Alatoran_header  
Jurnal > 2004/№4 > Ozan Səbri

Mənim sadiq yarım

Bu son aylarda onu çox düşünürəm. Maraqlısı odur ki, artıq keçmişdəki kimi deyil aramızdakı söhbətlər. Yəni dartışmadan danışmağa və bəzən dostyana xosannaşmağa dogru gedirik. Meydanı boş görüb at çapmaq istəyərdim amma bu son günlər məni heç təkbaşına buraxmır. Əslində mən tək qalıb, fikirləşməyə vəya yazmağa başlayan kimi tez özün çatdırır. Fikirlərimi və yazılarımı belə araşdırır və bir tənqidçi kimi yanımı kəsir. Budureeey tapiıldı…
-Mərhəba dostum. Mənsiz darıxmırsanki?
-Sən mənimlə bələ ürəkdən sağollaşanda, eləbilirəmki daha həmişəlik məni aparmağa gəlmisən. Eləbilirəmki artıx son dəfə gəlişindi. Mərhəba. Mərhəba. Xoşgördük səni. Düzü darıxmışdım biraz. Elə oxuyucularla söhbətinidi indi. Dedimki indi hardasa tapılar gələr və məni təklikdən qutarar.
-Ozan. Mənim son gəlişim, sənin son gedişindi. Bunu bilirsən!
-Hədələyirsən məni?
-Sənin inamların mənim barəmdə heç mənə hədələmə imkanı verirki? Sən lap məni zəlil elədin. Səninkimilərdən qabaxlarda görmüşəm.
-Ciddi bir göz-gözə dərtdəşməyə nədeyərsən? Əyri oturax düz danışax. Haqqı hesabı bir çürüdək. Necədi?
-Mənimlə mübahisə edən çox görmüşdüm. Amma sən dərtləşmək təklif edirsən? Deməli sən mənim də dərdli olmağıma inanırsan? Sağol dostum. Sən lap məni yerə soxdun. Ozan, a gədə. Təhlükəli oyuna girirsən. Bilirsən bunu?
-Genə məni hədələdin? bu barədə danışdıxki!
-Yaxşı. Baxax sən məni nərəng boyuyacaxsan! Siz insanların sayısı qədər rəngim var.
-Məndə işlər tərsinədi. Səni boyaxdan qurtarsam necədi? Budeyil sənin ən dərin dərdin?
-Görünən maraxlı söhbət var qarşımızda. 1001 gecə şərtinə razısan? Harda çaşsan, yani boyaxçılığa tərəf getsən, onda son gəlişimə inana bilərsən. Razi?
-Tam istəyimdi. Onsuz da boyaxçı kimi yaşamaxdansa ölmək yaxşıdı mənimçun. Ama biraz səbirli olacaxsan başlanışda. Səni ilk gündən gördüyümnən bəri xatırlamax istəyirəm. Bu tarixçə mənim sənin barədə kəçmiş düşüncələrimi mənə xatırladacax. Yani boyaxçi olan günlərimi, gəl oları bircə-bircə xatırlayımki eyni boyağa əl atma imkanın alınmış olsun, necədi? 1001 gecəyilə qiyasın da aramızda işləməz. Çünki zaman deyil şərtimiz. Mən də yaşama can atmıram bildiyin kimi. Ama gəl şərtimiz boyax olsun dediyin kimi. Boyağa əl atsam, son gəlişin olsun.
-Baxax. Əgər həqiqətən boyağın yoxdusa mənimçün. Onda dərdin böyükdü. Əgər mənim dərdimi üstələsə…(Ozana şüphəli və ümidli baxır dərindən) onda sənə bir hədiyyə verəcəyəm.
-Çeçəl dərman bilsə öz başına yaxar! Səni ilk gördüyümdə bir neçə kişinin çiyni üstə daşınırdın. Arxalarıca da bir süri adam. İçlərində bir gözləri yaşlı cavan oğlan gedirdi. Dediklərinə görə anasın götürmüşdüm. Sənə fikirləşmədim düzi. Ama onun ağlamaxdan şişmiş, qanlı gözləri hələ də yadımda. Torpağın üzi soyux olar deyirdi anam. Yani o gənc yaşında anasın vəya daha düzi səni unutub və yaşamına dəvam edəcək normalcasına!
-Bilirəm. Bu həmin tanış boyaxdıkı çoxları məni o rəngdə görür.
-Ama mən heç razılaşabilmirdimki mənim də anam birgün öləcək! Deyirdimki mən anamı arxadan saxlayaram və qoymaramki düşüb ölsün. 6 yaşındaydım və eləbilirdimki əgər mən anamı ayaxüstə saxlayabilsəm, onda ölməz. Təsəvvür elə əllərimi dayax kimi anamın arxasına dayamağımı. Ağaşlara paya vurmax kimi. Hamı mənə gülürdi bunı diyəndə. Mən də olara gülürdüm.
-Yadıma düşdün indi. Biraz sora da qonşunuzgildə gördün məni.
