|
|
*
Bu arxayınlığa inanamam, inanamam!
Arxamda külək əsir.
Külək əsir arxamda, kül sovurur,
Saçlarım gizli bir hıçqırığn darağında
Dən-dən tökülür.
Başımın ağrısı qapının cəftəsini ağırladır,
Qapı açılmır, açılmır qapı,
Açılıbsa,
Önündə divar durur
Mən bu sarı arxayınlığa inanmıram.
*
Əh burax, burax söz süsləməyi!
Qoy dərdli-dərdli oğunaq.
Deyinib-deyinib
Gülməkdən qırılaq.
Bu da bir cürə kef ilən dığlamaqdı
Bu da yaşamın o birisidi.
Nigar Xiyavi (1960)
|
|