanə Mehdiyevanın şerləri artıq Dayandur Sevginin və Qəşəm Nəcəfzadənin şerlərini üstələyib və belə olan təqdirdə onlar həmin müəllifə hansı tövsiyyələri verə bilərlər və bu gün fəaliyyətdə olan ədəbi məclislər Azərbaycan ədəbiyyatına heç bir uğur gətirməyib.
Elə yazarlar da vardır ki, Azərbaycan dilinin gözəlliklərindən bol-bol istifadə etmək əvəzinə onu korlayırlar. "Səhifələr" qəzetinin 16-cı nömrəsində Əlirza Həsrət "Burax gözlərini öpsün üzümdən", "Günlər ömrümüzdən düşən bir şələ", elə həmin qəzetin 20-ci səhifəsində İsgəndər Fərhad Fərhadoğlunun "insan dünya pencərəsi" misralarını misal göstərmək olar.
"Səhifələr" qəzetinin 14-cü nömrəsində Aydın Bünyadzadə yazır:""Ən yaxşı uşaq əsərlərinə görə" Tofiq Mahmud adına mükafatın 2001-ci ildə harada və nə vaxt çap olunduğu konkret bilinməyən "uşaq əsərlərinə və "Pərvanə" Ədəbi Birliyinin fəaliyyətini bərpa edərək canlandırdığına görə Qəşəm Nəcəfzadəyə təqdim edilmiş və o qurultaydan sonra AYB-nin "Uşaq ədəbiyyatı" bölməsinə rəhbər təyin ədilmişdir". Aygün Bünyadzadənin nəzərinə çatdırıram ki, Q.Nəcəfzadənin ciddi uşaq şerləri ilə cüzi belə əlaqəsi olmayan uşaq şerləri (?) indi yaddaşım məni aldatmırsa onun ikinci kitabıdır ki, mən həmin kitabı vaxtilə oxumuşam. "Azərbaycan" jurnalının 9-cu nömrəsində isə öz şerlərinə ön söz yazan Qəşəm Nəcəfzadə elə belə də yazır: "İndi ağlıma gələni yazıram" və elə yazımın bu yərində "Ulduz" jurnalının 10-cu nömrəsini aldım və oxudum. Yəni baş rədaktorun (Elçin Hüseynbəyli) dəsti-xətti yalnız jurnalın üz qabığının şüşə kimi parıltılı olması ilə də bitdi və ilk səhifəni açan kimi 2-ci səhifədəcə Q.Nəcəfzadənin az qala səhifənin yarısını tutan özündənrazı şəklini gördüm və o dəqiqə yadıma onun vaxtilə "Yeni Azərbaycan" qəzetinin 26.06.2002-ci il 116-cı (1344) nömrəsində dərc edilən "Murad Köhnəqala tamaşasının son pərdəsi" məqaləsindən oxuduğum sətirlər düşdü. "Murad, arxayın ola bilərsən, əgər bizim nəsildən nə vaxtsa YB-nin rəhbərliyinə gəlmək imkanı olsa sədr özüm olacam".
"Ulduz"un (N-10) 3-cü səhifəsində isə onun "özü haqqın rəyi və şərləri" verilib. Başlıq diqqətimi çəkdi: "Bəlkə mən Q.Nəcəfzadəni öldürüm?" Və ələ həmin andaca Rasim Qaracanın "Mənasız dünyaya çaxmaq" şurindəki misralar düşdü yadıma: "Yaxşı bir təklifim var, gəlin özümüzü öldürək". Q.Nəcəfzadənin özü haqqında rəyini oxuyanda da gördüm ki, bu dəfə belə yazır: "..Mən də eləmədim tənbəllik R.Qaracanın acığına bir gəcədə yüz ədəd "birlər" yazıb çap etdirdim".
