Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Şəms-i Təbriz qazetinin 116-cı sayısından

Azad Başı Ey İran

...Bir uşaq var idi.
küçəmizdə olardı o.
goz qənşərimdə gəzədi həməşə.
bir şüyü var idi.
pişiklərə çalardı onu
tullayardı itlərə şüyünü.
serçələri qovardı, haydi diyə-
tut ağaclarından!
hər səhər,
məktəb çağları,
küçəmizdən sovuşanda uşaqlar,
boynunu çiyninə qoyardı,
şüyünü çiyninə qoyardı.
fikrə cumardı-
bir qoca təhəri...
sonunda,
zibil qablarından,
naylon gəzərdi,
alminyom axtarardı!...
və birinci sinif uşaqları kimi,
oxuyardı tütək çala - çala:
"azad başi ey İran
abad başi ey İran
əz ma fərzəndan-i xod
dilşad başi ey İran"**

illərdi sovuşur.
mən qocalmışam.
bəlkədə, o uşaq,
bir yeni yetmə - gənc kimi,
dilşad mahnısını oxuyur ürəkdən,
bilmirəm harda.
bəlkə yenə itləri qovalayır.
pişiklərə şüy çalır,
serçələri,
haydi, bağıra - bağıra,
tut ağaclarından qovur!...

...bir gün,
yenə rastlaşdım -
o günkü, o uşaqlar
taksi sürücüsüdür
...bir vanetdə,
kohnə paltar,
dəmir qabqacaq
ev vəsayiti deyə,
bağıra - bağıra
günorta çağları
qapı - qapı,
zibilləri yığırdı
küçənin temizliyindəydi hələ...
nə bilim, bəlkəm
zibillərdən,
naylon gəzir,
yoxsam,
alminyom axtarırdı
əlindəki şüy yox idi.
indi,
bir sigaret barmağının ortasındaydı
kolgəlikdə divara sığınıb,
bilmirəm nərədə qapılmışdı gozləri.
qulaqlarımı dikləmişdim.
bəlkə dilşad mahnısını oxuyurdu astadan,
qara tüstünü uda - uda...
yox,
gozlərilə yol salmışdı,
baxırdı,
baxırdı.
mən də qaralırdım o baxdıqlarında!...
gözlərindən,
o günkü mahnının tərcümanını
düşünürdüm,
duya - duya:
"azad başi ey İran
abad başi ey İran
əz ma fərzəndan-i xod
dilşad başi ey İran..."



*Ey İran, Azad Olasan

**azad olasan ey İran
abad olasan ey İran
biz tək evladlarından
şad ürəkli olasan ey İran

E.N.Çapar