-Elədi. Onda birşey mənim marağımı özünə çəkdi. Sənin addım basdığın yer, həmişə başqalarının ürək yandırmasin ozuilə gətirirdi! Yani bizlərə vəzifə kimi sayılırdı ki qalmışlara daha məhəbbətli davranax! Bunı anlamırdım. Yadımda atasın apardıgın qonşu oğluyla küsmüşdük. Atam bilən kimi məni dannadı və dedi heç uşağı başa düşmüsən? Nəsə bizim əlimiz dilim qısa olurdı sənin ayax izlərinə qarşı!
-Bu fikirlər doguda daha yayqindi indidə. Ama batida artix azqalki unutulsun.
-Bilirsən məncə o hörmət ya səmimiyyət ya iki tərəfli anlayış və yardımcılığa əsli mənada çalışmx dəyirdi. Xalqın yazığı gəlirdi ancax. Bir utuzmuş kimi millət ürək yandırırdı qalanlara. Bunı acımasız görürdüm onda. Yani dostumun atası yox diyə mən səhvlərinə göz yumum? Buna razılıx verəbilmirdim.
-Bəs dayqızını götürəndə necə? Dayına ya onun ayiləsinə yazığın gəlmədi?
-Boş damarımdan tutdun məni. Eşitdimki necə anası onun qanın asfaltın üstündə yalıyırdı və bütün millət dayımı qınayırdıki uşaxlarına qayğısızdı. Bilirsən orda birincidəfə anladımki xalq həmişə səni qınamır. Çox vaxt başqaları günahlandırılır birinin ölümünə! Yani millət seçirdi fərqli ölümləri və hamısına birgözdə baxmırdı çox zamanlar xalq belə düşünürki qarşısı alına bilərdi çoxlı ölümlərin. Ən azı zamanı vəya forması belə kontrol edilə bilər çoxusunun.
-Ozan, gəl qayıt bu yoldan və belənçi fikirləşmə. Hələ də gec olmayıb. Bir kəlmə deki ölüm allahın əmridir, qutar yaxanı. Gəncsən, yaşamından kef almağı düşün məni araşdırmax yerinə.
-Görünən o qədər də boyanılmaxdan narahat deyilsən. Bəs deyil neçə milyard səni belə boyuyur? Bəlkə qorxusan mən ancax boyaxlarını artırım?
-Mənim utuzmağa bir şeyim yoxdı. Ama sən beləki geniş bacadan baxırsan məsələyə, qorxuram ipin ucun itirəsən. Yaşamı itirərsən. Sən zamana məhkumsan. Mənim kimi əbədi deyilsən. Bunı unutma. Gəl hadisələri ayır qoy bir tərəfə. Koki mənim olmağımdan fikirləş. Bəlkə bir yerə çatasan!
-Haxlisan. Bəs müharibədə ölənlər necə? Onlara da hadisə kimi baxım? Hər iki tərəf öz ölülərini cənnətə və qarşı tərəfinkilərisə cəhənnəmə göndərilmiş sayırdı! Lap mat qalmışdım buna.
-Başın bədəninə ağırlıx eləməyə başladı? Yaxşı bunu da deyirəm sənə. Oların haqqındada mən acımamazlıx etmədim vəya etmirəm. Oların da bildiyin kimi ölüm zamanı və forması böyük dərəcədə dəyişilə bilərdi. Gəl buları da mübahisədən kənara qoyax. Ama oların içində inananlar da var idi, yani hər müharibədə savaşanlar içində vardı bəziləriki dərin inanır savaşa və savaşarax ölməyi səadət bilillər. Bu da bir köhnə boyaxdı, ama nə də olsa xalisi gözəl görünür. Yani hünəri və statistik baxımnan gözəldi. Istəsən bu barədə çox danışarıx. Ama məncə bundan vacib başqa sözlərimiz var. Nə deyirsən?
-Yani oların yanında siyasi savaşlar meydanında ölənləri də kənara qoyax?
-Olar da savaşda ölməyə inanıllar. Bəzisi sözlə və fikirlə savaşa çıxır və bəziləri də silahla. Məncə sonunda buların hamısının boyağı mənə qarşı eynidi. Yani əgər yaşam olar istəyən kimi deyilsə onda istədikləri yaşamın yolunda ölmək ən dərin mənanı daşıyır olar üçün. Koki bu insan və insan arasındakı köhnə savaşdı. Insan insanı öldürürsə, o da bir hadisədir məncə. Gəl insan və mənim sahəsinə girək.
-Mən də bura gəlib çıxacaxdım. Sağolki mənim işimi azaltdın. Səninlə hər şeyi dərinnən və rahatca danışmax imkanı çox ləzzət vericidir. Mən insandan umut kəsən gündən səninlə qarşı-qarşıyayam.
-Necə insana inamını utuzdun? Sənin allahın insan idi qabaxlar, deyilmidi?