Həmin "birlər"i mən də diqqətli oxucu kimi oxumuşdum və elə onda da başa düşmüşdüm ki, belə zəif birləri ancaq bir gəcəyə yazmaq olar və özü bunu bu gün təsdiq edir. Rasim Qaraca da şübhəsiz həmin "birlər"in zəif olduğunu bilməmiş olmazdı və nəyə görəsə həmin zəif yüz ədəd "birlər"i tərifləmişdi. Kiminsə acığına oturub şer yazan şairi Azərbaycan ədəbiyyatı tarixi görməmişdi, çox şükür, onu da gördü və bir də "özü haqqında rəy"ində Q.Nəcəfzadə tənqidçi Vaqif Yusiflidən giley-güzar ədir, onu (şərlərini) görməməkdə günahlandırır. Bu gün (lap kəçən əsrdə) Vaqif Yusiflinin son dərəcə işgüzar, peşəkar, prinsipial tənqidçi olduğu ədəbi ictimaiyyətə gün kimi aydındır və bu əyalətdən də elə belə görünür. Vaqif Yusifli çox güman Qəşəm Nəcəfzadə yaradıcılığını ona görə görə bilməyib ki, yəni elə görməli bir nəs(n)ə olmayıb o şərlərdə və elə həmin yazıda o, Əsəd Cahangirin, Tehran Əlişanoğlunun adlarını belə çəkir və onun şair imicinə mane olan nələrisə sadalayır. "Məncə o əyalətdə qalıb sakitcə öz səmimi (ilk şerləri kimi) şerlərini yazsaydı, tənqidçilər də onu görəcəkdilər, qədirbilən oxucular da. Ən böyük maneə ələ onun mərkəzə gedib YB-də vəzifə tutmaq həvəsi olub məncə. O, "özü haqda rəy"inin sonunda yazır: "Mənim üçün dünyada oğlanlarımla dənizdə çimməkdən gözəl və Qarabağı, Təbrizi hönkür-hönkür ağlamaqdan ağır həç nə yoxdur".
Məncə Təbrizi, Qarabağı hönkür-hönkür ağlamaq yox, dərindən-dərinə fikirləşmək lazımdır. Və nəhayət, onun jurnalda gedən şərlərini oxumağa sərf etdiyim vaxtın izafa getməyinə yaman həyfsiləndim.
Və elə buradaca qeyd edim ki, tənqidçi Vaqif Yusifliyə qarşı vaxtilə Dəyanət Osmanlı da çox səy göstərdi. Fəqət "Azərbaycan" jurnalının 8-ci (2004) nömrəsində D.Osmanlının "İlk və son arasında" silsilə şərləri tənqidçi Vaqif Yusiflinin uzaqgörənliyini göstərdi və
"boşaldı
bu balaca könlüm,
canımı günə sərdim"
misraları isə Fikrət Qocanın məşhur "Ürəyimi günəşə sərdim" və s. misraları üstə
köklənməsi elə bu yerdə D.Osmanlının "Sözlər yaman nəm çəkir"- fikrinə gəlməsi ilə üst-üstə düşür. "Azərbaycan" jurnalının 8-ci nömrəsində (2004) gənc Nərgiz Cabbarlı "Yeni nəsil poeziyası" başlıqlı yazısına hələ heç başlamamış, elə sərlövhəyə əlavə kimi yazdığı "Eksperiment hələ uğur demək dəyil" sözləri ilə hökm verir və oxucularda elə sərlövhdəcə rəy formalaşdırır gənc nəsil poeziyasına qarşı.
Doğrusu, sərlövhənin belə hökmlü bəyanat kimi səslənməsindən belə başa düşmək olardı ki, bu yazı sifarişli yazıdır, bəlkə də belə dəyil, hər halda bu mənə belə göründü.
Nərgiz Cabbarlı böyük cidd-cəhdlə "ən yeni ədəbiyyat yaradanlar"ı Umberto Ekonun, Nabokovun, Jak Derridanın, Liotarın, Yuri Tinyanovun, V.Yemelinin, Viqotskinin, V.M.Jurminskinin,V.Humboldtun, A.A.Potebnyanın fikirlərinə söykənə-söykənə, onlardan sitatlar gətirə-gətirə asta-asta əslində yeni nəsil poeziyasını inkar edir.
Və elə həmin məqaləsində ("Azərbaycan", N-8, səh-154) "Milli-realist şer bölgüsü və təbii ki, bu bölgü adı altında adları sadalanan" 24 imzaya hələ ki, toxunmur. Və bu 24 imza (guya yaxşı yazarlar) arasında Kələntər Kələntərli, Dayandur Səvgin, Barat Vüsal və bir çox adlarını çəkmək istəmədiyim imzaları görəndəxeylitəəccübləndim.
Müasir Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı qatarına qoşulması şübhəsiz hamının böyük arzusudur. Bu gün AYB-nin baş yazarı Anarın əsərlərinin dünyanın istənilən ölkəsində, AYO-nun baş yazarı Rasim Qaracanın əsərlərinin Türkiyə dərgilərində çap ədilməsi müasir Azərbaycan ədəbiyyatının sabahını hələ ki, tam təmin etmir.
Təəssüf ki, bu günün reallığı belədir. Bəs sabah necə olacaq???

Divanə Ozan
Əli Bayramlı