Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Səndən sənə danışmaq

Əllərimiz
hankı dağlarda, neçə bayrağa yönəldi sənsiz
- heç
hədə biçdiyimiz
hankı meşələrin harasını qorxuya saldı sənsiz
-heç heç
nə qədər ağardı
qaranlıqdan qaranlığa uçan ulduzlarımız sənsiz
- heç heç heç
eey, Allahdan yazıq yerdə
qılıncsız qınlarımızı
belimizin harasına bağlamalıyıq
çağlarıq da sənə, gəlməzsən, nədən?
Ağlarıq da?
Fəqət çəkhaçək çəkilir başlara
adının ağısı
bir də ayrılığın yüz əlli illik acısı
şairlər nə bilsin
bəlkə dağlarımız o qədər ucalıbdır
səslərimiz çatmır sənə?
Yoxsa bu nəğmələr, operalar
ölkədən ölkəyə gedib dağılar dünyaya
və dağıdar hər yerdə hər nəyi
ancaq yoxsan
və biz
başsızlığın beş barmağında sıxılaraq
sənsizliyin çağlarında dayanmışıq
əllərimizdə oxunaq cinayət sənədləri
amma gözlərimizdə
qanlı tutulmuş divanlar səhnəsi
bizsə səni nə görmüşük, ulu Günəş?
Bəlkə bir zinhar gecənin dar bacasından
bir damla göz yaşımızla gözləşəcəsən
və min barmaqlı aşıqlar
teldən telə çökdürəcəklər səni
ah bu uca dağlardan
bir boylana biləydik sənə!
və sənə səndən danışaydıq
qaranlığın bağrı çatlayanadək!

Təvəkül Kiyani