Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Dil

Dilimdən bayıra çıxabilmirəm
Atamın dilindən düşdüm dilimə
Vardım bilimə.

*

İçim uşaqdırsa
Görüşüm böyük.
Böyük addımları addımlayıram
Hər nəyi dilimə ölçüb sayıram!

*

Dilim varsa varam
Oxdursa yoxam.
Yoxamsa, atama-anama çoxam!



Uçuş

Mən,
kəpənəkləri uçanda
çiçəkləri açanda sevirəm
Mən,
uçuşu qanadsız anlamam,
çiçəyi yarpaqsız düşünməm!
Uçuşa qanad,
açışa torpaq gərək
aca çörək kimi
diriyə ürək kimi.
Mən,
hər nəyi uçanda
və açanda sevirəm…

Maral Təbrizli (1987)