Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Yaş Odun

Yaşamaq karvanımı soymaqda əlin
Eşqim yükü altında bükülməkdə belin
Sazının mahnı darağıyla daranmaqda telin
Sanıram
Sazını səsləndirsən
Kəhkəşanlar titrər
Amma saxla ki barmaqlarını
Üzməsin ahəng
Əlini ver əlimə.
Yeri mənlə yerisin qan damarımda
Qoy çalınsın xəzəlin çalğısı addımlarımızda
Bax alışsın
Gözümün yaş odunu
O baxışlar oduna.
Bilirəm
Bir qarış arzıdı
Həzyandı bular
Satladır bağrımı bu
Bir qarışlıq həzyanlar…



Quratdama

Uyğuları diləklər
Sırıqlayan çağı
Könül yumağıma düyün düşdü.
Dedim:
- Güzgülərin bağlı qalan qolları?
Dedi: olsun
Göyərçinlər uçsalar
Güzgülər də bağlı qalan qollarını
Açıb qanadlanıb uçarlar…
- İraq etmə, qura -
Dedim:
- Xəzəl nisgili?
Dedi:
- Dinmə, quru yarpaq göyərər
Sənin yaşıl gözündə
Əgər ona ağlayıb göz yaşınla suvarsan…
- İraq etmə, qura -
Dedim: qürbət? sənsizlik?
Başını qoydu dizimə, daha heç bir zad demədi
- Söküldülər sırıqlar -

Əkrəm Xoşbəxti (1978)