-Lap dediyin kimiydi. Bilirsənki mən uşaxlıxdan belə dini tərbiyə almadım. Yani əbədi yaşam xəyalı başıma heç girmədi. Ama ictimayi ədalət vədəsi verən idealist fikirlər, hərçənd naqis səviyyədə, başımda varidi. Böyüdükcə içəri dünyam dərinləşirdi və bir sox irfani-insani fikirlər güclənirdi başımda. Yani insanın gücünün sonsuz olmasına inanırdım və ondakı gizlənmiş imkanlara. Ancax uzun zaman boyu çalışma üzrə mümkün olan bir proses kimi baxırdım insan yaşamına. Bəlkə beləliklə gündəlik və ictimayi sorunları bastırmağa təskin verirdim, ama yaşamın çətinliklərinə dözməyə bir yardımcı fikiridi.
-Yadıma gəlir indi. Sənin dərin təsir alman marksist fikirlərdən. Hərçəndki çox naqis anlaşılmış və yayılmışdı sizin ölkələrdə.
-Burda da lap xala vurdun. Cəsarətinən deyə bilərəm ki mənim fikrimə Nəsiminin kinosu dərin təsir bağışladı o uşax yaşlarımda. Həmdəki o dini tənqid edən ədəbi əsərlərki teatr ya kino kimin televizyonda görürdüm. Həmdəki bütün ailəm tərəfinnən belənçi proqramlar dəstəklənirdi. Uşaxlıxda bildiyin kimi adamın idealı, ailəsi və onun sevdiklərinin yaşam tərzi olur. Bəlkə mənə heç seçənək şansı yox idi onda və otomatik olarax bu sahəyə girdim, heç çalışmadan! Heç çalışmadan deyirəm buna görə ki soralar anladim nə qədər də agır fikirlərimişlər bular və mən oları rahatcasına almışdım. Həm də o toplumdakı belənçi fikirləşənlərə heç şans yox idi soralar.
-Ama dayın ki oların tərsinə inanırdı? Bəs nəcə onnan təsir almadın?
-O da dinçi deyildi bildiyin kimi, bu barədə həyatımdakı bütün yaxın adamlar eyni düşünürdü. Ama o düz deyirdi, ədalət vədəsi verən ideologilərə fantazi kimi baxırdı. Əslində o, ideologidən nifrət edirdi. Ondan da az təsir aldıgıma inanma. Bəlkə hislərdə ona çox yaxın idim amma fəhləsevərlik və kasıb qayğısına qalmax və belə-belə fikirlər artıx dərin kök bəsləmişdi başimda. Bular mənim və onun arasında duvar çəkirdi.
-Məni unutdun diyəsən! Hara getdin?
-Soruşdun ki öncədən insan sənin allahın idi və necə oldu ki bu inamını əldən verdin. Mən də çalışdım bir az açıxlamağa. Mənim uşaxlıxdan allahım olmayıb və həmişə insana inanmışdım belənçi keçmişin təsiri altında. Ama necə bu inamı əldən verdim? Indi belə fikirləşirəm ki bu çevriliş birdən olmadı. 14,15 yaşlarımda artıx toplumdan qırmağa tərəf gedirdim. Yani getdikcə ictimayi yaşam rəngin itirirdi fikrimdə və mən öz içəri dünyama tərəf gedirdim vəya daha doğrusu o geniş və böyük ideallar ictimayi həyatda yerini tapmadıgına görə və dəfələrlə tam oların əksini toplumda yaşamax, məni içəri dünyama soxurdu. Buların hamısı mənim riyaziyyat və zənn dunyası ilə ciddi əlaqəmə səbəb oldu.
-Mən hardayıdım onda?
-Hələ genə də səni ciddi almamışdım. Bəlkə əksinə zənn dunyasında bir irfani və güclü insan yaşamına imkan verən fikirlər tapırdımki səndən fasilə də açırdı. Yani ictimayi gücü olan insandan inamım kəsildikcə, irfani və iradi gücü olan insana inamım artırdı. Buna da marağım azaldı getdikcə, ama dərin təsir bağışladı mənə bu təcrübə.
-Demədin mən hardayidim?
-Nəbilim hardayidin. Özünnən soruş, gəlib çıxardın da!!! Musiqi dünyası marağımı özünə çəkdi bir təsadüfi tanışlıx üzünnən. Qabaxlarda sünnəti musiqidən xoşlanardım, ama bu dəfə ciddi məşqul olmağa başladım. Indi açıx üzünə deyə bilərəm ki, səni heç düşünmürdüm o günlər. Muğamlar dünyasında uçurdum. Elə bil ki, bütün keçmişdəki nakamlıxlardan qalan hislərimdəki yara izlərinə dərman kimi gəlirdi. Bayat Şiraz, Bayat Kurd, Dilkəş, Segah...
-Bəlkə son gəldiyimdə segahla aparım səni?
-Yox. Yanıx Kərəmlə…



