Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Bir şer

Ay, çapqın Ay
gözlərimin saqqızını
xumar ayaqlarında çeynədi
və yorğunluq tabutunu
dodaqlarımda quyladı
bu gecə ulduzların ucu
çiçəklərlə doludur
sabahına tələsən,
sabah bizim toyumuzdur

ay şirin yuxuma qardaş
gəl, nisgilli gözlərimə qonaq ol
gedib qanovlara calanma
körpülərə səpələnmə
əsmə başmaqlarını cütləməyən gözlərdə
gəl, şirin yuxuma, qardaş,
qoy dodaqlarım görüşündən qabar çalsın
od günü çağırılmamış bir qonağın gözləri
acı bir mahnını boğazımda əkdi
bilirəm quylanmış Ayım üçün
ayaqlarım ağrıyacaq…

Əminə Əsədi