|
|
Avara Yolçular Kimi
Məni sənsizliyə adaxladılar
Bilməyirdilər mənliyimi sənlə tapmışdım.
Sevgilim duyğular dərbəndində
Avara yolçular kimi
İzin diləyirəm
İlişirəm qaranlıq addımına
Yabançı gözlər
Tomurcuqlu baxışlar
Gizlincə gülürlər.
…Uzalaşıbsan
Mən də -
Adaxlı barmaqlığımı
Çıxartmaq istəyirəm.
Pərisa Babayi (1975)
|
|