Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Məndən sonra

Məndən sonra
sahildə çırpınan sular
içində keçən həyəcanları göstərəndə
yalqızlığını duyub
yaman darıxacaqsan
hər mahnı dinlədikcə
hər şer oxuduqca
sənə yazdığım şerləri yadına salıb
şersizləşəcəksən…
yuva quromuşdum əllərində
aldın əllərini məndən
qabarıb sinə gərdi ağ günlərimə
arxasızlığım.
Mənim nahaqca qarğınmış
həyatımı düşündükcə
göz yaşını silən olmadan
göynəyəcək ürəyin.

Nasir Davəran