Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Bir şəhər düzəldəcəm

Bir şəhər düzəldəcəyəm
oğlanlarını öz ölçümdə
qızlarını da sənin ölçündə biçəcəyəm
bir şəhər düzəldəcəyəm
bir boyda divarlardan
evlər bir ölçüdə
adamlar bir boyda
qapıların qucağı açıq qalacaq
pəncərələr yeldən olacaq o şəhərdə

bir şəhər düzəldəcəyəm
tarlaları başaqdan daşacaq
və mən günəşdə uşaqlara çörək yapacam
qızıl kimi çörəklər
çaylarda axan ay işığından
sevənlər doyunca su içəcəklər

bir şəhər düzəldəcəyəm
yağış yağsa da
evlərin tavanı buludlar olacaq
uşaqlar bir-birinə göstərəcəklər göyləri
mən də göy qurşağından yerə körpü salacağam
adamları göyə daşıyıb
göyləri yerə gətirəcəyəm çiynimdə
bir şəhər
orda yubanmaq yoxdur
saat nömrələrini unudacağam
günlərims gecələrə toxunmadan ötəcək
göylərin yaşıllığında günəş bitəcək
bir şəhər düzəldəcəyəm
hər küçəsi ləpirsiz bir dünyaya qovuşacaq
yolların bir ucu sənin ayağında
bir ucu da mənim ayağımda olacaq
kipriklərin qapısı olacaq bu şəhərin
bir səhər kipriklərinə açılacaq günlərim
bir şəhər düzəldəcəyəm
qonaq gəldiyin otağımızda
bir şəhər düzəldəcəyəm
ikimizin arasında.

Yunis Səftəri