şerlər

***
Uşaqlıqda küçədəki uşaqlara
gücümü göstərərdim
Müəllimləri ələ salıb səvinərdim
Özümdən böyük bacımı
belə incidərdim
Hətta atamın üzünə durub,
evə gec gələrdim
Özgürəm deyə qürur satıb,
sevinərdim
Atamdan pul alıb hər gün
çəkilərdim Qobustan mağaralarına tərəf
Ulu babalarımızın üzünə
çəkmək istəyirdim azadlığımı
Özgürəm deyə bağırardım mağaranın girişində
Özgürəəəm....
Amma səsimin inikasi
başqa cür qayıdırdı üstumə
Müstəqill...təqill....qill...qill
Artıq başladım atamın cibinin ağzını tikməyə
İşlədim, maaş aldım , qürurlandım
Əlimi öz cibimə basıb yenə
Qobustana qalxıb bağırdım
Özgürəəəm....
Özgür fikir...gür fikir...fikir...fikir
Yenə də başı aşağı evə qayıtdım
Bir gözümü ölkəmə,
bir güzümü dünyanın gedişinə...
Baxdım, oxudum, fikirləşdim və yaratdım
İllərcə belə keçdi
Əlim cibimdə, Başımda özgür küləklər
Yenə də mağarının qarşısında bağırdım
ÖzgürƏƏƏƏM....
DəyilSİZ ...yilSİZ....SİZ....SİZ
Qayıdıb başımı yastığa atdım
Yuxuda bütün milləti gördüm
mağaranın ətrafında bağırırdı
Özgürüz…
Özgürüz...gürüz...rüz...rüz
Mağaradan qayıdan səs eyniydi!
Anam heç ayıldmaz yuxudan məni
Küçədə polisin əlindən qaçan gəncin
ayaq səsinə ayıldım
Biz özgür olan günədək
Gülünc bir lətifədir
Özgürəm sözu...

***
Şer yazım deyə düşünməyə başladım
Nədir bu şer dediyimiz?
Yaşama meydan oxumaq?
Yaşamı təsvirə çəkmək?
Dərdləri açıqlamaq?
Ürək yaralarını deşib, qan ağlamaq?
Yox, Yox...

Şer qumar oynamaqdır
Udub uduzmanın mənasız olduğu anda
Həm də açıq kartlarla
Yaradanla....

Sədaqətin ən böyük güc ilə
Ölümü savaşa çağırmaq
Savaşı barışa
Barışı davama
davamı sədaqətə
Sədaqəti savaşda imtahana çəkək

İmtahandan öyrənək
Öyrənib dirçələk
Dirçəlib savşaraq
Savaşı barışa
Barışı davama
Davamı sədaqətə
Sədaqəti güvəncə
Güvənci dostluğa
Dostluğu birliyə
Birliyi dirçəlməyə
Dirçəlib qumar oynayaq
Yaradanla
Həm də açıq kartla

Sədaqəti dostluğa
Dostluğu birliyə yonəldəlim
Birləşib də Yaradanı
Qumara dəvət edəlim
Həm də açıq kartla

Meydan oxuyuram
Sadiq qumarbazalara...
Özünü yaşayan sananlara
Sanıb da davam edənlərə
Davamını sədaqətlə sınayanlara
Yaşamı qumara çekənlərə
Həm də açıq kartla
Yaradanla...
Yaradanla...

Budur şair
Budur yaşam
Budur ölüm
Burax da davam etsin
Sədaqətli davamla
Davamlı güvənclə
Güvəncli dostluqla
Açıq kartla yaşam qumarına girirəm
Yaradanla.....
Yaradanla...

Özümüzü qumar masasında sınayanda
Sədaqət kartı hamını iflasa çəkən günnən
Qumardan qorxmağa başlamışam
Yaşamdan qorxuram
Güvəncə darıxıram
Darıxarkən arayıram
Arayıb da bulmasam da
Sədaqət arzulayıram
Güvənci sevərək
Onsuz sıxılıram
Yaşamı arzulayıram
Sədaqəti özləyirəm
Birləşməyə boş əllərlə
Qumara başlayıram
Açıq kartla
Yaradanla
....
...
..

Ozan Səbri
Norveç - 1973