Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Heç olmasa

Tanrı, baqqal deyil,
bu nisyə yaşamaq
məni hirsləndirəcək
qara buludlar qədər.
(Heç olmasa bir siqara alışdır)
evlər kobud
xiyabanlar kədər.
Tarix çaqqal deyil
dar ağacları
məni gülləndirəcək
əlvan bahar qədər
qanımı qırmızı şərab tək süzəcəyəm
tarix müəllimlərin kefləndirəcəyəm!
(Heç olmasa bir siqara alışdır)



Gecə cənabları

Gecə cənablarını saymadığım saatlardır
Xiyabanda qatillərimi axtarıram!
kasıblar can verir
və dövlətlilər arxayın intiharda!
Bu çeynə-tüpür həyatı
gecə cənablarına ithaf edəcəyəm
qatillərimi xəfləyəcəyəm
və dədə yandıracağam səsimlə
əkilmə, kəlmə, əkilmə!
Tərifin olsun
gecə cənabları özümüzdəndir!
göz gözü görmür çəndir
Və Xiyabanda qatillərimi axtarıram!



Dünyam

Başmağımın bağını bağlamaq üçün
Dünyaya endim!
- Bu tərəflərdə kimi gəzirsən, ədə?!
- Gəzə bilərəmmi? Şəhəriz dəyişir qapıları
- Burada kimi sevirsən, bala?!
- Sevə bilərəmmi? Sevgili dəyişir sözlərini
dəyişir gözlərini
Gedirəm…
başmağımın bağını bağlamaq üçün
dünyaya endim!



Son sevgili

səs verin səsimə, sevgililər
ərlərinizdən gizli!
məndə sizin qızlığınız yaşayır
və bir qadınlıq yaşatmamışam heç zaman
səs verin səsimə sevgililər…




İcarə

ucuz bir müsafirxanada
bahalıq gözlərdə çimir:
Azərbaycan fəhlələri…!
ucuz bir müsafirxanada
icarə əyləşirəm
azərbaycanlıdır adım
icarə əyləşirik
Azərbaycanda!

Nadir Əzhəri