Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Yuxu

Ala-qaranlqda məni süzən iki göz,
qaraçı ruhumun didərgin çağında bir gecə,
yuxumdan ayıqlığıma boylandı.
Qarşımda günəşdən yonulmuş bir eşq,
gözümdə ümiddən hörülmüş bir ay canlandı.
məni aydınlığa səsləyən bir nur,
ölməzliyə çağıran bir səs.
Sonra da iki kövrək əl,
astaca yüksəldi
və üngülcəsinə ovcumun
üşüyən boşluğuna əyləşdi.
Duydum bir anlığına uşaqlıq çağımın
qayğsız şirin anlarını.
Duydum gözəlliyi, səni, anamı,
duydum əbədiyyəti.
Qədim əfsanə dolu röyalar bağında iki göz,
min bir gecəmi nağıllandırdı.
O məni ağılandırdı.
Və nağıl laylasından ayılanda,
o getmişdi.
Bu gün
nə qaranlıqda çaxan bir qığılcım var,
nə də yuxu dəhlizinə gedən bir yol.
Yazıq,
yazıq…
Nə oxundu,
nə içildi,
nə sevildi.
Röyası,
dünya boyu həsrətinə sərildi.



Səni də öldüm

Özümü ölmüşdüm;
Səni yaşamaqçün.
Sənləşmişdim.
Kimsə inanmadı, mən artıq mən deyiləm, sənəm,
və yalnız sənliyimi yaşayıram.
Saralan duyğularımın röyalar bağında itmişdim.
Yelə sovrulan qəlbimin həsrət yaxarında,
təkcə sən bitmişdin.
Səndən başlar,
səndə bitərdi röyalarım.
Və ahlarım,
şıltaq döşlərinin ucbudağından,
qanadlanardı göylərin maviliyinə.
Ah!
Qəribsəmiş arzularım!
Ah!
Torpaqlaşan həsrətlərim!

Sənli ünyama kimsə inanadı,
bircə sən inansaydın əgər.
Yazıq!...
Yazıq!...
Sən də inanmadın,
səni də öldüm.



İtgin özlüyüm

Eləliyimdən
bezib usandım.
Beləliyimdən
bezib usandım.
Sən ey itgin necəliyim!
Aradım, aradım,
səni öziçimdə gizlin sandım.
Sən ey qovuşmaq istəiyim cahan!
Gəlsənə gözlərimdə canlan.
Kölgəni
baxışlarım işləyən yola sər.
Sən ey yalqız özlüyüm!
Danış,
Özünü göstər!



Birlik

Sonbaharın bir axşamı.
Bulud gəldi,
Duman gəldi,
Qığılcımlar bağırdılar.
Dolu döydü,
Yağış yağdı,
Sellər axdı,
Tufan qopdu.
Hər tərəfi sis bürüdü,
Gül boğuldu!
Yaşıl yarpaq xəzəl oldu!
Quşcuqları boran qırdı!
Yalqız bitən fidanları beldən əydi,
Meşəlikdən keçəmmədi.
Çalışdısa budaqları qıra bilsin,
Edəmmədi.
Bilər-bilməz,
Budaqlara düyünlədi budaqları.
Bir-birinə arxa duran dağlardan da aşammadı.
Başı daşa dəydi betər.
Bu dastanın ardı vardır,
Burayadək zənn edirəm
Bu gün yetər!

Atilla Maralanlı