Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Ölümün yuxusu

Mən ölmüşdüm
Haraydı ora, bilmirəm
Sarı yapraq idim, toz-torpaq idim
Bilmirəm
Mən ölmüşdüm
Almalarla dolu tabutların ortasında qalan
Ancaq mən idim
Sarı yapraq
Mənə sarı açmışdı ağzın ac torpaq
Mən ölmiüşdüm
hara idi ora, bilmirəm
almalarla dolu çölün ortasında qalan tabut
və bir sarı üz
ölü baxışları qalmış mavi göyə düz
mən ölmüşdüm…

Əlirza Seyfəddini