|
|
Azər ƏHMƏDOV
(ABŞ)
"Nə üçün dünya miqyaslı yazıçı yetişdirə bilmirik?" sualına cavab axtarmağa çalışmaqla yanaşı həmçinin başqa mövzularda qoyulan suallar və
ümumilikdə forum haqda fikrimi bölüşmək istəyirəm.
Özüm riyaziyyatçıyam (xaricdə işləyirəm) və yuxarıdaki sualda "yazıçı" sözünü "riyaziyyatçı" ilə əvəz ətsəydik mənim bu suala çox aydın cavab
vərmək imkanım olardı; qısaca olaraq, sizə adi bir faktı deyim ki, riyaziyyatın ən mərkəzi sahələri bizim ali məktəblərdə TƏDRİS OLUNMUR, və nə
vaxt olunacaq, bunu Allah bilir, çünkü orda dərs deyənlər gərək ordan çıxa gedə, yerinə ayrıları gələ ki, belə bir şey baş verə. Özünə riyaziyyatçı deyən
adamların 99%-nin nə bu sahələrdən zərrə qədər də olsun xəbəri var, nə ümumiyyətlə hər hansı ciddi tədqiqata həvəsləri var, nə də ki hazırlıqları.
Nərmin Kamal genetik faktoru önə çəkir. Riyaziyyatda belə bir şey mümkün deyil, ümumiyyətlə, yaxşı riyaziyyatçılar Konqoda da yətişə bilər,
Zimbabvedə də, Azərbaycanda da, bunun üçün 25-40 illik bir zaman kifayətdir və bu barədə mən ətraflı və uzun uzadı yaza bilərəm.
Fikrimcə ədəbiyyatdakı vəziyyət də riyaziyyatdakıyla eyni olmasa da buna çox yaxındır. Doğru deyildir ki, talantlı oxucu talantlı yazıçıdan daha
vacibdir. Yazıçı da yazıçılığa başlamadan öncə oxuculuq edir, və çox vacibdir ki, kimləri oxuyursan və həm də vacibdir ki, sənə başqalarını
sırımaqla sənin zövqünü korlamırlar, vaxtını almırlar ki...
Dünyanın böyük yazıçıları haqda düşünərkən çox şey demək olar, məsəlçün, demək olar ki, onlar(ın bir çoxu) ziddiyyətli şəxsiyyətlərdir, tutaq ki,
Kafka, Hemingway, Nazim Hikmət və s.
Bizim Azərbaycanda hansısa qəribə və naməlum səbəblərə görə özlərini yaxşı yazıçı sayan (və sonra da qudurub ədəbiyyatı özlərinin şəxsi
biznəsinə çevirən) adamlar haqda düşünərkən bir söz bütün başqa sözləri qıra-qıra, tapdalaya-tapdalaya gəlib girir adamın ağlına: YARIMÇIQ
adamlar.
Fikrimcə, bu yarımçıqlıq bütünlükdə cəmiyyətimizin problemi olub, və son 50-60 ildə bizim cəmiyyət elə bil belə yarımçıq insanlar yetişdirən bir
maşın olub.
Üzünüzə təriflədiyim üçün üzr istəyirəm, mən "Alatoran"ı oxuyanda oradakı müəlliflərin Azərbaycanda yaşadığına, yetişdiyinə əvvəl inana bilmədim.
Bu cür müəlliflər Azərbaycanda yətişirsə, demək gələcək üçün ciddi narahatlıq keçirmək lazım deyil. Lazım olan şey bu mühiti qoruyub saxlamaq,
genəltməkdir. "Böyük" milli yazıçılarımızın məsələsinə isə fikrimcə Zaman özü baxacaq, AYB kimi qurumlar öz-özünə dağılacaq, əlbəttə, könül istər
ki, o dağılanda yüyürüb bir təpik də sən vurasan...
"Alatoran" yaxşı ədəbiyyatı, azad fikri təbliğ edə-edə çox şeyi deyişəcək. Savadlı oxucu yaxşı ədəbiyyatı görüncə pisləri o dəqiqə unudacaq.
Nərmin Kamal, Sevinc Pərvanə kimi gənc qızları oxuyan oxucu həmin o "böyük"ləri xatırlayanda pıqqıldayıb güləcək.
Bir şey də var: bir dostum mənə deyirdi ki, biz azərbaycanlılar italyanlar kimiyik, özümüzü həmişə tənqid edirik, və düşünürük ki, bizdən heç nə
çıxan deyil. Ermənilər isə fransızlar kimidir, həmişə özlərindən razı, lovğa. Nə dərəcədə doğrudur, deyə bilmərəm, amma bu ikisinin ortasında bir yol
tutmaq lazımdır. Fikrimcə son onilliklərdə Əli Kərim, Ramiz Rövşən, Vaqif Bayatlı ədəbiyyatımız üçün böyük hadisə olublar, hətta bütün
məhdudiyyətləri ilə, Əkrəm Əylisli də nəsr üçün böyük hadisədir. Bircə dönüb onları öz yan-yörələrindəkilərlə müqayisə etmək kifayət edər. Bir az
öncədəkilərdən isə fikrimcə Mirzə Cəlil və Hüseyn Cavidin dünyada təbliğ olunmasına indi də ciddi ehtiyac var. Amma indi, fikrimcə, talantlı yazıçı
və şairlər bir sel kimi gələcək. Bunların arasında daha turalanaroğlulara yer olmayacaq. Müstəqil ədəbi qəzet və jurnalların sayını və sanbalını artırmaqla
ədəbiyyatı çox asanlıqla "varis"lərin inhisarından çıxartmaq olar.
