Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Ağlaram sükut
Bir xəzan şəhrinə ağlaram sükut
İllərin didərgin
Söz küçəsindən.
Sürməli qapılar
Sazaqdan deyir.
Zaman işgilində
Yaş giləsində
Yorğun axşamları dərmək istərəm.
Mazilər şəhrinin pəncərəsindən
Gözlərim kədərlər imtidadında,
Görüşür qürubla
Sahilbə-sahil
***
Açmayır baharı solan baxçalar
Saralan yarpaqda
İzlərim baxır,
Yorğun axşamlara
Həsrətim düşür.

Körpədir
Sorğuların qulağından
Sırğa boyda
Söz aslanıb
Hələ…
İnsanlıq körpədir.

Dad
Həyat adlı bu oluşun
Bir ucu dad
Bir ucu dad.
İki dadın arasında
Dada gəldim.

Yaqub Təqəvi (1950)