Bu forum barədə: istərdim ki, müzakirələr qırıq-qırıq söhbətlər şəklində yox, daha sistematik və dolğun diskussiyalar şəklində aparılsın. Bir
ədəbiyyat həvəskarı kimi mənim üçün şəxsən böyük faydası olardı.
Ozan TƏBRİZLİ
(Norveç)
Məncə dünya səviyyəli yazıçı, meyvə filan deyil ki bizlər onu becərək. Oların bioqrafisinə bir göz atın. Onların yuxarı faizi ziyalı ailədən baş
qaldırıb və münasib maddi imkanlıdır. Orta səviyyəli ailədən də olsalar, imkanlı ailə olublar çoxusu və bu imkanlı həssas insan, bir təyinedici hadisə
və tanışlıq üzünnən gözü açılıb və imkanlarından dirçəlməsi yolunda istifadə edib. Bu səbəblərin nə qədər ciddi rol oynamasında insaflı olaraq
davranaq.
Mən demək istəmirəm ki ancaq hər ziyalı ailənin və ya maddi imkanlı ailənin balası dünya səviyyəli yazıçı ola bilər. Kəsinliklə. Amma uşaqlıq
yaşlarında və hətta orta yaşlarda inkişafda rol oynayan, çoxusu ailə və imkanlardır. Bu qayda bütün şərq ölkələrində və inkişaf etməmiş ölkələrin
hamısında rol oynayır. Təkcə yazıçılıq deyil, bəlkə ümumiyyətcə demək olar ki bütün dünya səviyyəli siyasətçilərin, filosofların, professorların
böyük faizi imkanlı ailələrdən nəşət alır. Çox nadir insanlar tapa bilərsiz ki, dünya səviyyəli qabiliyyətə çatsın ki, lap düz mənada qara millətin
içinnən çıxsın. Mən pessimist deyiləm və hamıya bu şansı tanıyıram ki özünü dünyaya tanıdsın. Amma bu şans kəsinliklə bərabər səviyyədə
dünyanın şimal və cənubunda paylaşmayıb və hətta şimal ölkələrdə də, ailələr arasında eyni şans yoxdur.
Ailədə və imkanlardan bəxtiyar olan insan və genetik olaraq zəki qafa və dərin hislərə malik olarsa, yolunu idamə verib özünü məktəbdə və xırda
cəmiyyətlərdə dənəyib irəli gedəcək, ta ki hökümətin qanunlarına dəysin, yada ki öz millətinin təəssublərinə və hasarlarına. Bu maneələr müasir
Avropada ya qərbdə ümumiyyətcə qaldırılıbdır. Amma bizdə bu çətinliklər nə qədər ciddi maneədir, hamı bilir.
Məncə bu faktorlar bizdən olan dünyada tanınmış insanların sayısının azlığına, hər sahədə ümumiyyətcə olaraq, səbəbidir. Keçmişdəki
dahilərimizdə feodalizm dövründə hamısı xan, bəy, paşa balası olub. Bu da heç eyib deyil məncə. Çoxlu xan balaları ancaq başkəsən olub! Amma bu ki,
dahilik keçmişdə ancaq varlıların inhisarında olması inkar ediləməz. Hələ də bizdə bu imkan inhisardadır, əlbəttə keçmişlə qiyasda bu yolun
darvazası biraz böyüyüb. Bunları deməkdən qəsdim odur ki, bizdə çoxlu istedadlı insanlar , imkanların olmaması səbəbindən solmamış güllər kimi
batiıb gedir buna inanın.
Özəlliklə yazıçıdan söhbət gedəndə, onu da dünya səviyyəli olanla, məsələ biraz qəlizləşir. Şair dünyası da dünya səviyyəli şairlər siyahısında
bildiyiniz kimi LATIN AMERIKALI şairlər öndə gedir. Bunun səbələrindən biri olnarın qərb dünyasıyla tanışlığıdır. Qiyas edin ƏRƏBLƏRİN,
TÜRKLƏRİN, AFRİKALILARIN və s. millətlərin qərblə tanışlığı zamanı və dərinliyinə. Artıq ədəbiyyat deyəndə İngilis dilindən sonra indi ispan
dilindən söhbət gedir. Yəni fransız və alman dillərini üstəliyib bu son illərdə.
Keçmiş klasik dünyada tanınmış yazıcılarımızdan keçsək, bir baxsaq indiki TÜRK dünyasında yazıçılar arasında TÜRKİYƏ hamımızdan öndə
durur. İnsaflı olsaq bunu etiraf çətin olmaz. Bu da onların yaxın münasibəti qərblə bizlərdən yaxın, uzun və dərin olmasıdır. Bunda coğrafya da rol
oynayır.
Mən qərblə tanışlıq ya yaxınlıq deyəndə, ancaq və ancaq məqsədim qərbli yazıçılarla tanış olmaq və onların dəyərlərinə bələd olmaqıdr. İndi qərb özü
yaradıcılıq sahəsində krizdədir. Bəlkə inanmayacaqsınız amma bu düzdür. Bizdə o şans var ki Şərq dünyası ilə genləşib, qərb dünyasını tanımağa
calışaq. Belə əsərlər indiki dünyada ciddiyə alınır. Qərbi bir şərqli kimi tənqidə çəkmək bir sənətkar kimi və əksinə qərbin bizdən yazdıqları
tənqidlərə ağıllı yanaşmaq sayəsində dünya səviyyəli DÜŞÜNCƏYƏ sahib olarıq və bu cür düşüncəyə sahib olanların şansı var ki, dünya səviyyəli
YAZIÇIYA bədəl olsunlar.
|
|